Məhkəmə qərarları › İş №2(004)-659/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-659/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-659/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, X2 09 noyabr 2024-cü il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Ərizəçi əri olmuşdur. X3 09 noyabr 2024-cü il tarixdə ölmüşdür. Bakı şəhər Təcili və X8 Stansiyasının 09 noyabr 2024-cü il tarixli 0389 saylı “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi” nə əsasən X3 həkimə qədər ölmüşdür. “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsi 26 nömrəli Şəhər Poliklinikasın 12 noyabr 2024-cü il tarixli 267 saylı arayışına əsasən 09 noyabr 2024-cü il tarixində 6 saylı TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 56, mənzil 133-də yaşamış, 05 iyun 1958-ci ildə doğulmuş X3 ölmüşdür. Ölmüş şəxsin xəstəliyi ilə əlaqədar 26 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd olmadığına görə poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi əri X2 ölüm faktını təsdiq edəcək şəhadətnaməni başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə verərək, işin çoxluğu ilə əlaqədar olaraq nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dostunun anasıdır. Dostu İlkin ona zəng etmiş və atasının halının pisləşdiyini demişdir. O da bu xəbəri eşidən kimi dərhal həmin ünvana getmiş, yuxarıya qalxanda İlkinin atası artıq rəhmətə getmişdi. Axşam meyit o evdə qalmış, səhər basdırmağa aparmışlar və Qurd qapısı qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anası, Cavanşirov Zülqədər isə atasıdır. Atası əmisigildə rəhmətə gedib. Əvvəl ona atasının halının pisləşməsi ilə bağlı zəng gəlib, sonra ikinci dəfə zəng gələndə atasının artıq rəhmətə getdiyini başa düşmüşdür. Atası 9 noyabrda rəhmətə getmiş, səhəri günü Qurd qapısı qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onların gəlinləri, Cavanşirov Zülqədər isə qardaşıdır. Qardaşı infarktdan rəhmətə gedib, İlkin onun oğluna zəng vuraraq dayısının rəhmətə getdiyini bildirmiş, qardaşını Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn etmişlər. İş materiallarında olan Vİ-ЖГ 364027 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 ilə X7 nikahlarını xx.xx.1993-cü il tarixdə Yasamal rayon VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 204 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Cavanşirov”, arvada “Cavanşirova” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-78-148/2025 nömrəli məktuba əsasən 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun xx.xx.2025-ci il tarixli müraciətinə əsasən xx.xx.2024-cü ildə ölmüş əri X1 ölümünün qeydə alınması ilə bağlı müraciətinə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1.,8.2. və 8.3,-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. “Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, ’’Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərinin ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkan xaricində olduğu qeyd edilmişdir. İş materiallarında olan Təcili və X8 Stansiyası tərəfindən verilmiş 09 noyabr 2024-cü il tarixli, 0389 nömrəli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”nə əsasən X5 həkimə qədər ölmüşdür. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsi 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 267 nömrəli arayışa əsasən xx.xx.2024-cü il tarixində 6 saylı TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında yaşamış, xx.xx.1958-ci il təvəllüdlü X5 vəfat etmişdir. Vəfat etmiş şəxsin 26 nömrəli Şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 178 nömrəli arayışa əsasən X5 (xx.xx.1958-xx.xx.2024) Bakı şəhəri, X15 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 5-ci sektorunda dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuş X1 arvadıdır. X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, X15 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 5-ci sektorunda dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar