Məhkəmə qərarları › İş №2(004)-6666/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6666/2025

19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6666/2025 19.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı “Bakı Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, atası ölən günə kimi qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamışdır. Atası Akif son zamanlar ürək ağrılarından şikayət etmiş, lakin xəstəliyi ilə əlaqədar heç bir həkimə müraciət etməmişdir. 20 sentyabr 2025-ci il tarixdə gecə atasının səhhəti qəfil pisləşdiyindən atası evdə ölmüşdür. O atası Xocasən kənd qəbirstanlığında dəfn etmiş, bütün qohumları yas mərasimində iştirak etmiş, lakin həmin vaxt başqarışıqlığı olduğundan ölüm şəhadətnaməsini almaq üçün müraciət etmək yaddan çıxmışdır. Bundan sonra poliklinikaya və Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edilmiş və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə məlumat verilmiş, lakin qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 09033886 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1954-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixində anadan olmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/7-10-2710/25 nömrəli məktubundan müəyyən olunur ki, X1 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçinin atası xx.xx.1954cü il təvəllüdlü Akif Fərhadovun ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli 2692 saylı arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixədək oğlu ilə birlikdə yaşamışdır. Xocasan kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn xərcini oğlu Ərizəçi çəkmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi qohumudur. Vəfat edən zaman onların yanında olmamışdır. Sonradan eşitmişdir ki, mərhum Akif Həsənov 20 sentyabr 2025-ci il tarixdə vəfat etmişdir. Xocasan kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı, mərhum atasıdır. Atası vəfat edən zaman evdə idi. Axşam radələrində vəfat etdi. Astma idi. Ancaq həkim müalicəsində olmamışdır. Mərhum atası Akif Həsənov 20 sentyabr 2025ci il tarixdə vəfat etmişdir. Xocasan kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1954-cü il təvəllüdlü X1 20 sentyabr 2025-ci tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçinın ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar