Məhkəmə qərarları › İş №2(004)-678/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-678/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-678/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, xxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsinin (mağazanın) hər bir kvadrat metri üçün 3000 AZN manat, ümumilikdə 372000 manat tam ödəmiş və ona xx.xx.2014-cü il tarixində şirkətə borcunun olmaması barədə 207 nömrəli maliyyə arayış verilmişdir. Cavabdeh xxxx” MMC həmin müqavilənin 3.2. bəndinə əsasən 24 ay müddətinə qeyriyaşayış sahəsini onun mülkiyyətinə vermək öhdəliyini müqavilənin 1.1. bəndinə əsasən müəyyənləşdirilmişdir. Lakin bu günə kimi dəfələrlə bu barədə “xxxx” MMC-yə müraciət etsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yetirməkdən yayınaraq müxtəlif bəhanələr gətirir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün adı gedən mənzilə olan sahiblik hüququndan məhrum olmuşdur. Odur ki, hazırda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdikləri 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən dəyəri tam ödənilməklə əldə edildiyini heç bir borcunun olmadığını göstərmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilib tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satıcı “xxxx” MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 372.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş 207 saylı xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı “xxxx” MMC-yə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır. Göründüyü kimi, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini tam olaraq, yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8,-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və həmin qeyriyaşayış sahəsinin (mağazanın) maneələrin aradan qaldırılaraq iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində Cavabdeh MMC-nin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınsın. Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin (mağazanın) maneələrin aradan qaldırılaraq, İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar