Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6914/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə maraqlı tərəf Yasamal rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yasamal rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 13.08.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə 23 iyun 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. 13.08.2021-ci il tarixdə həyat yoldaşı Vüqar Allahverdiyev vəfat edib. Bu barədə Təcili və X7 Stansiyası PHŞ Ölüm haqqında Xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Yasamal rayon Qeydiyyat Şöbəsinə mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qaynanasıdır. Mərhum oğlu cəzaçəkməmüəssisəsindən çıxdıqdan sonra vərəm xəstəliyinə tutulmuşdu. 13.08.2021-ci il tarixdə rəhmətə gedənə qədər 4 dəfə təcili yardım çağırmışlar. Sonuncu gələn təcili yardım mərhumun vəziyyətinin pis olduğunu demiş və 4-cü təcili yardım gəldiyində oğlu vəfat etmişdir. Mərhumu Müşfiqabad qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o, ərizəçi və mərhum Vüqar Allahverdiyevin qonşusudur. Mərhum vərəm xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə avqust ayında vəziyyəti ağırlaşmış, təcili yardım çağırmışlar, lakin təcili yardım gələnə kimi mərhum vəfat etmişdi. Mərhumun yas mərasimində şəxsən iştirak etmişdir. Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş AZ-İ 018616 saylı, 23.06.2003-cü il tarixli doğum nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 Gülyanaq Habil qızı ilə 23.06.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu barədə akt qeydləri kitabında 1083 nömrə ilə qeydə alınmışdır. Arvada Allahverdiyeva soyadı verilmişdir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 24.08.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə “Forma 106” təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bakı şəhəri Təcili və X7 Stansiyasının 4 saylı Bölməsinin 18.08.2021-ci il tarixli sorğuya cavabından görünür ki, 12.08.2021-ci il tarixdə, saat 23:15 radələrində 1-ci Alatava ev 90 V ünvanına X2 adına şağırış daxil olmuş və həmin xəstəyə ürək-ağ ciyər çatışmazlığı terminal vəziyyəti diaqnozu təyin edilərək müvafiq ilkin tibbi yardım göstərilmişdir. Bakı şəhəri Təcili və X7 Stansiyasının 12 avqust 2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, 12.08.2021-ci il tarixdə saat 23.19 radələrində ünvan 2 ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi V.Rəhimova yerinə yetirmişdir. Bakı şəhəri Təcili və X7 Stansiyasının 12 avqust 2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, 12.08.2021-ci il tarixdə saat 18.55 radələrində ünvan 3 ünvanına X2 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi M.Mehdiyev yerinə yetirmişdir. Bakı şəhəri Təcili və X7 Stansiyasının 13 avqust 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 13.08.2021-ci il tarixdə saat 01.40 radələrində ünvan 3 ünvanına X2 adına çağırış daxil olmuş, həkimə qədər ölüm (kişi cinsli meyid) aşkar olunmuşdur. Bakı şəhəri 1 nömrəli X10 17.08.2021-ci il tarixli arayışından görünür ki, X3 10.05.2019-cu ildən dispanserdə qeydiyyatdadır. Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasının 458 saylı 11 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş, 12.07.1975-ci il təvəllüdlü X3 13 avqust 2021-ci ildə həmin ünvanda vəfat etmişdir. Mərhum 3 saylı şəhər poliklinikasının xidməti ərazisində qeydiyyatda olmasına baxmayaraq, 27.01.2016-cı il tarixdən heç bir xəstəliklə əlaqədar 3 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir. Mərhumun ölüm səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 12 iyul 1975-ci il təvəllüdlü X2 13 avqust 2021-ci il Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 iyul 1975-ci il təvəllüdlü X2 13 avqust 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6914/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6914/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver