Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6915/2025 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Şükürov X3 Rayon Qeydiyyat şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. X1 ilə Şahid1 xx.xx.1985-ci il tarixdə nikah bağlamışlar. Onların həmin nikahdan üç uşağı doğulmuşdur: xx.xx.1989-cu il təvəllüdlü X8; xx.xx.1991-ci il təvəllüdlü X9; xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi. X2 xx.xx.1992-ci il tarixdə, atası X5 isə xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırda atasından qalmış miras əmlaka dair vərəsəlik işinin açılması ilə əlaqədar X2nın ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, X2nın ölümünün qeydiyyata alınması üçün Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etmişdir. Lakin şöbə müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 №-li xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir. Ona görə də şöbə tərəfindən ona aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin, Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş 3-16-5/8-913-15/25 №-li xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunmuşdur ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs1 üzrə 1992- 1998-ci illər ilkin, 1993-1999-cu illər üzə bərpa akt qeydləri yoxlanılmışdır. Odur ki, o, X2nın ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda, şöbənin baş məsləhətçisi 3-16-5/8-xx-xx/2026 nömrəli xx.xx.2026-cı il tarixli məktubla məhkəməyə müraciət edərək, müraciətin məhkəmə qaydasında baxılmasına heç bir etirazlarının olmadığını bildirmiş və iş yükünün çox olması səbəbindən məhkəmə prosesinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. Onun üç övladı var: Leyla, Lalə və Məhəmməd. Ortancıl övladı Lalə xx.xx.1991-ci il tarixdə doğulmuşdur. Uşaq doğulandan ürəyində qüsur olmuş, həkimlər onun çox yaşamayacağını bildirmişlər. Müalicələr olunmasına baxmayaraq, uşaq inkişaf etməmiş, xx.xx.1992-ci il tarixdə yaşadıqları evdə ölmüşdür. Laləni Yasamal qəbirstanlığında dəfn etmişlər. Körpə olduğu üçün uşağa qəbir daşı qoymamışlar. Qəbir balaca olduğundan, sonradan itmişdir. Uşaq doğulanda qarışıqlıq olduğuna görə qeydiyyata aldıra bilməmişdir. Həyat yoldaşı isə 2025-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. Qardaşı Məmmədağanın üç uşağı olmuşdur. Lalə mərhum qardaşının ikinci övladıdır və 1991-ci ildə anadan olmuşdur. Uşaq doğulandan xəstə olmuş, təxminən 6-7 aylığında ölmüşdür. Uşağı sağlığında görmüş, öləndə orada olmamışdır. Çünki həmin vaxt o, rayonda yaşamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, ərizəçinin mərhum atası Məmmədağa ilə tələbə yoldaşı olmuş, sonra bir yerdə işləmişlər. Ona məlumdur ki, ərizəçinin iki bacısı olmuşdur. Böyük bacısı Leyla ailəlidir, kiçik bacısı isə körpə vaxtı ölmüşdür. Uşağın dəfn mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçigili üç uşaq olmuşlar. Ərizəçinin iki bacısı olmuşdur. Bir bacısı uşaq vaxtı ölmüşdür. Uşağın dəfn mərasimində iştirak etməmişdir. Məhkəmə, ərizəçinin, onun nümayəndəsinin və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə doğulmuşdur. AZE seriyalı 14574480 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. XİV-ЖГ seriyalı 446634 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası Şahid1dır. AZ-İ seriyalı 344461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası Şahid1dır. İİİ-ЖГ seriyalı 402250 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 xx.xx.1985-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Şükürova soyadı verilmişdir. AZ-İ seriyalı 715934 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 xx.xx.2011-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Hətəmova soyadı verilmişdir. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş 3-16-5/8-913-15/25 №-li xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs1 üzrə 1992-1998-ci illər ilkin, 1993-1999-cu illər üzə bərpa akt qeydləri yoxlanılmışdır. AZ-İİ seriyalı 510321 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-368/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Şöbə ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin bacısı - 25 dekabr 1991-ci il təvəllüdlü X9 15 iyul 1992-ci il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilə bilməmişdir. Ərizəçi ölümün qeydə alınması üçün Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etsə də, bundan imtina edilmişdir. Ərizəçiyə ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. Hazırda ərizəçi 15 iyul 1992-ci il tarixdə vəfat edən X2nın ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölməsi tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 25 dekabr 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 15 iyul 1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 25 dekabr 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 15 iyul 1992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6915/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6915/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver