Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-695/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/6-6548 saylı barışıq sazişinin: - Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikahın xitam verilməsi; - bu nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü qızları X2 Ərizəçi himayəsində qalması; - Maraqlı şəxs qızları X1 üçün hər ay sabit pul şəklində 200 manat alimenti ödəməsi; - xx.xx.2016-cı il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək onun istirahəti və səyahəti üçün xarici ölkəyə çıxarılması üçün Maraqlı şəxs icazə verməsi; - Ərizəçi ilə Maraqlı şəxs bir-birinə əmlak tələbinin olmaması barədə şərtlərinin təsdiq edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və barışıq sazişinin təsdiqinin tərəflər arasında nikahın pozulması üçün zəruri olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və onu əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməməsini və ya barışıq sazişinin könüllü icrasından imtina edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, ərizəçi barışıq sazişinin icrası ilə bağlı maraqlı şəxsə müraciət etməsini, maraqlı şəxs tərəfindən həmin müraciətin alınmasını və barışıq sazişini icra etməməsini və ya icrasından imtina etməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Bundan əlavə məhkəmə izah edir ki, nikahın pozulması üçün iddiaçı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-695/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-695/2023
19.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver