Məhkəmə qərarları › İş №2(004)-7004/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7004/2025

15.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7004/2025 15.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq Sazişinin (№ MŞB/18/2023-00267) məhkəmə tərəfindən təsdiq edilməsi, ödənilmiş dövlət rüsumunun qarşı tərəfdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə o, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş övladı X3 yetkinlik yaşına kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimentin cavabdehdən tutulması barədə qərar verilmişdir. 2023cü ilin 25 fevral tarixində tərəflər arasında mediasiya qaydasında “Barışıq Sazişi” (№ MŞB/18/2023-00267) bağlanmışdır. Sazişə əsasən, alimentin məbləği artırılaraq 220 (iki yüz iyirmi) manata çatdırılmışdır. Cavabdeh uzun müddət alimenti vaxtında ödəsə də son aylarda ödəniş etməyi dayandırmışdır. Sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyindən, icra orqanı da həmin öhdəliyin icrasını təmin edə bilmir. Bu isə uşaq üçün nəzərdə tutulmuş alimentin ödənilməsində problemlərə səbəb olmuşdur. Qeyd etmişdir ki, saziş tərəflərin razılığı ilə imzalanmışdır və uşağın mənafeyinə xidmət edir və alimentin artırılması uşağın sosial və maliyyə təminatı üçün zəruridir, həmçinin cavabdehin son aylarda ödənişləri dayaııdırması nəticəsində uşağın hüquqları pozulmuşdur. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək, onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1074/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə 838 saylı akt qeydi ilə Nəsimi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçı Ərizəçi yanında saxlanması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh X2 170 (yüz yetmiş) manat məbləğində alimentin iddiaçı Ərizəçi xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı 18 saylı X1 Arzu Mövsüm qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 25 fevral 2023-cü il tarixli MŞB/18/2023-00267 saylı barışıq sazişindən görünür ki, “Tərəflər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 170 manatdan 220 manatadək artırılması barədə razılığa gəlirlər. Bu sazişin 1-ci bəndinə uyğun olaraq, İİ Tərəf İ Tərəfə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay onun saxlanması üçün hər ayın 1-dən 10-nadək 220 manat aliment ödəməyi öhdəsinə götürür. İlkin (50 manat) və tam mediasiya xərcini (20 manat) İİ Tərəf ödəyir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış 25 fevral 2023-cü il tarixli MŞB/18/2023-00267 saylı barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında bağlanmış 25 fevral 2023-cü il tarixli MŞB/18/2023-00267 saylı aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Tərəflər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 170 manatdan 220 manatadək artırılması barədə razılığa gəlirlər. Bu sazişin 1-ci bəndinə uyğun olaraq, İİ Tərəf İ Tərəfə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay onun saxlanması üçün hər ayın 1dən 10-nadək 220 manat aliment ödəməyi öhdəsinə götürür.” Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar