Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7035/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X17 oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 20.08.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, poliklinika ölüm haqqında şəhadətnamənin verməsindən imtina etmişdir və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X8 onun həyat yoldaşı olub. Bir uşaqları var. Həyat yoldaşı onkoloji xəstə olub. Bakıda bacısının evində qalırdı. 20.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sulutəpədə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəməyə verdiyi ifadəsində ərizəçinin qonşusu olduğunu, X5 bacısının onunla qonşu olduğunu, X5 bacısının yanında qaldığını, onkoloji xəstə olduğunu, dəfn mərasimdə iştirak etdiyini, Sulutəpədə dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəməyə verdiyi ifadəsində ərizəçinin qonşusu olduğunu, X5 bacısının onunla qonşu olduğunu, X5 3 aya yaxın bacısının yanında qaldığını, onkoloji xəstə olduğunu, dəfn mərasimdə iştirak etdiyini, Sulutəpədə dəfn olunduğunu bildirmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat X1 ünvanladığı 14.10.2021-ci il tarixli məktubdan görünür ki, X4 vəfat etmiş qardaşı X5 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. X7 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması Maraqlı şəxs imkanı xaricindədir. X2 aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu, Xocəsən bələdiyyəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, mərhum X8 21.08.2021ci il tarixində, Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında X5 20.08.2021-ci il tarixdə meyiti aşkar edilmişdir. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı MKİS tərəfindən X6 verilmiş arayışdan görünür ki, X3 1, 2 saylı evin 2№li mənzilində qeydiyyatdadır və qardaşı X8 həqiqətən 20.08.2021-ci il tarixdə həmin ünvanda rəhmətə getmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, X5 20.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahidlərin ifadələri X5 20.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməiş və iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 20.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-7035/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7035/2021
30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver