Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7100/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, ərizəçi X3 qanuni nümayəndəsi Rzayeva (Məlikova) Azada Mirzəbala qızının iştirakı ilə, Ərizəçi X3 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rzayeva (Məlikova) Azada Mirzəbala qızı Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 22.10.2021-ci ildə məhkəməyə müraciət edərək, onun keçmiş əri – 24.06.1982-ci ildə Bakı şəhərində doğulmuş X4 11.09.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 24.06.1982-ci ildə Bakı şəhərində doğulmuş X1 (Məlikova) Azada Mirzəbala qızının keçmiş əridir. X10 11.09.2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında əziyyət çəkdiyi QİÇS xəstəliyindən vəfat etmiş və mərhum 11.09.2021ci il tarixdə Xızı rayonu Fındağan kənd qəbiristanlığında dəfn edilmişdir. Rzayeva (Məlikova) Azada Mirzəbala qızı mərhum X4 təqaüdünün azyaşlı övladı X7 adına rəsmiləşdirilməsi üçün aidiyyəti orqana müraciət etmiş və orada ölüm haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yaranmışdır. Bundan sonra Rzayeva (Məlikova) Azada Mirzəbala qızı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, həmin orqan isə şəhadətnamə verilməsinin qeyri-mümkünlüyü ilə bağlı imtina etmiş və ona ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi xahiş olunur. Daha sonra məhkəmə hazırlıq iclasında ərizəçi Rzayeva (Məlikova) Azada Mirzəbala qızı ərizəsinə dəqiqləşdirmə verərək, onun əsl ərizəçi, yəni azyaşlı övladı X11 ilə əvəz edilməsini və onun əsl ərizəçinin qanuni nümayəndəsi qismində işə buraxılmasını xahiş etmiş və ərizə məhkəmə tərəfindən təmin edilmişdir. Ərizəçi X3 qanuni nümayəndəsi Rzayeva (Məlikova) Azada Mirzəbala qızı məhkəmə iclasında ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19.05.2014-cü il təvəllüdlü X3 atası X10, anası isə X2r. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 363188 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 və X5 arasında olan nikah Yasamal Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli qətnaməsinə əsasən 10.07.2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Rzayeva soyadı verilmişdir. Bakı şəhəri Təcili və X8 Stansiyasının 3 saylı bölməsinin 29.09.2021-ci il tarixli 154 nömrəli arayışından müəyyən edilir ki, 11.09.2021-ci il tarixdə saat 13:21-də ünvan 3 ünvanına X10 adına çağırış daxil olmuşdur. Çağırışı 3 saylı bölmənin həkimi Vahid Əhmədov yerinə yetirmişdir. Orada kişi cinsli meyid aşkar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 23 sentyabr 2021-ci il tarixli 091- 48157M-3221 nömrəli məktubundan müəyyən edilir ki, 24.06.1982-ci ildə Bakı şəhərində doğulmuş X10 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Bakı şəhəri 2 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 220 nömrəli məlumatından müəyyən edilir ki, ünvan 3 ünvanında yaşamış X10 11.09.2021-ci il tarixdə saat 13:21-də vəfat etmişdir. Mərhum Ə.Məlikovun 2 nömrəli şəhər poliklinikasına müraciəti olmadığı üçün ona forma 083 (ölüm səbəbi) arayışının verilməsi imkan xaricindədir. Bakı şəhəri Maraqlı şəxs 12.10.2021-ci il tarixli 05/763990/15 nömrəli məktubu ilə X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırılması zamanı ərizəçinin qanuni nümayəndəsinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 24.06.1982-ci ildə Bakı şəhərində doğulmuş X10 ərizəçi X3 atasıdır. X10 isə 11.09.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmiş və mərhum Xızı rayonu Fındağan kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, X3 ərizəsi təmin edilməli və 24.06.1982-ci ildə Bakı şəhərində doğulmuş X4 11.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.06.1982-ci ildə Bakı şəhərində doğulmuş X4 11.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-7100/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7100/2021
07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver