Məhkəmə qərarları › İş №2(004)-7106/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7106/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7106/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.11.1969-cu il təvəllüdlü qardaşım X5 15.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək 23.11.1969-cu il təvəllüdlü qardaşı X6 15.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 23.11.1969-cu il təvəllüdlü qardaşım X14 15.11.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə vəziyyəti qəfil pisləşmiş və onlar təcili yardım çağırmışlar. Lakin təcili yardım gələnədək qardaşı vəfat etmişdir və BŞT TTYS-nın 12 saylı bölməsinin həkimləri onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Mərhum qardaşını İmişli rayonu Şəmmədli qəbirstanlığında dəfn etmişlər. Qardaşı uzun müddət idi ki, qaraciyər xəstəliyindən əziyyət çəkmişdir. Qardaşının ölümü onları dərindən sarsdığından və əvvəlcədən məlumatları olmadığı üçün poliklinikaya vaxtında müraciət etməmələri səbəbindən polinlinika qardaşı barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün aidiyyatı üzrə ölümün baş verdiyi şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır. Onun mərhum qardaşı X14 qaraciyər xəstəsi idi və 15.11.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. Mərhum təcili tibbi yardım gəldikdə artıq vəfat etmişdi. Mərhum İmişlidə dəfn edilmişdir. Şahid sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mərhumun həyat yoldaşı ilə rəsmi nikahı olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 23.11.1969-cu il İmişli rayonunda anadan olmuşdur. X2, anası X1r. İş materiallarında olan 05/69-408 saylı, 14.09.2021-ci il tarixli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X10 xx.xx.1966-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. X2, anası X1r. İş materiallrında olan İV-JQ 482579 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Yeganə Dilsuz qızı ilə rəsmi nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 04.11.1988-ci ildə 261 nömrə ilə qeydə alınmışdır. Arvada İbadova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 11 nömrəli şəhər polinklinikasının 26.10.2021-ci il tarixli arayışından görünür ki, X4 “ölüm haqqında şəhadətnamə verilməsi” barədə müraciətinə imtina cavabı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 12 saylı Bölməsinin ölüm haqqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X15 15 noyabr 2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli Şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 15.10.2021-ci il tarixli 4469 saylı arayışında qeyd olunur ki, X15 15 noyabr 2020-ci il tarixdə, saat 11:05-də vəfat etmiş, İmişli rayon Şəmmədli qəbirstanlığında dəfn edilmişdir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 22.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ərizəçiyə Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 23 noyabr 1969-cu il təvəllüdlü X6 15 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 noyabr 1969-cu il təvəllüdlü X6 15 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar