Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7146/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.08.1955-ci ildə anadan olmuş X1nun 27.06.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 25.08.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş, 27.06.2021-ci il tarixdə uzun sürən xəstəlikdən vəfat etmişdir. Vəfatından sonra onu Bakı şəhəri Suraxanı rayonunda yerləşən Qaraçuxur qəbiristanlığında dəfn etmişlər. Yas mərasimi ilə məşğul olduqlarından vaxtında ölüm haqqında şəhadətnamənin alınması üçün lazım olan müvafiq hərəkətələri həyata keçirməmiş və nəticədə ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Hal-hazırda ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilərək, məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ölüm haqqında şəhadətnamə əmlak, qeri-əmlak və digər hüquqlarını həyata keçirtmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış 28.10.2021-ci il tarixli 05/76-4291/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin X1nun ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş X3 və Ərizəçi aid doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ata qrafasında X6, ana qrafasında isə X7 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X4 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, X5 27.06.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 25.08.1955-ci ildə anadan olmuş X2 27.06.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.08.1955-ci ildə anadan olmuş X2 27.06.2021-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-7146/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7146/2021
21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver