Məhkəmə qərarları › İş №2(004)-72/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-72/2024

14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-72/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdəki daşınmaz əmlak obyektindən ümumi sahəsi 22,4 m2 olan fərdi yaşayış evi tikilisindən və evin 0,129320 ha ölçülü torpaq sahəsindən onun ½ hissədən ibarət payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər barışıq sazişi təqdim edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. İş materiallarına əlavə edilmiş birinci tərəfdən İddiaçı ilə ikinci tərəfdən Cavabdeh1 və Cavabdeh2 arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: “1. Tərəflər razılaşırlar ki, mübahisəli əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsi və tikili) satışa çıxarılsın və satışdan əldə olunacaq pul vəsaiti aralarında paylarına mütənasib qaydada (1/2 hissədə pul vəsaiti İddiaçı, 1/4 hissədə Cavabdeh1 və 1/4 hissədə X1 verilməklə) bölünsün.

2. Tərəflər razılaşırlar ki, həmin əmlakın satış qiyməti torpağın ölçüsünə əsasən müəyyən edilsin və sənəd üzərində olan torpaq sahəsinin (0,129320ha=12,93 sotun) bir sotunun qiyməti 13.000 manatdan hesablanmaqla ümumi qiymət "168.000 manat (12,93x13000=168000)" məbləğində müəyyən edilsin.

3. Tərəflər razılaşırlar ki, əmlak bazarına təqdim olunacaq ilkin satış qiyməti 175000 manat, son satış qiyməti 170000 manat müəyyən edilsin, maklerə və əmlakçılara əmlakın satılması üçün "175000 manat qiyməti" təklif edilsin.

4. Tərəflər razılaşırlar ki, müştəri üçün son satış qiyməti 168.000-dən aşağı ola bilməz.

5. Hazırki sazişlə müəyyən edilən "168000 manat məbləğində son satış qiyməti bu saziş imzalandıqdan sonra 6 (altı) ay müddət üçün müəyyən olunur. 6 (altı) aydan sonra tərəflər qarşılıqlı razılşama ilə bu qiyməti qaldıra, yaxud endirə bilərlər. Əgər əmlak 6 (altı) ay ərzində satılmazsa, yaxud inflyasiya səbəbindən, digər səbəblər üzündən qiymətlər qalxarsa, tərəflər hazırki qiymətin endirilməsinə və ya qaldırılmasına dair razılaşa bilərlər. Bu (qiymətin qaldırılması, yaxud endirilməsi), yalnız üçtərəfli razılaşma ilə və bu hazırki sazişə əlavə olaraq "əlavə yazılı saziş" (yaxud "sazişə əlavə") tərtib edilib imzalanmaqla mümkündür.

6. 6 (altı) ay ərzində əmlak satılmazsa, əmlak tərəflərdən birinin tələbi ilə satılması üçün hərraca çıxarıla bilər. Tərəflərdən biri buna etiraz edərsə, mübahisə məhkəmə qaydasında həll ediləcəkdir.

7. Tərəflər bu saziş imzalandıqdan və bu sazişlə müəyyən edilmiş şərtlərə (öhdəliklərə) əməl olunduqdan sonra mübahisə predmeti olan əmlakla bağlı aralarındakı bütün mübahisələrə son qoyulmasına, bir-birlərinə qarşı bununla bağlı, yalnız əmlakın hərracdan satılması tələbi istisna olmaqla, iddialarından imtina edəcəklərinə söz verir, evlə/torpaqla bağlı gələcəkdə bir-birindən heç bir şikayətləri və ya tələbləri olmayacağını bəyan edirlər. Hazırki saziş tərəflərin iradə ifadəsidir, heç bir təsir altında tərtib edilməmişdir.

8. Sazişin hüquqi nəticələri Azərbaycan Respublikası Mülki Prosesusal Məcəlləsinə uyğun olaraq tərəflərə izah edilmişdir. Barışıq sazişinin prosessual nəticələri tərəflərə aydındır.

9. Sazişin bağlanmasını (qəbul edilməsini) tərəflər imzaları ilə təsdiq edirlər. Saziş 4 (dörd) nüsxədə tərtib edilir. Nüsxələrdən biri işə baxan məhkəmə orqanına təqdim ediləcək, digərləri isə tərəflərə veriləcəkdir.

10. Saziş tərəflərin onu imzalamasından dərhal sonra qüvvəyə minir.

11. Bu sazişin pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcəkdir.” Beləliklə, tərəflər məhkəmə iclasında yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirdilər. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Tərəflər bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Tərəflər razılaşırlar ki, mübahisəli əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (torpaq sahəsi və tikili) satışa çıxarılsın və satışdan əldə olunacaq pul vəsaiti aralarında paylarına mütənasib qaydada (1/2 hissədə pul vəsaiti İddiaçı, 1/4 hissədə Cavabdeh1 və 1/4 hissədə X1 verilməklə) bölünsün.

2. Tərəflər razılaşırlar ki, həmin əmlakın satış qiyməti torpağın ölçüsünə əsasən müəyyən edilsin və sənəd üzərində olan torpaq sahəsinin (0,129320ha=12,93 sotun) bir sotunun qiyməti 13.000 manatdan hesablanmaqla ümumi qiymət "168.000 manat (12,93x13000=168000)" məbləğində müəyyən edilsin.

3. Tərəflər razılaşırlar ki, əmlak bazarına təqdim olunacaq ilkin satış qiyməti 175000 manat, son satış qiyməti 170000 manat müəyyən edilsin, maklerə və əmlakçılara əmlakın satılması üçün "175000 manat qiyməti" təklif edilsin.

4. Tərəflər razılaşırlar ki, müştəri üçün son satış qiyməti 168.000-dən aşağı ola bilməz.

5. Hazırki sazişlə müəyyən edilən "168000 manat məbləğində son satış qiyməti bu saziş imzalandıqdan sonra 6 (altı) ay müddət üçün müəyyən olunur. 6 (altı) aydan sonra tərəflər qarşılıqlı razılşama ilə bu qiyməti qaldıra, yaxud endirə bilərlər. Əgər əmlak 6 (altı) ay ərzində satılmazsa, yaxud inflyasiya səbəbindən, digər səbəblər üzündən qiymətlər qalxarsa, tərəflər hazırki qiymətin endirilməsinə və ya qaldırılmasına dair razılaşa bilərlər. Bu (qiymətin qaldırılması, yaxud endirilməsi), yalnız üçtərəfli razılaşma ilə və bu hazırki sazişə əlavə olaraq "əlavə yazılı saziş" (yaxud "sazişə əlavə") tərtib edilib imzalanmaqla mümkündür.

6. 6 (altı) ay ərzində əmlak satılmazsa, əmlak tərəflərdən birinin tələbi ilə satılması üçün hərraca çıxarıla bilər. Tərəflərdən biri buna etiraz edərsə, mübahisə məhkəmə qaydasında həll ediləcəkdir.

7. Tərəflər bu saziş imzalandıqdan və bu sazişlə müəyyən edilmiş şərtlərə (öhdəliklərə) əməl olunduqdan sonra mübahisə predmeti olan əmlakla bağlı aralarındakı bütün mübahisələrə son qoyulmasına, bir-birlərinə qarşı bununla bağlı, yalnız əmlakın hərracdan satılması tələbi istisna olmaqla, iddialarından imtina edəcəklərinə söz verir, evlə/torpaqla bağlı gələcəkdə bir-birindən heç bir şikayətləri və ya tələbləri olmayacağını bəyan edirlər. Hazırki saziş tərəflərin iradə ifadəsidir, heç bir təsir altında tərtib edilməmişdir.

8. Sazişin hüquqi nəticələri Azərbaycan Respublikası Mülki Prosesusal Məcəlləsinə uyğun olaraq tərəflərə izah edilmişdir. Barışıq sazişinin prosessual nəticələri tərəflərə aydındır.

9. Sazişin bağlanmasını (qəbul edilməsini) tərəflər imzaları ilə təsdiq edirlər. Saziş 4 (dörd) nüsxədə tərtib edilir. Nüsxələrdən biri işə baxan məhkəmə orqanına təqdim ediləcək, digərləri isə tərəflərə veriləcəkdir.

10. Saziş tərəflərin onu imzalamasından dərhal sonra qüvvəyə minir.

11. Bu sazişin pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcəkdir.” İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar