Məhkəmə qərarları › İş №2(004)-7294/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7294/2025

23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7294/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsi cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 12 sentyabr 2025-ci ildə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1939-cu ildə anadan olmuş ərizəçinin anası X6 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında qəfildən vəfat etmişdir. Mərhumun yaşı ilə əlaqədar bəzi xəstəlikləri var. Evə çağırdıqları təcili yardım briqadası gələnə kimi artıq vəfat etmişdir. Mərhum müsəlman adət-ənələrə uyğun olaraq xx.xx.2025-ci il tarixində Binəqədi rayon Yeni Kənd qəbistanlığında dəfn olunmuşdur. Anası evdə vəfat etdiyi və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Bu yaxınlarda anasının ölümünün qeydiyyata alınması barədə müvafiq Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Mərhum anası Bakı şəhəri, Z.Kərimov küçəsi, məhəllə 3147 mənzil 29 ünvanında rəsmi qeydiyyatda olmuşdur. Tibbi şəhadətnamənin alınması ilə bağlı Bakı şəhəri 19 nömrəli Şəhər poliklinikasına müraciət etmişdir. Həmin tibb müəssisəsindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, mərhumun ölüm faktı 19 nömrəli şəhər poliklinikasının ərazisi üzrə ünvanda baş verməməsi, ölümə səbəb ola biləcək xəstəliklərlə bağlı heç bir tibbi sənədin təqdim edilə bilməməsi və qəfləti ölüm səbəbindən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi imkan xaricindədir”. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, anası 86 yaşında evdə vəfat etmişdir. Yeni Binəqədi kənd qəbirstanlığında dəfn olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 3 saylı “Bakı Asan” Xidmət mərkəzi qeydiyyat şöbəsinə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 01955657 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1939-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 321646 saylı, 20 noyabr 2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxxxxx 1971-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X7, anası isə X3r. - “Respublika Təcili və X8 Mərkəzi” PHŞ-nin 12 sentyabr 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X2 adına ünvan 5 ünvanına çağırış olmuş, qadın cinsli həkiməqədər ölüm aşkar edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 19 nömrəli Şəhər X1 məxsus ölüm haqqında tibbi şəhadətnamənin təqdim edə bilməmək səbəbi barədə xx.xx.2025-ci il tarixli rəsmi imtinası ölüm faktının 19 nömrəli Şəhər Poliklinikasının ərazisi üzrə ünvanında baş verməməsi; ölümə səbəb ola biləcək xəstəliklərlə bağlı heç bir tibbi sənədin təqdim edilməməsi; qəfləti ölümü ilə bağlı əsaslandırılmışdır. - 3 saylı “Bakı Asan Xidmət” X5 Ərizəçi ünvanladığı 18 noyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.”Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki,’’Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ananızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir. - Fotoşəkildən müəyyən olunur ki, X4 aid məzar daşının üzərində xx.xx.1939xx.xx.2025-ci il tarixləri qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi anası XX.XX.1939-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası XX.XX.1939-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar