Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-73/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanında və ünvan 1yış evlərinin naturada bölgüsü, naturada bölgü mümkün olmadıqda, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanında və ünvan 1yış evlərinin kompensasiya pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, cavabdeh kompensasiya ödənilməsinə razı olmadıqda, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanında və ünvan 1yış evlərinin açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylarına uyğun bölgüsüna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək tələbin yalnız Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanına münasibətdə təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanı İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7222 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanında yerləşən yaşayış evindən İddiaçı daşınmaz əmlakın yardımçı sahələri ilə birlikdə naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. İş materiallarına Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanında yerləşən yaşayış evinin texniki pasportu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4724 nömrəli rəyini əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xüsusatlar əsas götürülməklə məhkəmə nəzərə alır ki, sözügedən daşınmaz əmlak paylı mülkiyyətçilər tərəfindən faktiki olaraq ayrılmışdır. Hazırki iddia tələbi ilə faktiki ayrılmanın leqallaşdırılması xarakteri daşıyır. Əmlakın naturada ayrılması yolu ilə mülkiyətçinin mülkiyyət hüquqlarının operativ təminatı təşkil edilməlidir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hazırki mübahisə üzrə hüquqi mövqeyini əsas götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə xərcinin tərəf(lər)dən tutulması mülki prosessual qanunvericiliyin imperativ (məcburi) tələbidir. Məhkəmənin həmin hissədə alternativ hərəkət etmək imkanı qanunla məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı payı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanı “B” tikilisindən 1/2 hissədə mütənasib şəkildə naturada ayrılaraq mülkiyyətinə verilməlidir. Naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7222 nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq həyata keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı payı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi ev 5 ünvanı “B” tikilisindən 1/2 hissədə mütənasib şəkildə naturada ayrılaraq mülkiyyətinə verilsin. Naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7222 nömrəli rəyinin nəticə hissəsinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-73/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-73/2024
01.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver