Məhkəmə qərarları › İş №2(004)-738/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-738/2022

31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-738/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X16 iştirakı ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X26 cəlb edilməklə maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “qohumluq faktı və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “qohumluq faktı və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 05.08.1997-ci ildə Bakı şəhərində vəfat etmiş X8 ata tərəfdən nənəsi olması və ondan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 nömrəli mənzilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X25 izahat verərək bildirir ki, ərizəçi xx xxx 1988-ci ildə Bakı şəhərində andan olmuşdur. X33 Vladimiroviç, anası X5. Atası X9 anası X22, atası X27muşdur. Babası X30in ölümündən sonra nənəsi X22 24.05.1955-ci ildə X17 ilə rəsmi nikaha daxil olmuş və ərinin Skripnik soyadını qəbul etmişdir. X33 Vladimiroviç isə öz əvvəlki soyadında qalmışdır. Nənəsi X18 X17 birgə nikah dövründə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzili əldə etmişlər. Həmin mənzil nənəsi ilə onun həyat yoldaşı tərəfindən özəlləşdirilmiş və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyət Başçısının Aparatı Özəlləşdrimə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 09.09.1993-cü ildə 35 saylı reysetr kitabında 5143-cü səhifədə 30/5143 qeydə alınmışdır.Həmin tarixdən Bakı şəhəri Yasamal rayonu,Şərifzadə küçəsi, ev 60,mənzil 3 ata nənəsi X18 X12 ümumi birgə mülkiyyəti olmuşdur. Nənəsi X22 05.08.1997-ci ildə, nənəsinin əri X17 18.10.1997-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra atası X9 nənəsindən miras qalmış Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60,mənzil 3-də yaşamaqla mirası qəbul etmiş, fasiləsiz yaşamaqla mənzildə istifadə və sahiblik etmişdir. X33 Vladimiroviç 20.09.2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi və bacısı nənəsi X10 miras qalmış Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzildə faktiki olaraq qəbul edərək ona mübahisəsiz sahiblik etmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri 23 saylı notariat ofisinə müracitə etmişdir. Lakin Bakı şəhəri 23 saylı notariat ofisinin notariusu Dəmirov Zaur 13.12.20121-ci il tarixli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Bakı şəhəri 23 saylı notariat ofisinin notariusu Dəmirov Zaur 13.12.20121-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərarında miras qoyan X17 vərəsələri: 1997-ci ildə vəfat etmiş nənəsi X19, 20.09.2021-ci ildə vəfat etmiş atası X28, bacısı X26 və onun tərəfindən qəbul etdiyi göstərilmiş, qohumluq münasibətlərini müəyyən edən sənədlər notraiat ofisinə təqdim olunmadığına görə X24 övladı kimi ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi göstərilmişdir. 05.08.1997-ci ildə Bakı şəhərində vəfat etmiş X2 atası X24 anası olmaqla ata nənəsi olması faktını başqa qaydada müəyyən etmək mümkün deyildir. Bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Bu faktın müəyyən edilməsi nənəsindən miras qalmış əmlaka o, cümlədən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzilə vərəsəlik hüququ yaranır. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri 23 saylı Notariat Ofisi 25.01.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 31.01.2022-ci il tarixli məhkəmə iclasında nümayəndənin iştirakını təmin edə bilməyəcəyini bildirərək məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24.05.1955-ci il tarixli, İE № 239778 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X20 və X22 24.05.1955-ci ildə 454 nömrəli nikah qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra ərə Skirpnik, arvada Skirpnik soyadı verilmişdir. İş materiallarında olan 28.02.1966-cı il tarixli, İ-ЯК № 763092 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X28 01.09.1945-ci il tarixdə Slavqorod şəhəri, Krasnopol rayonunda anadan olmuşdur. Atası X30, anası X13. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Şərifzadə küçəsi, ev 60, 3 nömrəli mənzil 09.09.1993-cü il tarixdə X14 adına qeydiyyata alınmışdır. İş materillarında olan Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 05.07.1997-ci il tarixli, V-JQ № 296761 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X19 26.06.1997-ci il tarixdə vəfat etmişdir. İş materillarında olan Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 01.11.1997-ci il tarixli, V-JQ № 307371 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X20 18.10.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06.04.2006cı il tarixli, AZ-İ № 755717 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X26 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X28, anası X7. İş materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06.04.2006cı il tarixli, AZ-İ № 755718 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Ərizəçi xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X28, anası X7. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat şöbəsinin 30.09.2021-ci il tarixli, AZ-İİ № 188013 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X28 20.09.2021ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat ofisinin 13.12.2021-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarına əsasən miras qoyal X17 Ərizəçi və X6 üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən qohumluq münasibətlərini təsdiq edən sənədlər notariat ofisinə təqdim edilmədiyinə görə imtina edilmişdir. İş materiallarında olan Yasamal rayon İcra Jakimiyyəti Nənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş 16.12.2021-ci il tarixli arayışın surətinə əsasən Ərizəçi Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 nömrəli mənzildə 16.12.2022-ci ilədək müvəqqəti qeydiyyatdadır. Müstəqil tələb irəli sürməyən X26 31.01.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qardaşı Ərizəçi ərizəsində qeyd etdiyi tələbi müdafiə edir. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzil nənələrindən atalarına, atalarından da onlara miras qalmışdır. Mirası vaxtında qəbul etmişlər. Həmin evdə anadan olub böyümüşlər. Başqa heç bir vərəsə və mübahisə yoxdur. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, ərizəçinin atası X28 01.09.1945-ci il tarixdə Slavqorod şəhəri, Krasnopol rayonunda anadan olmuşdur. Atası X30, anası X13. X20 və X22 24.05.1955-ci rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan sonra ərə Skirpnik, arvada Skirpnik soyadı verilmişdir. İş materialları ilə sübut olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzil X8 və X14 birgə nikah dövründə əldə olunmuşdur. X19 26.06.1997ci, X20 isə 18.10.1997-ci il tarixdə vəfat etmişdir. X19 vəfat etdikdə onun qanun üzrə vərəsəsi olan oğlu X28 həmin mənzildə faktiki yaşamaqla X15 çatası payı qəbul etmişdir. Daha sonra X20 vəfat etmişdir. Həmin mənzildə X28 və onun övladları Ərizəçi və Laşenko Alisa yaşamışlar. X28 20.09.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ümumi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzildən X15 çatası pay onun oğlu X28 tərəfindən faktiki qəbul edilmişdir. Daha sonra isə X24 vəfatından sonra həmin əmlak sonuncunun oğlu Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin atası X28 X14 övladı olmadığından X11 miras qalan əmlaka vərəsəlik hüququ yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.2-ci maddəsində əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələrdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə qeyd edir ki, ərizə qismən təmin edilməli, 26.06.1997-ci ildə Bakı şəhərində vəfat etmiş X8 Ərizəçi ata tərəfdən nənəsi olması faktı və ümumi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzildən X15 çatası payın ərizəçinin atası tərəfindən faktiki qəbul edilməsi, onun ölümündən sonra isə həmin əmlakın faktiki olaraq Ərizəçi tərəfindən qəbul edilməsi müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 26.06.1997-ci ildə Bakı şəhərində vəfat etmiş X8 Ərizəçi ata tərəfdən nənəsi olması faktı müəyyən edilsin. Ümumi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 60, 3 saylı mənzildən X15 çatası payın X1 Viktor İvanoviç tərəfindən faktiki qəbul edilməsi, X24 ölümündən sonra isə həmin əmlakın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar