Məhkəmə qərarları › İş №2(004)-7391/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7391/2025

09.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7391/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və dövlət rüsumunun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və dövlət rüsumunun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/2024-00287 nömrəli barışıq sazişinin “3. Maraqlı şəxs uşaqların saxlanılması üçün 2025-ci ilin iyul ayından başlayaraq hər ay hər uşağa görə 400 (dörd yüz) manat, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına köçürməklə ödəməyi öz öhdəsinə götürür.” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan tərəflər arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/2024-00287 nömrəli barışıq sazişinə əsasən, “3. Maraqlı şəxs uşaqların saxlanılması üçün 2025-ci ilin iyul ayından başlayaraq hər ay hər uşağa görə 400 (dörd yüz) manat, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına köçürməklə ödəməyi öz öhdəsinə götürür.” Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsaəsən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərinin subyektləri öhdəliklərini hüquqi baxımdan vicdanla həyata keçirtməyə borcludurlar. Hüquqdan sui-istifadə etmək qadağandır. Barışıq sazişinin könüllü icrasından Maraqlı şəxs tərəfindən imtina edilməsi əsasları mövcuddur. Maraqlı şəxs tərəfindən aliment öhdəlikləri icra edilmir. Maraqlı şəxs tərəfindən bunun təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Hazırki mərhələdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi əsas götürülməklə sözügedən sazişin prosessual baxımdan etibarsızlığı xüsusatları müəyyən edilmir. Məhkəmə ərizəyə ərizəçinin tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir. Çünki, hazırki ərizə ilə məhkəməyə müraciət edilməsinin zərurəti məhz maraqlı şəxsin saziş üzrə öhdəliklərinə əməl etməməsi çıxış edir, bu səbəbdən, müvafiq məhkəmə xərci maraqlı şəxsin hərəkətlərinin (hərəkətsizlik) nəticəsində yaranmışdır. Bundan əlavə, tələbin kökündə alimentlə bağlı məsələ olsa da, ərizə mahiyyəti üzrə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olduğundan tələb üzrə dövlət rüsumundan azad edilmə əsası mövcud deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/2024-00287 nömrəli barışıq sazişi “3. Maraqlı şəxs uşaqların saxlanılması üçün 2025-ci ilin iyul ayından başlayaraq hər ay hər uşağa görə 400 (dörd yüz) manat, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına köçürməklə ödəməyi öz öhdəsinə götürür.” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və dövlət rüsumunun tutulması” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/18/2024-00287 nömrəli barışıq sazişi “3. Maraqlı şəxs uşaqların saxlanılması üçün 2025-ci ilin iyul ayından başlayaraq hər ay hər uşağa görə 400 (dörd yüz) manat, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına köçürməklə ödəməyi öz öhdəsinə götürür.” hissəsində təsdiq edilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar