Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7410/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Rüfət oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Texniki Universitetinin 347-Ş/(s) nömrəli, 23 sentyabr 2021-ci il tarixli "Əmək Müqaviləsi"nə xitam verilməsi barədə Əmrini qanunsuz və əsassız hesab edərək işə bərpa edilməyi, qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxmdığına görə əmək haqqının ödənilməsi və dəymiş 17000 (on yeddi min) manat məbləğində mənəvi zərərin və mediasiya şurasının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Rüfət oğlu məhkəməyə “iddia icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə təqdim edərək, hazırda iddia ərizəsi üzrə İddiaçı qız ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəflər arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirmiş və “iddia icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə təqdim edərək, sözügedən mülki işlə əlaqədar İddiaçı qız ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 2.1. “İddiaçı və cavabdeh aralarında yaranmış "Əmək müqaviləsinin xitam verilməsi barədə qərarın qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan tələblərinə dair" mülki iş ilə bağlı mübahisəyə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər. 2.2. "Cavabdeh" “İddiaçı"ya iddiaçının əmək kitabçasında, elektron hökumət portalında və |“Əmək müqaviləsinin xitam verilməsi barədə" 347-Ş/(s) nömrəli, 23 sentyabr 2021-ci il tarixli Əmrində iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin hüquqi əsasında dəyişiklik edəcəyini qəbul edir, həmin hissənin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndini (işçinin xahişi ilə) dəyişməyi və bundan sonra iddiaçı"ya qarşı əmək mübahisəsindən irəli gələn pul və digər tələblər irəli sürməyəcəyini öz öhdəsinə götürür. 2.3. "İddiaçı" bunun müqabilində "Cavabdeh"ə qarşı irəli sürmüş olduğu iddia tələbindən imtina edir. Həmçinin, gələcəkdə "Cavabdeh"ə qarşı əmək mübahisəsindən irəli gələn pul və digər tələblər barədə iddia irəli sürməyəcəyini öz öhdəsinə götürür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.4-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 14.12.2021-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan” tələbi barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında 14.12.2021-ci il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı və cavabdeh aralarında yaranmış "Əmək müqaviləsinin xitam verilməsi barədə qərarın qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan tələblərinə dair" mülki iş ilə bağlı mübahisəyə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər. 2."Cavabdeh" “İddiaçı"ya iddiaçının əmək kitabçasında, elektron hökumət portalında və |“Əmək müqaviləsinin xitam verilməsi barədə" 347-Ş/(s) nömrəli, 23 sentyabr 2021-ci il tarixli Əmrində iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin hüquqi əsasında dəyişiklik edəcəyini qəbul edir, həmin hissənin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndini (işçinin xahişi ilə) dəyişməyi və bundan sonra iddiaçı"ya qarşı əmək mübahisəsindən irəli gələn pul və digər tələblər irəli sürməyəcəyini öz öhdəsinə götürür. 3."İddiaçı" bunun müqabilində "Cavabdeh"ə qarşı irəli sürmüş olduğu iddia tələbindən imtina edir. Həmçinin, gələcəkdə "Cavabdeh"ə qarşı əmək mübahisəsindən irəli gələn pul və digər tələblər barədə iddia irəli sürməyəcəyini öz öhdəsinə götürür. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-7410/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7410/2021
21.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver