Məhkəmə qərarları › İş №2(004)-762/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-762/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-762/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X19 oğlunun katibliyi, Ərizəçi Əmirağa qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət 20.11.1939cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X9 16.03.1999-cu il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Yasamal Rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 müəllimin onun qonşusu olduğunu, yas mərasimində iştirak etdiyini, Yasmal qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 qardaşı olduğunu, yas mərasimini özünün təşkil etdiyini, həmin vaxt başları qarışıq olduğu üçün sənədləri toplaya bilmədiklərini, qardaşını 1999-cu ildə Yasamal qəbirstanlığında dəfn etdiklərini, qardaşının xəstə olduğunu, ürəyində problemlərinin olduğunu bildirmişdir. İş materiallarında olan Xİİ-ЖГ № 133837 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki X15 ilə X8 arasında 22 avqust 1969cu il tarixdə 895 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan 2 nömrəli şəhər poliklinikasının 16.12.2021-ci il tarixli № 276 saylı arayışından görünür ki, 20.11.1939-cu il təvəllüdlü Yasamal rayonu İ.Qutqaşınlı 26 ünvanında qeydiyyatda olan X7 adına 2 nömrəli Şəhər Poliklinikasında nə ambulator kartası, nə də mərhumun adına olan arayış forma 106 verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən göndərilmiş 09.12.2021-ci il tarixli № 1939 saylı məktubun əslinə əsasən müəyyən olunur ki, X1 yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsinin 16.10.2021-ci il tarixli №1995/69 saylı arayışının surətinə əsasən müəyyən olunur ki, 20 noyabr 1939-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən olunması məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 16.10.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, 20.11.1939-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X9 16.03.1999-cu il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan akt müəyyən edilməlidir. Belə ki, X9 16.03.1999-cu il tarixdə Bakı şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.11.1939-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş X7 16.03.1999-cu il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar