Məhkəmə qərarları › İş №2(004)-7631/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7631/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7631/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.1972-ci ildə anadan olmuş X1nın 12.11.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamə verilməsinin maraqlı şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı il tarixində Bakı şəhərində anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. X1 01.11.1972-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, 12.11.2021-ci il tarixində ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Təcili tibbi yardım mənzilə gələrək xəbərdarlıq vərəqəsi vermiş, lakin ölümün səbəbi qeyd edilmədiyindən arayış ala bilməmişdir. Anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon Qeydiyyat şöbəsinə şifahi olaraq müraciət etmiş və onlar ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməyini məsləhət gördülər. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin qaynıdır. Ərizəçinin X1nın 12.11.2021-ci il tarixində Yasamal rayonundakı evində vəfat etmiş, onu Abşeron rayonu Mehdiabad qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilib ərizəçiyə ünvanlanmış 26.11.2021-ci il tarixli 05/76-4345/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin qardaşı X2 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş Ərizəçi aid doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X4 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, X6 12.11.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli 175 saylı arayışdan görünür ki, X6 12.11.2021-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 01.11.1972-ci ildə anadan olmuş X2 12.11.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.11.1972-ci ildə anadan olmuş X2 12.11.2021-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. 12.11.2021-ci il tarixində vəfat etmiş X3 ölüm haqqında şəhadətnamə verilməsi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar