Məhkəmə qərarları › İş №2(004)-766/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-766/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-766/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1953-cü il tarixində xx.xx.1953-cü il təvəllüdlü qardaşı X10 yaşadığı ünvanında səhhəti qəfildən pisləşərək vəfat etmişdir. X2 Pirallahı qəbiristanlığında dəf edilib. X3 ailəsi ilə brilikdə Pirallahıda məskunıaşmışdır. Ərizəçi bildirir ki, X2n ölümü ilə bağlı Azərbaycan respublikası Səhiyyə Nazirliyi Quba rayon poliklinikasına “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi ilə bağlı müraciət etmiş, mərhumun ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə və mərhumun xəstəliklə bağlı əvvəllər poliklinikaya müraciət etməməsinə görə “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 3-16-5/7-69-1536 saylı Maraqlı şəxs tərəfində verilmiş arayışdan görünür ki, xx.xx.1953-cü ildə Quba rayonunda anadan olmuş X10 barəsində Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsində arxiv sənədləri 1950-1956-cı il və bərpa illəri üzrə yoxlanılaraq X10 barəsində 1953-cü ilə dair ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-İ-2606/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 8.5-ci bəndində əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. ИЕ №151004 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və Süleymanova (İsayeva) Qəmər Süleynman qızı xx.xx.1952-cil tarixdə nikah bağlamışlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1933-cü ildə Ağdaş rayonunda dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Quba rayonunda anadan olmuşdur. AZ № 049728 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2001-ci il tarixdə Quba rayonunda vəfat etmişdir. AZ-İ № 276451 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci ildə Quba rayonunda vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin göndərdiyi 16 yanvar 2025-ci il tarixli 3-16-5/4-13-13917/2024 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Q.İsayevanın övladları barədə yalnız aşağıdakı məlumatlar aşkar edilmişdir: X1 (xx.xx.2001-ci ildə vəfat etmişdir) və X12 (xx.xx.2007-ci ildə vəfat etmişdir) olan xx.xx.1953-cü il təvəllüdlü Cahangir İsayevin, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1960-cı il təvəllüdlü Tamilla İsayevanın, xx.xx.1963-cü il təvəllüdlü Şahin İsayevin (xx.xx.1988-ci ildə vəfat etmişdir), xx.xx.1967-ci il təvəllüdlü Sevinc İsayevanın və xx.xx.1969-cu il təvəllüdlü Şamil İsayevin (xx.xx.2004-cü ildə vəfat edib) doğumunun Quba rayon qeydiyyat şöbəsində, xx.xx.1954-cü il təvəllüdlü Ülkər İsayevanın doğumunun isə Xəzər rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Əliyeva (İsayeva) Ülkər Yargül qızı ilə X5 xx.xx.1976-cı ildə Quba rayon qeydiyyat şöbəsində qeydə alınan nikahına sonuncunun xx.xx.2024-cü ildə vəfat etməsi ilə xitam verilmişdir. Bu nikahdan onun xx.xx.1982-ci il təvəllüdlü Amalya Əliyeva və xx.xx.1990-cı il təvəllüdlü Fəridə Əliyeva adlı övladları doğulmuşdur. X18 ilə Paşayeva (İsayeva) Bəsti Yargül qızının xx.xx.1985-ci ildə Quba rayon qeydiyyat şöbəsinə rəsmiləşdirilmiş nikahının pozulması xx.xx.1989-cu ildə həmin şöbədə qeydə alınmışdır. Bu nikahdan tərəflərin xx.xx.1986-cı il təvəllüdlü Elçin Paşayev (xx.xx.2024-cü ilsə vəfat etmişdir) adlı övladı doğulmuşdur. Ərizəçi X7 ilə xx.xx.1991-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahının pozulması xx.xx.1992-ci ildə həmin şöbədə qeydə alınmışdır. Ərizəçi növbəti nikahı X16 ilə xx.xx.1998-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş və bu nikahın pozulması xx.xx.2002-ci ildə həmin şöbədə qeydə alınmışdır. Tağıyev fazil Hüseyn oğlu ilə Tağıyeva (İsayeva) Tamilla Yargül qızının nikahı xx.xx.1979-cu ildə Quba rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu nikahdan tərəflərin xx.xx.1980-ci il təvəllüdlü Zaur Tağıyev və xx.xx.1984-cü il təvəllüdlü Nəzihə Tağıyeva adlı övladları doğulmuşdur. X25 ilə Abasova (İsayeva) Sevinc Yargül qızının nikahı xx.xx.1988-ci ildə Quba rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu nikahdan tərəflərin xx.xx.1989-cu il təvəllüdlü Sevda Abasova və xx.xx.1992-ci il təvəllüdlü Ayşən Abasova adlı övladları doğulmuşdur. X19 ilə İsayeva (Mütəllimova) Fəridə Şixbaba qızının xx.xx.1991-ci ildə Quba rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahına Ş.İsayevin xx.xx.2004-cü ildə vəfat etməsi ilə xitam verilmişdir. Bu nikahdan tərəflərin xx.xx.1992-ci il təvəllüdlü Qəmər İsayeva və xx.xx.1994-cü il təvəllüdlü Şəbnəm İsayeva adlı övladları olmuşdur. İnformasiya sistemində Cahangir İsayevin və Şahin İsayevin nikahı və övladının doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X1 ilə X8 birgə nikahından ərizəçi- Ərizəçi, Cahangir İsayev, Tamilla İsayeva, Şahin İsayev, Sevinc İsayeva, Şamil İsayevin və Ülkər İsayeva anadan olmuşdur. Ərizəçinin qardaşı Cahangir İsayev 1953-cü il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilməmişdir. Hazırda Ərizəçi 1953-cü ildə vəfat edən qardaşı X6 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlər və məhkəmə sorğusuna müvafiq cavablarla müəyyən olunur ki, ərizəçinin qardaşı xx.xx.1953-cü il təvəllüdlü X10 1953-cü ildə vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 19 mart 1953-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 1953cü il tarixində Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 mart 1953-cü il tarixdə Quba rayonunda anadan olmuş X6 1953-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar