Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-768/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərcüməçi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 17.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 08.10.1949-cu il təvəllüdlü X9 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, mərhum X12 ərizəçinin həyat yoldaşıdır və milliyətcə azərbaycanlıdır. Mərhum 25.11.2021-ci il tarixdə ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Ölümünə səbəb ürəyində olan xəstəliyi olmuşdur. Azərbaycandan kənarda daim həkim nəzarətində olmuşdur. X1 X6 məlumat vermişlər. TTTYS-nın 25.11.2021-ci il tarixli, ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X13 meyiti aşkar edilmişdir. Bu barədə TTTYŞ-nin həkim briqadası tərəfindən 25.11.2021-ci il tarixli Təcili və X3 Stansiyasının xəbərdalıq vərəqəsi tərtib edilmişdir. Ertəsi gün - 26.11.2021-ci il tarixdə mərhumun cəsədi dini və ənənəvi qaydalara müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Dağüstü 1 qəbristanlığında dəfn edilmişdir. Bu barədə Bakı şəhər Yasamal Bələdiyyəsinin arayışı mövcuddur. Ərizəçi 02.12.2021-ci il tarixdə 1 saylı Bakı Asan Xidmətinə müraciət edərək X10 ölümünün qeydiyyata alınmasını xahiş etmişdir. Elə həmin tarixdə ona imtina məktubu ünvanlanmışdır. O, illərdir Azərbaycandan kənarda yaşadığı üçün Azərbaycan Respulikasında mövcud qanunvericiliyin tələblərini bilməmiş, ona müraciət etmək üçün müəyyən olunmuş müddəti ötürdüyü izah olunmuşdur. O və qızı yoldaşının həyatını dəyişdiyinə görə çox böyük sarsıntı keçirmişdir. Həmçinin TƏBİB-in Bakı Şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər X4 şəxsdən əldə edilmiş 1633 saylı, 03 dekabr 2021-ci tarixli məktubdan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olması bildirilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, nümayəndəsi və vəkilinin izahatını təsdiq edir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İE № 543208 seriyalı, 12.12.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 08.10.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş 25.11.2021-ci il tarixli, 0374 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Bakı şəhəri, F.Qasımzadə küçəsi, ev 9, 58 saylı mənzilə X9 adına çağırış daxil olmuş, 1949-cu il təvəllüdlü X9 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər 5 №-li şəhər poliklinikası tərəfindən verilmiş arayışa əsasən 5 №-li şəhər poliklinikasına müraciət etmədiyinə görə müayinə və müalicə almadığına görə ölümün səbəbi müəyyən olmamış, bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsinin 02.12.2021-ci il tarixli 05/Q-1595/76 nömrəli məktubundan müəyyən olunur ki, X9 ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon bələdiyyəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli, 1890 №-li arayışa əsasən X12 Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında 26.11.2021-ci il tarixdə dəfn edilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirir ki, mərhum onun atasıdır. Almaniyadan yeni qayıtmışlar. Evə daxil olan zaman atası qəfildən yıxılmış və vəfat etmişdir. O, X9 ölümünü təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirir ki, X9 tapşırıqlarını yerinə yetirirdi. Mərhum mənzilə daxil olarkən qəfildən vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 08.10.1949-cu il təvəllüdlü X9 25.11.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.10.1949-cu il təvəllüdlü X9 25.11.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X9 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-768/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-768/2022
27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver