Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-775/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü, X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X5 20 oktyabr 2022-ci il tarixdə X6 reanimasiya və intensiv terapiya şöbəsinə daxil olmuş və 21 oktyabrda orada vəfat etmişdir. Həmin vaxt atası tərəfindən statistika bölməsinə məhrumun şəxsiyyət vəsiqəsinin itirildiyini bildirmişdir. Şəxsiyyət vəsiqəsini təqdim edə bilmədiyindən X7 ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bu barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “kliniki tibb mərkəzi” publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli 5845 saylı cavab verilmişdir. Məhrum oğlu Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən qəbrstanlıqda dəfn olunmuşdur. Oğlunun ölümü barədə şəhadətnamə almaqla əlaqədar o qeydiyyatda olduğu ünvana yəni Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oğlunun şəxsiyyət vəsiqəsini itirdiyinə görə ona ölüm faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İmtina olunmasına əsas olaraq bildirilmişdir ki, X2 ölümünün qeydiyyata alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 143 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Mirzəni 1690-cı ildən tanıyır, məktəb yoldaşı olmuşdur və qohumluq əlaqələri yoxdur. Mirzənin oğlu Muradı da tanıyır və murad 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həmçinin Muradın dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Mirzə onun bibisi oğludur. Mirzənin oğlu Murad 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və dəfndə iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “X10” publik hüquqi şəxsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 5845 saylı məktubdan görünür ki, mərhumun şəxsiyyət vəsiqəsi təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilən 200 nömrəli arayışdan görünür ki, mərhum X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi “Seyidlər” qəbrstanlığında dəfn olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Ərizəçi, ana qrafasında İskəndərova Lalə qeyd edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasında anadan olmuş, xx.xx.1982-ci il təvəllüdlü, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-775/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-775/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver