Məhkəmə qərarları › İş №2(004)-7905/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7905/2021

27.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7905/2021 27.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 12.12.2014-cü il təvəllüdlü X2 və 15.0.2010-cu il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs hər ay onun gəlirlərinin 1/3 hissəsi və ayda 300 manat sabit pul məbləğində alimentin tutulması barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri bardə ərizəçiyə məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ərizəçi ilə aralarında mediasiya prosesində barışıq sazişi imzalanmışdır. Lakin onun iş yeri ilə əlaqədar onun icrası mümkün olmamışdır. Məhkəmədən həmin barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 26.11.2021-ci il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında alimentin əmək haqqına və digər gəlirlərə yönəldilməsi haqqında barışıq sazişi imzalanmışdır. Saizşə əsasən Maraqlı şəxs 12.12.2014-cü il təvəllüdlü X2 və 15.01.2010-cu il təvəllüdlü X1 üçün hər ay onun gəlirlərinin 1/3 hissəsi və ayda 300 manat sabit pul məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 12.12.2014-cü il təvəllüdlü X2 və 15.01.2010-cu il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay onun gəlirlərinin 1/3 hissəsi və ayda 300 manat sabit pul məbləğində alimentin tutulması barədə mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar