Məhkəmə qərarları › İş №2(004)-819/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-819/2024

31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-819/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1967-ci ildə doğulmuş İbadova (Məmmədova) Arzu Əlövsət qızının xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Bakı şəhəri Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, İbadova (Məmmədova) Arzu Əlövsət qızı onun anasıdır. X9 xx.xx.2001-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. X1 xx.xx.2001-ci il tarixdə Xırdalan qəbirstanlığında dəfn etmişlər. Lakin ona ölüm haqqında şəhadətnamə almamışlar. Anası vəfat edən zaman onun 15 yaşı olmuşdur. Hazırda X2 da xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bundan sonra o, vərəsəlik işlərini həll etmək istəmiş və anasının ölüm haqqında şəhadətnaməsini tapa bilməmişdir. O, anasına ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, anasına ölüm haqqında şəhadətnamə alınmadığını öyrənmişdir. Hazırda ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə anasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-3878/15/23 nömrəli arayışından görünür ki, İbadova (Məmmədova) Arzu Əlövsət qızının ölümü haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-3878/15/23 nömrəli məktubu ilə İbadova (Məmmədova) Arzu Əlövsət qızının adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. Abşeron rayon X3 Xidməti şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 110 nömrəli arayışdan görünür ki, X6 qəbirdaşına əsasən xx.xx.2001-ci ildə Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Qəbr daşının fotoşəklində olan yazıda göstərilmişdir ki, X6 xx.xx.1967-ci ildə doğulmuşdur və xx.xx.2001-ci ildə ölmüşdür. xx.xx.1986-cı il tarixli Xİİ-JQ № 282722 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuşdur. X2, anası X7r. Azərbaycan Respublikası TƏBİB Publik Hüquqi şəxsi Bakı Baş Səhiyyə X12 Şəxsi 19 nömrəli şəhər Poliklinikasının verdiyi xx.xx.2023-cü il tarixli 137 nömrəli məktubundan müəyyən edilir ki, X4 adına 19 nömrəli Şəhər Poliklinikasına müraciət olunmamış, adına ambulator karta açılmamış və hər hansı bir xəstəliyi barədə məlumat yoxdur. Bu səbəbdən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 xəstəlikləri barədə heç bir məlumat təqdim etmək mümkün deyildir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ 641162 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.2013-cü ildə Bakı şəhərində ürəyin işemik xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1967-ci ildə doğulmuş İbadova (Məmmədova) Arzu Əlövsət qızı Ərizəçi doğma anasıdır. İbadova (Məmmədova) Arzu Əlövsət qızı xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və Xırdalan qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci ildə doğulmuş İbadova (Məmmədova) Arzu Əlövsət qızının xx.xx.2001-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. İbadova (Məmmədova) Arzu Əlövsət qızının adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar