Məhkəmə qərarları › İş №2(004)-857/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-857/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-857/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X16 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək arvadı X3 20 noyabr 2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Yasamal Rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən əizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 xanımın yoldaşı Yusifin onun dayısı olduğunu, Elmira xanımın 2009-cu ilin noyabr ayında vəfat etdiyini, yas mərasimində iştirak etdiyini, Balaxanı qəbirstanlığında dəfn olunduğunu, şəkər xəstəliyinin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 və Elmira xanımın qonşusu olduğunu, Elmira xanımın 2009-cu ilin noyabr ayında vəfat etdiyini, yas mərasimi ilə bağlı mərasim təşkil etdiklərini və X9 da orada iştirak etdiyini, Balaxanı qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 04.02.2020-ci il tarixli nikahın bağlanması haqqında çıxarışa əsasən müəyyən olunur ki, Ərizəçi ilə X6 arasında 01 noyabr 1978-ci il tarixdə 19 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan 22.08.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu Zabrat 1 qəbirsanlığında 20.11.2009-cu il tarixində dəfn olunmuşdur. İş materiallarında olan Ərizəçi Yasamal Rayon Qeydiyyat şöbəsinə ünvanladığı 02.12.2021-ci il tarixli ərizədən görünür ki, Ərizəçi 20 noyabr 2009-cu il tarixdə vəfat etmiş, arvadı X3 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 07.12.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş arvadı X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal Rayon Qeydiyyat Şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması Yasamal Rayon Qeydiyyat Şöbəsinin imkanı xaricində olduğu bildirilmiş və Ərizəçi aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş mateiallarında olan TƏBİB-in Bakı şəhər Təcili və X11 Stansiyası publik hüquqi şəxsin Vəkil ünvanladığı 30.11.2021-ci il tarixli məktubundan görünür ki, Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlərin aktlaşdırılıb silindiyi, bu səbəbdən X2 adına 20.11.2009-cu il tarixində Bakı şəhər Təcili və X11 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmədikləri bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahdlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, X3 20 noyabr 2009-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, X3 20 noyabr 2009-cu il tarixdə vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 20 noyabr 2009-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar