Məhkəmə qərarları › İş №2(004)-868/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-868/2022

28.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-868/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 24.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 07.08.1994-cü il təvəllüdlü X5 17.04.1995-ci il tarixdə Bakı şəhərində, Uşaq Nevrolji xəstəxanasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş və halhazırda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 36-da övladı ilə birlikdə yaşayır. Mərhum 07.08.1994-cü il təvəllüdlü X10 onun oğludur. Mərhum oğlu X10 17.04.1995-ci il tarixdə xəstəliyi ilə əlaqədar X9 vəfat etmişdir və onu 17.04.1995-ci il tarixdə qohum qonşu və digər mərasim iştirakçılarının iştirakı ilə Qobustan rayonu, Ərəbşahverdi kənd qəbirstanlığında dəfn etmişlər. Lakin ərizəçi bugünə kimi onun ölüm haqqında şəhadətnaməsini vacib olmayacaq deyə müraciət edib almamışdır. Ərizəçinin yoldaşı X3 20.09.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda mərhum yoldaşının ölümü ilə əlaqədar vərəsəlik işi açmaq istəyir, lakin mərhum oğlunun ölüm haqqında şəhadətnamə almamağı səbəbindən onun adı sağ olan şəxslər siyahısındadır. Bu səbəbdən də oğlu X10 vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsi lazım olduğunu bildirdilər. Bu səbəbdən də o, mərhum oğlu X5 ölüm haqqında şəhadətnaməsini almaq üçün yaşadığı ərazi üzrə maraqlı şəxs olan Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizəçi isə bu səbəbdən mərhum oğlu X5 ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün faktiki yaşadığı ərazi üzrə Yasamal rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək nümayəndəsi və vəkilinin izahatını təsdiq etdiyini bildirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11.10.1994-cü il tarixli, 1925 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətinə əsasən X10 07.08.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.12.2021-ci il tarixli, 05/Q-2328/69 nömrəli arayışa əsasən 07.08.1994-cü ildə Bakı şəhərində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq əziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 04.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinin 11.12.2021-ci il tarixli 05/76-1219/15 nömrəli məktubundan müəyyən olunur ki, X5 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 19 saylı şəhər poliklinikasının məktubunda qeyd olunur ki, 19 saylı şəhər poliklinikası 18 yaşdan yuxarı əhaliyə xidmət göstərdiyi üçün həmin yaş qrupu üçün əhalinin tibbi sənədləşməsini aparmır. Bu səbəbdən X10 barəsində ölüm haqqında tibbi şəhadətnaməsinin verilib-verilməməsi barədə məulamat vermək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, ərizəçi ilə rəfiqə olmuşdur. Uşaq 1994-cü ilin avqust ayında dünyaya gəlmiş, 1995-ci ilin aprel ayında vəfat etmiş, kənddə dəfn edilmişdir. Suala cavab olaraq bildirir ki, X12 vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur. Uşaq 1994-cü ilin avqust ayında dünyaya gəlmiş, 1995-ci ilin aprel ayında vəfat etmiş, kənddə dəfn edilmişdir. X12 vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur. Uşaq 1994-cü ilin avqust ayında dünyaya gəlmiş, 1995-ci ilin aprel ayında vəfat etmiş, kənddə dəfn edilmişdir. X12 vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 07.08.1994-cü il təvəllüdlü X5 17.04.1995-ci il tarixdə, Bakı şəhərində, X9 vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.08.1994-cü il təvəllüdlü X5 17.04.1995-ci il tarixdə, Bakı şəhərində, X9 vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar