Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-891/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər "Bakı şəhər Baş Səhiyyə İdarəsi" X13 39 nömrəli şəhər poliklinikası və 3 Saylı Bakı ASAN Xidmət X4rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər "Bakı şəhər Baş Səhiyyə İdarəsi" X13 39 nömrəli şəhər poliklinikası və 3 Saylı Bakı ASAN Xidmət X4rşı “ölüm faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1955-ci il təvəllüdlü, X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyini bildikdə dərhal təcili və yəxirəsalınmaz tibbi yardım stansiyası ilə əlaqə saxlamışdır. Bir müddət sonra aiddiyyəti üzrə əməkdaşlar gəlmiş və onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Qeyd edir ki, həmin vərəqədə ölümün ilkin səbəbi bölməsində poliklinikaya müracitə etməli olduğu göstərilmişdir. Bu səbəbdən də 39 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin anasının xəstəliyini təsdiqləyən stasionar epikriz olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Daha sonra 3 Saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsinə yaxınlaşsa da, eyni səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçi onun oğludur, məhrum isə həyat yoldaşıdır. X1 xx.xx.2022-ci il tarixdə gecə saat 2 radələrində vəfat etmişdir. Sonuncu Bakı şəhərində Yasamal qəbirstanlığında dəfn edilmişdir. X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktını təsdiq edir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X2 2 aya yaxındır ki vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. Həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir. X3 ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs 3 Saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 39 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 277 saylı məktubdan görünür ki, ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. 3 Saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05-Q-4691/15 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X3 ölümünün qeydə alınması mümkün deyildir. Həmçinin Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən 184 nömrəli arayışdan görünür ki, mərhum X5 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Şərifzadə küçəsində yerləşən Dağüstü qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1955-ci il təvəllüdlü, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasında anadan olmuş, xx.xx.1955-ci il təvəllüdlü, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-891/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-891/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver