Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-91/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 14.11.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 yetkinlik yaşına çatmamış ailə üzvləri - X2, X3 və X5 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 18 nömrəli evdən çıxarılmaları və onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli 2(004)-502/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021ci il tarixli 10/95 nömrəli ekspert rəyi 16.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 2(004)-91/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası təyin edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Oktyabr rayonu X1 İcrayə Komitəsinin 02.10.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş ev hüquqi cəhətdən təsdiq edilmiş və İddiaçı anası X9 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınmışdır. Sonradan “4-cü Yasamal” küçəsinin adı dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmişdir. 3 saylı “ASAN Xidmət” Mərkəzinin 28.02.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırda İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamadığı müddət ərzində həmin ev Cavabdeh1 tərəfindən zəbt edilmiş və öz ailə üzvləri ilə birlikdə oraya köçmüşdür. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh evi tərk etmir. Qeyd edilir ki, MH seriyalı 033283 nömrəli 14.06.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli özbaşına tikilmiş ev vardır. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 2N Xidmət” Mərkəzinin 14.03.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. Yəni, Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsində yerləşən 8 və 8A nömrəli evləri fərqlidir. Halbu ki, cavabdehlər özünə məxsus 8A nömrəli evdə yox, iddiaçının qeydiyyatda olduğu 8 nömrəli evdə yaşayırlar. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xİdmətinin 16.05.2017-ci il tarixli **********62 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiliklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli 590 nömrəli Fərmanı əsasında “ünvan 4 ünvana “ünvan 5an Dadaşov küçəsi ev 8A” ünvana isə “ünvan 7ü kimi, 8 və 8A nömrəli evlər hazırda müvafiq olaraq 18 və 20 nömrəli evlərdir. Beləliklə, cavabdehlər özlərinə məxsus 20 nömrəli evdə yaşamırlar və 18 nömrəli evi qanunsuz olaraq zəbt etmişlər. Hazırda iddiaçı öz evinə köçmək istəsə də, bunu edə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında onun nümayəndəsi və vəkilinin verdiyi izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh1 bacısı Tirmədən 1994-cü ildə hissə-hissə olmaqla 2.000+2.000=4.000 ABŞ dolları məbləğində pulu illik 30% ödəmək şərti ilə borc almışdır. Borcun qaytarılması üçün müddət müəyyən etməmişlər. O, hər ay faizləri ödəmişdir. 1995-ci ildə dolların məzənnəsi yüksəlmiş və o, borcu ödəyə bilməmişdir. Tirmə ona verdiyi borc pulu qardaşı Etibardan aldığını bildirmiş və borcun faizləri ilə birlikdə 30.000 ABŞ dolları təşkil etdiyini bildirmişdir. O, bu qədər məbləği qaytara bilməyəcəyini bildmiş və yaşadığı Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8 nömrəli 2 mərtəbəli evini boşaldaraq açarlarını Tirməyə vermişdir ki, evi kirayə verib, alıq kirayə haqqını borcun ödənilməsinə yönəltsin. Borc ödənəndən sonra evini özünə qaytarsın. O, evi kirayə verməsi üçün Tirməyə verərkən, evdə ona məxsus olan çarpayılar, mətbəx mebeli və şkaf var idi. O, evi Tirməyə verdikdən sonra, onun evinə Cavabdeh1 öz ailəsi ilə birlikdə köçüb yaşamış və hazırkı vaxta kimi onun evini boşalmamışdır. O, Tirməyə ümumilikdə 28.000 ABŞ dolları pul qaytarmışdır. Sonradan o, qalan məbləği verib evini boşaltmağı tələb etsə də, Cavabdeh1 onun tələbinə əməl etməmiş, evini boşaltmamışdır. Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8A nömrəli evin mülkiyyətçisi olsa da, faktiki olaraq ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8 (indiki 18) nömrəli evdə yaşayır. Cavabdehin mülkiyyətində olan 8A (indiki 20) nömrəli evlə, ona məxsus olan 8 (indiki 18) nömrəli ev eyni evlərdir. Texniki pasporta əsasən ona məxsus olan evin koordinatları X-398462; Y- 4470028 ilə Cavabdeh1 yaşadığı evin koordinatları eynidir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasında cavabdehin iddianı qəbul etmədiyini etmədi bildirdi və izahatında qeyd etdi ki, MH seriyalı 033283 nömrəli 14.06.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 8r. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 özlərinə məxsus olan Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. İddiaçı isə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadır. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8A nömrəli fərdi yaşayış evi, evin qeydiyyat vəsiqəsinə və texniki pasportunda gböstərilən ölçülərinə uyğundur və iddiaçıya hər hansı bir aidiyyatı yoxdur. Hazırda da Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir və öz ailəsi ilə birlikdə orada yaşayır. Tərəflər arasında həmin evlə bağlı çox saylı məhkəmə mübahisələri olmuş və məhkəmə qərarları ilə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8A nömrəli fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olması və İddiaçı aidiyyatı olmadığı sübuta yetirilmişdir. Keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə də təsdiq edildi ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8A nömrəli fərdi yaşayış evi, evin hüquqi sənədlərinə uyğundur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəsiz qaydada müəyyən edildi ki, Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından və rəsmi sənədlərdən görünür ki, Bakı şəhəri Oktyabr rayonu X1 İcrayə Komitəsinin 02.10.1969-cu il tarixli N-23/3-d nömrəli qərarına əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8 nömrəli özbaşına tikilmiş ev hüquqi cəhətdən təsdiq edilmiş və İddiaçı anası X9 4 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvan üzrə qeydiyyata alınmışdır. Sonradan “4-cü Yasamal” küçəsinin adı dəyişdirilmiş və həmin küçəyə “Xaqan Dadaşov” adı verilmişdir. 3 saylı “ASAN Xidmət” Mərkəzinin 28.02.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırda İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvanda rəsmi qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 31.01.1996-ci il tarixli 185 nömrəli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu 4-cü Yasasamal küçəsindəki 193,7 kv.m torpaq sahəsində yerləşən 137,4 kv.m yaşayış sahəsi və 173,8 kv.m köməkçi sahəsi olan 8A nömrəli evin Cavabdeh1 adına mülkiləşdirilmiş, evin inventarlaşdırılması və qeydiyyat şəhadətnaməsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-dən xahiş edilmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 14.06.1996-cı il tarixli MH seriyalı 033283 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Küçənin adı dəyişdiriləndən sonra həmin ünvan - ünvan 10SAN Xidmət” Mərkəzinin 14.03.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A ünvanda rəsmi qeydiyyatdadırlar. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xİdmətinin 16.05.2017-ci il tarixli **********62 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 27.11.2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiliklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli 590 nömrəli Fərmanı əsasında “ünvan 4 ünvana “ünvan 5an Dadaşov küçəsi ev 8A” ünvana isə “ünvan 11can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 10/95 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 nömrəli evlə, yəni - Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 18 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 287,8 kv.m təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 8A nömrəli ev, yəni - Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 20 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 154,9 kv.m təşkil etdiyini nəzərə alaraq 18 və 20 nömrəli fərdi yaşayış evləri texniki cəhətdən eynilik təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A (indiki Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A) nömrəli 2 mərtəbəli fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasına dair Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 14.06.1996-cı il tarixli MH seriyalı 033283 nömrəli qeydiyyat vəsiqəsi hazırda qüvvədədir. Həmin evi qeydiyyat vəsiqəsində və texniki pasportun ölçülərinə uyğun olmaqla, Cavabdeh1 mülkiyyətindədir və Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə orada yaşayır. Bu evin İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8 ünvana aidiyyatı yoxdur. İddiaçı ona məxsus evin Cavabdeh1 təçrəfindən zəbt edildiyini iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsassız və rədd edilməlidir. Çünki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri 4-cü Yasamal küçəsindəki 8A (indiki Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A) nömrəli 2 mərtəbəli fərdi yaşayış evi ilə İddiaçı qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi 8 nömrəli özbaşına tikili ev eyni evlər deyildir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 8A nömrəli 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı məxsus deyildir, həmin ev Cavabdeh1 mülkiyyətindədir. Odur ki, İddiaçı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh4 və Cavabdeh5 yetkinlik yaşına çatmamış ailə üzvləri - X2, X3 və X5 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Xaqan Dadaşov küçəsindəki 8 nömrəli (indiki 18 nömrəli) evdən çıxarılmaları və İddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-91/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-91/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver