Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-933/2022 05.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4nun (20 noyabr 1963-cü il təvəllüdlü) 19 noyabr 2021-ci ildə yaşadığı ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X4 ünvan 2kr, Mir Cəlal küçəsi ev 47, mənzil 25-də qeydiyyatda olsa da faktiki onlarla birlikdə yaşamışdır. O, 19 noyabr 2021-ci ildə saat 20 radələrində evdə olduğu zaman əvvəllər insult (beyin qanaması) keçirməsi ilə əlaqədar qəflərtən vəziyyəti pisləşmişdir. Dərhal təcili tibbi yardıma müraciət etsələr də, onlar saat 22:22 dəqiqədə gəlmiş və həmin vaxtadək atası vəfat etmişdir. Təcili və X5 Stansiyası tərəfindən tərtib olunmuş Ölüm haqqında Xəbərdarlıq vərəqəsində X4nun olüm faktının həmin vaxt qeydə alınması “həkimə qədər kişi cinsi meyiti” yazıları ilə təsdiq olunaraq ona təqdim olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün atasının pasport qeydiyyatında olduğu ərazi üzrə Bakı şəhəri 9 saylı Şəhər poliklinikasına müraciət etsələr də, mərhumun tibbi sənədlərinin, ölümünə səbəb olan təsdiq olunmuş diaqnozlarının olmaması əsas göstərilməklə həmin poliklinikanın 23 noyabr 2021-ci il tarixli 322 saylı məktubu ilə şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin 24 noyabr 2021-ci il tarixli 051Q- 5749/15 nömrəli məktubu ilə atasının ölümünün qeydə alınmasından imtina olunmuşdur. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4nun 19.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ərizəçinin atası X1 rayonunda qeydiyyatda olsa da, ərizəçi ilə birlikdə yaşamışdır. Yaşadığı ərazi üzrə poliklinikada qeydiyyatda olmamışdır. Bundan öncə iki dəfə insult keçirtmişdir. Sonuncu dəfə də qeyd edilən tarixdə insult keçirmiş və təcili tibbi yardım gələnə kimi artıq evdə vəfat etmişdir. Mərhum Ağdaş rayonunda yerləşən qəbirstanlığda dəfn edilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Yasamal rayon qeydiyyat şöbəsi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ərizəçi onun dayısının oğlu, X2 isə onun dayısıdır. Əvvələr də vəziyyəti pis olmuşdur. Bundan öncə 2017-ci il tarixdə iki dəfə artıq insult keçirtmişdir. X10 ərizəçinin yaşadığı evdə rəhmətə getmişdir. Həmin vaxt onun qardaşı orda olmuş, o isə təxminən 30 dəqiqə sonra oraya gəlmişdir. X2 Ağdaş rayonunda yerləşən qəbirstanlığda dəfn edilmişdir. X6 19.11.2021-ci il tarixdə ölməsi faktını təsdiq edir. İş materiallarında olan: Təcili və X5 Stansiyasının 19.11.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında 19.11.2021-ci il tarixində X8 məxsus meyid aşkar edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə X14 X16 Şəxsin 9 nömrəli poliklinikasının 23.11.2021-ci il tarixli, 322 nömrəli məktubdan görünür ki, mərhum 9 nömrəli şəhər poloklinikasına heç vaxt müraciət etmədiyi üçün poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 24.11.2021-ci il tarixli, 05/76-4302/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ağdaş bələdiyyyəsinin 08.02.2022-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, X10 19.11.2021-ci il tarixdə Ağdaş rayonu Gündoğdu baba qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 həqiqətən də 19.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.11.1963-cü il təvəllüdlü X6 19.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-933/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-933/2022
05.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver