Məhkəmə qərarları › İş №2(004)-942/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-942/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-942/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi1 Hacıbala qızının “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 Hacıbala qızı ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi1 Hacıbala qızı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 1912-ci il tarixdə Quba rayonunun Rustov qəsəbəsində anadan olmuşdur. X2 evdar qadın olmuş, uzun müddət ailəsi birlikdə Bakı şəhərində yaşamış, heç vaxt heç bir yerdə işləməmişdir. X1 yaşı ilə əlaqədar səhhətində yaranan problem nəticəsində 05 avqust 1997-ci il tarixdə dünyasını dəyişmiş və Quba rayonu, Qamqam kənd qəbirstanlığında el adəti ilə dəfn edilmişdir. X2 dünyasını dəyişsə də, ölümlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməmiş və burada ölümün qeydiyyatı aparılmamışdır. X1 öldüyü gün, yəni xx.xx.1997-ci il tarixində doğulduğu Quba rayonunun, Rustov inzibati ərazi idarəsinə aid Qamqam kəndində yerləşən qəbirstanlığda torpağa tapşırılmışdır. Onun tərəfindən verilmiş sorğu 1 saylı Bakı "ASAN xidməti" mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq ölümü təsdiq edən sənədin olmaması nəzərə alınıb, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, X1nın xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasına zərurət yaranmışdır. Ərizəçi1 Hacıbala qızı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən 17 yanvar 2017-ci il tarixdə verilmiş AZ-T seriyalı 016622 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1946-cı il tarixdə anadan olmuşdur. X15-Bala Hacı-Əli oğlu, anası X6r. İş materiallarında olan 30 avqust 1973-cü il tarixli İ-ЖГ seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 Hacı- Bala qızı 30 avqust 1973-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 19 dekabr 2022-ci il tarixli, 05/Q-1233/15 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan Quba Rayonu İcra Hakimiyyəti başçısının Rostov İnzibati ərazi nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1091 nömrəli arayışından görünür ki, X1 05 avqust 1997-ci il tarixində vəfat etmiş və Quba rayonu Qamqam kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X4 1912-cı ildə doğulduğu, 1997-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin anası olmuşdur. 05 avqust 1997-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X3 rayonu Qamqam kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin anasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası X5 xx.xx.1997-ci il tarixdə ölməsi işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1912-ci ildə doğulmuş X5 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar