Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-949/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, o, valideynləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. X4 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə dünyasını dəyişmişdir. Atasının səhhəti pisləşdiyindən təcili tibbi yardım çağırsalar da, həkimlər gələnə kimi o artıq dünyasını dəyişmişdir. Təcili Tibbi və X1 həkimlər gələn zaman yalnız onlara aid ünvanda kişi cinsindən meyid aşkar edilməsi barədə arayış vermişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi Publik Hüquqi şəxsi 39 nömrəli şəhər Poliklinikasına ərizə ilə müraciət edərək X8 ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, sonuncu yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmadığından ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, atası xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon Qalınçaq kənd qəbirstanılğında dəfn edilmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli imtina məktubunda ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Suala cavab olaraq bildirir ki, mərhum ev şəraitində ailə üzvlərinin yanında vəfat etmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01419 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X7 adına ünvan 1 ünvanına çağırış daxil olmuş, 52 yaşlı kişi meytinin olması qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi 39 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 262 nömrəli məktubundan müəyyən edilir ki, ünvan 3 ünvanda vəfat etmiş xx.xx.1971-ci il təvəllüdlü X10 poliklinikanın qeydiyyatında olmamışdır. Təcili yardım gəldikdə həkiməqədər ölüm diqanozu qeydə alınmışdır. Xəstəliyi təsdiqləyən stasionar epikriz olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın 4.4.5-ci böəndinə əsasən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-5661/13 mömrəli məktuba əsasən müəyyən edilir ki, X9 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan İsmayıllı rayonu Qalınçaq bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 58 saylı arayışa əsasən müəyyən olunur ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və xx.xx.2022-ci il tarixdə Qalınçaq kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, mərhumun həyat yoldaşıdır. Mərhum əri sağlığında təzyiqlə bağlı xəstəlikdən əziyyət çəkmişdir. Əri evdə olarkən halı pisləşdiyindən təcili tibbi yardım çağırmış, lakin təcili yardım əməkdaşları gələnədək o, vəfat etmiş və ona həkiməqədər ölüm diaqnozu qoyulmuşdur. Həmin vaxt evə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlmişdir, lakin cinayət əlaməti olmadığından ölüm faktı qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, mərhum onun qaynatasıdır. O da həmin vaxtı evdə olmuşdur. Qəfildən söhbət zamanı mərhum onlara mədəsində narahatçılığı olduğunu bildirmişdir. Mərhum təzyiq xəstəsi olduğundan onlar təcili tibbi yardım çağırmış, lakin təcili yardım əməkdaşları gələnədək o, vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-949/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-949/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver