Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-958/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, anası X10 və atası X2 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə verərək xx xxxx 2009-cu il tarixdə atası X2 və x xxxx 2012-ci il tarixdə anası X5 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirir ki, mərhum anası X10 2012-ci ildə rəhmətə getmiş və onu Hövsan qəbirstanlığında dəfn etmişlər. Müəyyən səbəblərə görə ölüm haqda şəhadətnamə almamışlar. Atası X6 isə anasından əvvəl rəhmətə getmiş və onu da Hövsanda dəfn etmişlər. Atası ölərkən Ərizəçi Bakıda olmadığı üçün ona da ölüm şəhadətnaməsi almamışdır. Ata və anası vəfat etdikdən sonra miras əmlakı faktiki qəbul edərək orada yaşamağa başlamışdır. Miras əmlakı rəsmi qaydada adına rəsmiləşdirmək üçün müraciət etdikdə ondan atasının və anasının ölüm haqda şəhadətnaməsini istədikdə isə onları rəsmi qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Belə ki, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Yasamal rayon Qeydiyyat şğbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsindən şəhadətnamənin verilməsinin mümkün olmaması barədə arayış verilmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi atası X6, anası X8. İş materiallarında olan Təcili və X11 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 427 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respulikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS100/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirdiyi üçün vaxtaşırı həmin sənədlər araşdırılıb silindiyindən, X2 və X5 adlarına 2010-2012-ci il tarixlərdə Bakı Şəhər Təcili və X12 Stansiyasına çağırışların daxil olması barədə məlumat verilməsi mümkün deyil. İş materiallarında olan AR Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentı Əhaliyə Vətəndaşlıq Xidmət Tresti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 97 nömrəli məktubunda qeyd olunur ki, 2010-cu ildə vəfat etmiş X3 və 2012-ci ildə vəfat etmiş X5 dəfn olunduğu Hövsan (Dədə Qorqud) qəbirstanlığı, qəbirstanlığa aid olan bütün sənədlərlə və qeydiyyat kitabları ilə birgə xx xxxxxx 2020-ci il təhvil-təslim aktı ilə Suraxanı rayonu Zığ bələdiyyəsinə verilmişdir. İş materiallarında olan AR Bakı şəhəri, Suraxını rayon Zığ bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli , QL13/Əİ515 nömrəli məktubunda qeyd olunur ki, 2010-cu ildə vəfat etmiş X3 və 2012-ci ildə vəfat etmiş X5 dəfn olunduğu Hövsan (Dədə Qorqud) qəbirstanlığının sənədləri saxlanılmadığı üçün məlumat verilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-593/69 və 05/Q-594/69 nömrəli arayışa əsasən X4 və X10 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2020-ci il tarixədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirir ki, ərizəçinin qonşusudur. Rusiyada olarkən ona zəng etmişdir ki, kömək etsin. Dəfndə kömək etmişlər. Mərhum X6lə dost olmuşdur. Mərhumu Hövsanda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirir ki, illərdir mərhum Ərizəçi tanıyır. Valideynləri rəhmətə gedəndə Rusiyada idi. Dəfndə iştirak etmişdir. Ərizəçinin anası 2012-ci ildə, atası 2009-cu ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirir ki, ərizəçinin qonşusudur. Ərizəçi atası rəhmətə gedəndə Hövsanda dəfn etdilər. X14 2009-cu ildə vəfat etmişdir. Bundan 2-3 il sonra isə mərhumun yoldaşı rəhmətə getdi. Bu zaman da Vitaliy Rusiyada idi. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, 1936-cı il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməli, 1930-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. 1930-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X5 və X2 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-958/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-958/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver