Məhkəmə qərarları › İş №2(004)-989/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-989/2022

11.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-989/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi zamanı imzalanmış Barışıq Sazişinin 2.5-ci maddəsinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən və ********** qeydiyyat və nömrəli çıxarışlı mənzilin ½ pay bölgüsü haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən ərizəsində barışıq sazişinin şərtlərinin könüllü qaydada icra edilməməsi və ya onun könüllü icrasından imtina etməsinə dair halın mövcudluğu göstərilməmişdir. Bundan başqa ərizəçi tərəfindən maraqlı şəxslə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sübutlar ərizəyə əlavə edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərlə barışıq sazişinin 2.5-ci bəndinin könüllü icra edilməsi üçün ərizəçi tərəfindən maraqlı şəxsə xəbərdarlıq göndərilməsi müəyyən edilsə də, həmin ərizənin rəsmi qaydada maraqlı şəxsə göndərilməsi və həmin ərizənin sonuncu tərəfindən alınması barədə ərizəyə hər hansı bir mötəbər sübut (poçt bildirişi və xəbərnamə) əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. Məhkəmə həmçinin ərizəni geri qaytararkən onu da qeyd edir ki, ərizəçi, xüsusi icraat qaydasında onunla Maraqlı şəxs arasında mediasiya prosesi zamanı imzalanmış Barışıq Sazişinin 2.5-ci maddəsinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən və ********** qeydiyyat və nömrəli çıxarışlı mənzilin ½ pay bölgüsü haqqında qətnamə çıxarılmasına dair ərizə ilə deyil, xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli idi. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar