Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-100/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı xxxx” ASC-nin nümayəndəsi X3 qızı və Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh1 arasında bağlanmış 2300-xx.xx.2016-~F-BZ nömrəli, xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 2300-xx.xx.2016-TF-BZ nömrəli, xx.xx.2016-ci tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 illik 10 faiz olmaqla, 240 ay müddətinə 127150 manat məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77. giriş 2, mənzil 117 ünvanında yerləşən ümümi sahəsi 90.9 kv/m olan mənzil (Seriya RX. № 0901154, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2016) ipotekaya qoyulması barədə xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müvafiq mənzil "xxxx" ASC-nin Suraxanı filialının xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlərin xx.xx.2319-cu il tarixinə Banka 127150 manat əsas, 20117.23 manat faiz, 22659.19 manat cərimə borcu olmaqla cəmi 169926.42 manat borcu mövcuddur. Kredit müqaviləsinin 12.1ci maddəsinə əsasən Borcalan Müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər Kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görə də borcun təminatı kimi Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Qeyd edilənlərə əsasən, cavabdehlər X6 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 127150 manat əsas, 20117.23 manat faiz. 22659 19 manat cərimə borcu olmaqla cəmi 169926.42 manat borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı cavabdehlərdən tutulması; Cavabdeh1 ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, mənzil 117 ünvanında yerləşən ümümi sahəsi 90.9 kv/m olan olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması; "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, mənzil 117 ünvanında yerləşən ümumi sahəsi 90.9 kv/m olan mənzil ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər X6 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 127150 manat əsas, 18930.51 manat faiz borcu olmaqla cəmi 146080.51 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31.36 manat rüsum məbləğində pul vəsaiti tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, mənzil 117 ünvanında yerləşən ümümi sahəsi 90.9 kv.m olan mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, X7 və onunla birlikdə yaşayan digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xxxx” ASC-nin nümayəndəsi X3 qızı məhkəmə iclasında iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər X6 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 127150 manat əsas, 23557.36 manat faiz, 68817.84 manat cərimə borcu olmaqla cəmi 219525.20 manat borcun və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, mənzil 117 ünvanında yerləşən ümumi sahəsi 90.9 kv/m olan mənzilin ilkin satış qiyməti müəyyən edilməklə, boşaldılaraq açıq hərracdan satılması və nəticədə əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, Cavabdeh1 və onunla birlikdə yaşayan digər şəxslərin ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 77, giriş 2, mənzil 117 ünvanında yerləşən ümumi sahəsi 90.9 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı «.xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı xxxx” ASC-nin nümayəndəsi X3 qızı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2300-xx-xx-2016-TF-BZ №-li kredit müqaviləsinin məzmunundan görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında illik 10 faiz ödənilməsi şərti ilə 240 ay müddətinə 127150 manat məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77, giriş 2, mənzil 117 banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borc məbləğini ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77. giriş 2, mənzil 117 Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli 2004№-li arayışından görünür ki, ailə vəziyyətini müəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemi üzrə yoxlama aparılmış və bu dövrdə Cavabdeh1 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək 127150 manat əsas borcu, 20117,23 manat faiz borcu, 22659,19 manat cərimə borcu, 30 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, cəmi borcu 169956,82 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-ci il tarixdə “xxxx” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 2300-xx-xx-2016-QC-BZ saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77. giriş 2, mənzil 117 «xxxx» ASC-nin Suraxanı filialının adına xx.xx.2016-cı il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77. giriş 2, mənzil 117-yə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək 127150 manat əsas borcu, 23557,36 manat faiz borcu, 68817,84 manat cərimə borcu, 30 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat komissiya haqqı təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 61 saylı rəydən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, ev 77, giriş 2, mənzil 117-in bazar dəyəri 130000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 «xxxx» ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə maliyyə arayışını nəzərdən keçirdib hesab edir ki, iddia tələbi xx.xx.2016cı il tarixli, 2300-xx-xx-2016-TF-BZ nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İstinad olunanlara əsasən məhkəmə əsas borca hesablanmış cəriməni tənasübsüz yüksən hesab edib belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə puluna görə 200 manat məbləğində pul vəsaiti tutulmalı, dəbbə pulu tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77, giriş 2, mənzil 117-yə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc ləğv prosesində olan «xxxx» ASC-nə ödənilməli, mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmalıdır. Məhkəmə xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 61 saylı ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. ev 77, giriş 2, mənzil 117-nin ilkin satış qiyməti 130000 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda cavabdehlərin girov qoyulmuş mənzildə istifadə hüquqlarının itirilməsi barədə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Məhkəmə hesab edir ki, bu cür tələbin irəli sürülməsi hüququ mənzilin mülkiyyətçisinə məxsusdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 127150 manat əsas, 23557,36 manat faiz, 200 manat cərimə, cəmi 150907,36 (yüz əlli min doqquz yüz yeddi manat, 36 qəpik) manat, habelə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı «xxxx» ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. 77 saylı evin, giriş 2, 117 saylı mənzilinə yönəldilsin, əmlakın ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc «xxxx» ASC-nə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi. 77 saylı evin, giriş 2, 117 saylı mənzili satıldıqdan bir ay sonra boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-100/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-100/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver