Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1009/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 fevral 1947-ci il təvəllüdlü X2 09 yanvar 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 09 yanvar 2022-ci il tarixində yaşadığı evdə (Bakı şəh., F.Yusifov 37, mən. 42) vəfat etmişdir. Anası, X5 uzun-uzun illərdir təzyiq xəstəliyindən əziyyət çəkmiş və mütəmadi olaraq ev şəraitində müaicə almışdır. 09 yanvar 2022-ci il tarixində yaşadığı evdə onun halı pisləşmişdir və onlar təcili tibbi yardım çağırmışdır. Bir qədər keçmiş tibbi yardım briqadası gəlmiş və anası müayinə edib onun öldüyünü bildirmişlər. Müvafiq tibb müəssisəsi, anasının ölümü haqqına tibb şəhadətnaməsini ona verməkdən imtina etmişlər. Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanının əməkdaşı müvafiq məlumatları toplamış, və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Anasının ölümü haqqında şəhadətnamənin alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin ona bildirmişlər ki, ölümün faktı, müvafiq tibb şəhadətnaməsi və ya məhkəmə qətnaməsi əsasında qeydiyyata alına bilər. Lakin tibbi şəhadətnamə ona verilmədiyi üçün, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək, 25 fevral 1947-ci il təvəllüdlü X2 09 yanvar 2022ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi izahatını, habelə şahid ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 15.01.2022-ci il tarixdə Ərizəçi verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhər Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X4 14.01.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 ölümündə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 27-C-22 №-li material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 02583228 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25.02.1947-ci ildə Bakı şəhərində anadan olmuş X6 Bakı şəhəri, F.Yusifov küçəsi ev 37, mənzil 42 ünvanında qeydiyyatda olmuşdur; Məhkəmə iclasında ifadə verən şahid X7 oglu bildirmişdir ki, ərizəçinin dostudur. Onun anası X5 09 yanvar 2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Sabunçu qəsəbəsi “Xistian” qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X2 09 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X2 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 fevral 1947-ci il təvəllüdlü X2 09 yanvar 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1009/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1009/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver