Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1010/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü (ş/vAA*******) mərhumə anası Maraqlı şəxs2 29 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan 55 yaşlı mərhumə anası Maraqlı şəxs2 29 avqust 2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük savxozu ünvanında mədə xərçəngi səbəbindən dünyasını dəyişmişdir. Həmin gün təcili tibbi yardıma zəng edilərək çağırış edilmişdir. Təcili tibbi yardım saat 23:21 radəsində ünvana gəldikdə mərhumə anası Ərizəçi artıq dünyasını dəyişmişdir. Bundan sonra ölümün qeydə alınması və ölüm haqqında tibbi şəhadətnaməni əldə etmək məqsədi ilə ünvan 3 ünvanda yaşayan bacısı X5 AR "TƏBİB" X13 "Bakı şəhər Baş Səhiyyə Mərkəzi" X13 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Lakin 4 saylı Şəhər Poliklinikasının baş həkimi Əhmədova xx.xx.2023-cü il tarixli 224 saylı cavab məktubunda bildirmişdir ki, "ünvan 4 ünvanda yaşayan xx.xx.2023-cü il tarixdə Sabunçu ray. Ramana qəs. Gülçülük sovxozu ünvanda vəfat edən, vətəndaş Maraqlı şəxs2 son on ərzində hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, tibbi müayinələrdən keçmədiyindən, sağlamlıq vəziyyəti ilə əlaqədar məlumat olmadığından və xidməti ərazidən kənarda vəfat etdiyindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil." Bu səbəbdən də mərhumə anası Maraqlı şəxs2 ölüm haqqında tibbi şəhadətnaməsini ala bilmədiyi üçün "Ölüm haqqında Şəhadətnamə"-ni ala bilmir. Göründüyü kimi mərhumə anasının ölümü barədə AR "TƏBİB" X13 Bakı şəhər Baş Səhiyyə Mərkəzi X13 4 nömrəli Şəhər Poliklinikasına müraciət etsə də, 4 saylı Şəhər Poliklinika Maraqlı şəxs2 ölümünü qeydə almaqdan və ölüm haqqında tibbi şəhadətnaməni məlumat verən şəxsə verməkdən əsassız və qanunsuz olaraq imtina etmişdir. Bu səbəbdən də anası Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmək və yaranmış problemi məhkəmə vasitəsilə həll elmək zərurəti yaranmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1968-ci ildə anadan olmuşdur. - XX-JQ seriyalı 476973 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Maraqlı şəxs2dır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarış – epikrizdən görünür ki, Maraqlı şəxs2 C16.9-Mədənin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. - Təcili və X3 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 14 saylı bölmənin təcili tibbi yardım briqadasının həkimi Məmmədov Nurlan və tibb bacısı İsmayılova Gülərin tərkibində xx.xx.2023-cü il tarixdə saat 23:21-də Ramana qəsəbəsi Gülçülük sovxozu ünvanında 55 yaşlı Maraqlı şəxs2 həkim yanında ölüm diaqnozu qoyulmuşdur. - 4 nömrəli şəhər poliklinikası tərəfindən ünvanlanmış 06 dekabr 2023-cü il tarixli 224 №-li məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Qala qəsəbəsi, 3 №li Zeytun Sovxozu ünvanında vəfat edən Nərimanov rayonu 6-cı Köndələn ev 9, m.7 ünvanda yaşayan xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Gülçülük sovxozu ünvanda vəfat edən, vətəndaş Maraqlı şəxs2 son on ərzində hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, tibbi müayinələrdən keçmədiyindən, sağlamlıq vəziyyəti ilə əlaqədar məlumat olmadığından və xidməti ərazidən kənarda vəfat etdiyindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil - 5 Saylı Bakı “Asan Xidmət" X4 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-M-567/2024 saylı məktubundan görünür ki, vətəndaşın müraciətinə cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, ölümü təsdiq edən sənədin – tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsindən imtina olunmuşdur. - Xətai rayon Bələdiyyəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən qəbirstanlıqda dəfn edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, ünvan 8 ünvanında yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi mərhumun oğludur. O, Qeydiyyat şöbəsinə müraciət etsə də, ansının “ölüm haqqında şəhadətnamə”sini ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təqdim edilmiş ərizədə Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: - 8.1-ci maddəsinə əsasən Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə 5 Saylı Bakı “Asan Xidmət" X2 müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər – xx.xx.1993-cü il təvəllüdlü X5, xx.xx.1990-cı il təvəllüdlü X8 və xx.xx.1993-cü il təvəllüdlü X6 məhkəmə iclasına dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında xx.xx.1993-cü il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, vəfat etmiş şəxs Maraqlı şəxs2 anasıdır. O, 29 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Anası xərçəng xəstəsi idi. O, özü evində tək yaşayırdı. Xəstəliyi anidən yaranmış, bundan məlumatları olmamışdır. Xəstəliyindən sonra bir müddət ona evində baxmışdır. Sonradan anasının vəziyyəti ağırlaşmış, evlərində vəfat etmişdir. Anası Zığ qəbirstanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Ailədə 3 övlad- 2 bacı, bir qardaşdırlar. Münasibətləri yaxşıdır. Məhkəmə iclasında xx.xx.1990-cı il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi qaynıdır. Maraqlı şəxs2 2023-cü ilin yay aylarında vəfat etmişdir. O, xərçəng xəstəsi idi. Onun 3 övladı var idi. Bakı şəhərində Zığda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1993-cü il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, vəfat etmiş şəxs onun qaynanasıdır. Qaynanası keçən il evlərində vəfat etmiş. Zığ qəbirstanlığında dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs2 üç övladı – 2 qızı, bir oğlu var. Münasibətləri yaxşıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx xxxxxxxx 1968-ci il tarixdə anadan olmuş Maraqlı şəxs2 (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1968-ci il tarixdə anadan olmuş Maraqlı şəxs2 (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1010/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1010/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver