Məhkəmə qərarları › İş №2(005)-1022/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1022/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1022/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X6 16.12.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 onun anasıdır. O, 1942-ci ildə Öğuz rayonu, Yaqublu kəndində doğulmuşdur. 16.12.2021-ci il tarixində anası Gülsümxanım Ağayevanın vəziyyəti ağırlaşdı və X14 gələnə qədər anası vəfat etmişdir. Anasını həmin gün Buzovna qəbiristanlığında dəfn etmişdilər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş, Bakı şəhər Maraqlı şəxsndən rəsmi qaydada bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər onda ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda o, ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. 16.12.2021-ci il tarixdə vəfat etmiş və Buzovna qəbirstanlıqda dəfn edilmişdir. Dəfndə iştirak etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X10 ifadəsində bildirmişdir ki, X11 onun qaynanasıdır. 16.12.2021-ci il tarixdə vəfat etmiş, Buzovna qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini qeyd etmişdir. İş materiallarında olan; AZE 02852042 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 07.07.1942ci il tarixdə Oğur rayonu, Yaqublu kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1970-ci il tarixdə doğulmuş, atası Rzayev Nürəddin, anası X8r. 18 saylı MKİS arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş 16.12.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16.12.2021-ci il tarixdə saat 01:50-də X6 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. 10.01.2022-ci il tarixli Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin arayışından görünür ki, X2 rayonu Buzovna qəbiristanlığında 16.12.2021-ci il tarixdə dəfn olunmuşdur. Nərimanov Qeydiyyat şöbəsinin 05.01.2021-ci il tarixli, 01 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 07.07.1942-ci il tarixdə Öğuz rayonu, Yaqublu kəndində anadan olmuş X11 16.12.2021-ci il tarixdə vəfat edib və 16.12.2021-ci il tarixdə Buzovna qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X6 16.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.07.1942-ci il tarixdə Öğuz rayonu, Yaqublu kəndində anadan olmuş X6 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 16.12.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar