Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1041/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 5990.75 AZN əsas, 5739.1 AZN faiz, 1712.72 AZN cərimə və kredit mücaviləsi üzrə 19.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14413.07 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 19 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl" İKB ASC-nin “2 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsi 2014-cü il 19 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-ci il 19 avqust tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 19 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək Cavabdeh1 2014-ci il 19 avqust tarixli kredit müqaviləsi üzrə banka 5990.75 manat əsas, 5739.1 manat faiz, 1712.72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13442.57 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyuıı qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Əıizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gəlon öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 20 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 avqust 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 5990.75 AZN əsas, 5739.1 AZN faiz, 1712.72 AZN cərimə və kredit müqaviləsi üzrə 19.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14413.07 AZN borcu vardır. 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cti bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etmiş, bildirmişdir ki, əsas borcun tutulması ilə razıdır, iddia tələbinin digər hissədə rədd olunmasını xahiş edir. İş üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinin qiymətinə dair keçirilmiş əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, qiymət həddən artıq aşağı müəyyən edilmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdilər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 2-GZ-1-0-591-14 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə Bank Cavabdeh1 illik 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 36 ay müddətinə 8000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit məbləğini götürməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini qaytarmağı və kredit məbləğinə hesablanmış faiz məbləğini ödəməyi, habelə ödənişlərin gecikdirməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür; "xxxx" İKB 2 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 2-GZ-1-0- 591-14 saylı ipoteka müqaviləsinə əsasən 19.08.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 20.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, 0.06 ha olan yaşayış məntəqələrinin 4 saylı torpaq sahəsini “Nikoyl" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir; “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 19.09.2014-cü il tarixdən 19.07.2017-ci il tarixidək hər ay 318,08 manat (sonuncu ay 318 manat) ödəniş etməklə 8000 manat əsas, 3450,80 manat məbləğində faiz borcu ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC-nin 20.11.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 5990,75 manat məbləğində əsas, 5739,1 manat məbləğində faiz və 1712,72 manat cərimə borcu, 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14413.07 AZN məbləğində borcu var; İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən Cavabdeh1 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə yaranmış borcu barədə məlumat verilməklə borcun ödənilməsi tələb edilmiş, əks halda ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 292 №-li reyestr kitabının 27495 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən ünvan /torpaq sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “Nikoyl" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “Nikoyl" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.08.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyır; "xxxx" MMC-nin 26.07.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi, 0,06 ha torpaq sahəsinin 26.07.2021-ci il tarixinə bazar dəyəri 24.000, likvid dəyəri 20.000 manat təşkil edir. Xidmət haqqı 150 manat təşkil edir;; 17.12.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə baxışında tə dqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC tərəfindən Cavabdeh1 25% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 36 ay müddətinə 8000 manat məbləğində kredit vermişdir. Cavabdeh1 “Nikoyl" İKB ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 8000 manat məbləğində pulu almış və həmin kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə uyğun olaraq əsas borcun və razılaşdırılmış faiz dərəcəsi ilə hesablanmış faizlərin, habelə gecikməyə yol veridyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdeh bundan sonra da kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə cavabdehin banka 5990,75 manat məbləğində əsas, 5739,1 manat məbləğində faiz və 1712,72 manat cərimə borcu, 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14413.07 AZN məbləğində borcun olduğunu iddia etmiş və hazırda cavabdehdən həmin məbləği tələb edir. İddiaçı tərəfindən təqdim edilmiş və 20.11.2020-ci il tarixə cavabdehin banka olan borcu əks etdirən maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə 5990,75 manat məbləğində əsas, 5739,1 manat məbləğində faiz və 1712,72 manat cərimə borcu, 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14413.07 AZN məbləğində borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh1 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, özöhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçı yaödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 20.11.2020-ci il tarixli maliyyə arayışı əsas götürülməli və 5990,75 manat məbləğində əsas borc, 5739,1 manat faiz borcu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi cərimə borcu məbləği ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbi cərimə borcu tutulması hissəsində qismən təmin edilməli, 300 manat məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 1712,72 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışda 20.11.2020-ci il tarixə hesablanmış cərimə borcunun 1712,72 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 300 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Nikoyl" İKB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh1 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 zamin kimi borcalan Məmməd Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 282.1-ci maddəsinə əsasən girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, “Nikoyl" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən 19.08.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan /torpaq sahəsini “Nikoyl" İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən mənzil 20.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının ərizəsi əsasında qeyd edilən bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan /torpaq sahəsinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılarkən onların ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilmiş qiymətlər deyil, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymətlər əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, ünvan /torpaq sahəsinin ilkin satış qiyməti 20.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin " Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki İddiaçı ASC iddiaçı kimi bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı mənzildən (ipoteka predmetindən) istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin "əmlakın ən geci bir ay ərzində boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bi hissədə də təmin edilməli, Cavabdeh1 mülkiyyətində olan ünvan /torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə “hərracda satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması" hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, ipoteka predmetinin realizəsi mərhəsindən sonra həmin məbləğin borcun ödənilməsinə kifayət etmədiyi halda olan tədbirlər icra mərhələsində həyata keçirilir. Bu hissədə də iddia tələbi rədd olunmalıdır. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Habelə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda keçirilmiş əmtəəşünaslıq ekspertizası xərci olaraq 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5990,75 manat əsas borc, 5739,1 manat faiz borcu, 300 manat cərimə və 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13000,35 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma “Nikoyl" İKB ASC ilə Cavabdeh1 ilə bağlanmış 19.08.2014-cü il tarixli, 2-GZ- 1-0-591-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 292 nömrəli reyestr kitabının 27495 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan /torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan Ba ünvan /torpaq sahəsinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməli, Cavabdeh1 mülkiyyətində olan Ba ünvan /torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə rədd edilməli, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci cavabdehdən tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5990,75 (beş min doqquz yüz doxsan manat yetmiş beş qəpik) manat əsas borc, 5739,1 (beş min yeddi yüz otuz doqquz manat on qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə və 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 970.5 (doqquz yüz yetmiş manat əlli qəpik) AZN məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13000,35 (on üç min manat otuz beş qəpik) habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma “Nikoyl" İKB ASC ilə Cavabdeh1 ilə bağlanmış 19.08.2014-cü il tarixli, 2-GZ-1-0-591-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 292 nömrəli reyestr kitabının 27495 nömrəli vərəqində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan /torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan ünvan /torpaq sahəsinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan /torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olaraq 150 (yüz əlli) manat pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1041/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1041/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver