Məhkəmə qərarları › İş №2(005)-1045/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1045/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1045/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin və qarajın sahibliyə verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin və qarajın sahibliyə verilməsi və maddi və mənəvi ziyan) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilələr üzrə öhdəliklərin icrası, mənzilin və qarajın sahibliyə verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ilə cavabdeh arasında bağlanmış 13 oktyabr 2009-cu il tarixli 10 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsi, 21 mərtəbəli yaşayış evinin 2 blok (İİ-Korpus) 6 mərtəbə, ümumi sahəsi 184,3 kv.m, mənzil 91, izolə olunmuş 4 otaqlı evin, eləcə də, binanın 2 blok–ikinci korpusun zirzəmisində yerləşən 1 maşınlıq qaraj sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. Qeyd edilən bina inşa edilsə də, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilməsinə baxmayaraq mənzil və qaraj sahəsinin "xxxx" MTK tərəfindən ona təhvil verilməməsini, vaxtında təhvil verilməməklə bağlı maddi və mənəvi zərərin vurulmasını, mənzilə köçürülməsini, mənzil və qarajdan istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış suni maneələrin aradan qaldırılmasını, eləcə də maliyyə arayışının, protokoldan çıxarışın və digər lazımi sənədlərin təqdim edilməsini mübahisələndirir. Cavabdeh iddiaya etirazının əsası kimi binanın 2011-ci ildən yaşayış üçün sakinlərə təhvil verilməsini, iddiaçının isə həmin vaxtdan MTK-ya gəlməyərək, son vaxtlar isə gəlib mənzili və qarajı tələb etməsinə baxmayaraq kommunal xidmət haqlarını ödəməkdən imtina etməsinə istinad etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3təbəli evin 2-ci blok, 2-ci korpusunun 6-cı mərtəbəsində ümumi sahəsi 184.3 kv.m dən ibarət, dörd otaqlı 91 saylı mənzilin, həmçinin həmin ünvanın, yəni ünvan 1ində yerləşən bir maşınlıq qarajın cavabdehdən alınıb ona verilməsi, onun həmin mənzilə köçürülməyi, həmin mənzildə yaşamağına və mənzil və qarajdan istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış suni maneələrin aradan qaldırılması, cavabdehdən 50000 manat məbləğində maddi ziyanın və 10000 manat mənəvi ziyanın, habelə dövlət rüsumu ödənilmiş 270 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, müvafiq sənədlərlə iddiaçının təmin edilməsini, yeni maliyyə arayışının, protokoldan çıxarışın və digər lazımi sənədlərin təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağlanmış 10 saylı, xx.xx.2009cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 saylı yerləşən 20 mərtəbəli evin İİ blok, İİ korpusunun 6-cı mərtəbəsində ümumi 3 kvm-dən ibarət, dörd otaqlı 91 saylı mənzili və həmçinin eyni tərəflər saylı, xx.xx.2009-cu il tarixli digər müqaviləyə əsasən həmin ünvanın, yəni ünvan 2ayış evinin İİ blok, İİ korpusunun zirzəmisində yerləşən bir maşınlıq qarajını tam dəyərini ödəməklə almışdır. Cavabdeh MTK-dan əldə etdiyi mənzilin dəyəri 119.600 manat olsa da, o ilkin olaraq xx.xx.2009-cu il tarixdə 101.600 manat ödədi, qalan 18.000 manat məbləği isə iki ay müddətinə ödəməyi öhdəsinə götürdü və xx.xx.2009-cu ildə qalan həmin məbləği ödədikdən sonra ona mənzillə bağlı maliyyə arayışı təqdim edildi. Həmin MTK-dan əldə etdiyi qarajın dəyəri olan 18000 manatı isə qarajla bağlı MTK ilə onun arasında müqavilə bağlanan gün ödədi və ona maliyyyə arayışı təqdim edildi. "xxxx" MTK ilə aralarında olan mənzillə bağlı müqavilənin 6-cı bəndində icraçı tikinti işləri tam başa çatdırıldıqdan sonra mənzili "payçıya", yəni təhvil verməyi, yəni "xxxx" isə monzili qəbul etməyi öhdəsinə götürmüşdür. MTK ilə aralarında olan razılaşmaya əsasən tikintinin 2 ildən sonra, yəni 2011-ci ildə başa çatacağı bildirilmiş, mənzili və qarajı da həmin vaxt təhvil alacağı barədə ona məlumat verilmişdir. Lakin "xxxx" MTK-nın kecmiş rəhbərliyi barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıldı və MTK-nın direktoru İlham Qasimov həbs olunduğu üçün uzun müddət əmlaklarıyla bağlı hər hansı bir tədbir görməmişdir. MTK-nın direktoru İlham Qasımov həbsdən çıxdıqdan sonra MTK-ya yaxınlaşaraq mənzil və qarajın ona təhvil verilməsini tələb etsə də, MTK-nın rəhbərliyi hazırki vaxtadək müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir. Cavabdeh MTK-dan iddiaçının əldə etdiyi mənzilin otaqlarının qapıları, hətta mənzilə giriş və balkon qapıları qoyulmamış, mənzilin bir hissəsinin şüşələri qoyulsa da digər hissələrinin şüşələri qoyulmamışdır. İcraçı Cavabdeh MTK ilə iddiaçı arasında olan mənzillə bağlı müqavilənin 1.2-ci bəndində icraçı binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən qoyulması və şüşələnməsi öhdəliyini öz üzərinə götürmüş və həmçinin həmin müqavilənin şərtlərinə görə həmin mənzili iddiaçı təhvil-təslim aktı ilə təqdim etməli idi. Həmçinin Cavabdeh MTK hazırki vaxtadək və həmçinin eyni tərəflər arasında 6 saylı, 09.11 2009-cu il tarixli digər müqaviləyə əsasən həmin ünvanın, yəni ünvan 3təbəli yaşayış evinin İİ blok, İİ korpusunun zirzəmisində yerləşən bir maşınlıq qarajını nəyinki iddiaçıya təhvil verməmiş, hətta hazırki vaxtadək həmin qarajın yerini göstərməmişdir. Hesab edir ki, ünvan 3təbəli evin İİ blok, İİ korpusunun 6-cı mərtəbəsində ümumi sahəsi 184,3 kvm-dən ibarət, dörd otaqlı 91 saylı mənzilin, həmçinin həmin ünvanın, yəni ünvan 3təbəli yaşayış evinin İİ blok, İİ korpusunun zirzəmisində yerləşən bir maşınlıq qarajın cavabdehdən alınıb iddiaçıya verilməsi, iddiaçının həmin mənzilə köçürülməyi, iddiaçının həmin mənzildə yaşamasına, mənzil və qarajdan istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırlması, cavabdehdən 50.000 manat məbləğində maddi ziyanın və 10.000 manat mənəvi ziyanın, habelə dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 270 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalıdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, 2010-cu ildə binada yaşayışa icazə verilmişdir. 2011-ci ildə bina istismara təhvil verilmiş və iddiaçı kommunal xərclərini ödəmədiyi üçün mənzilə dair sənədlər təhvil verilməmişdir. Kommunal xərclərinin ödənişi edildikdən sonra qəbzləri təqdim edildiyi zaman sənədlər iddiaçıya veriləcəkdir. İddiaçının iddia tələbi ilə müraciət etmək üçün hüquqi əsasları yoxdur. 2011-ci ildə bina sakinlərə təhvil verilib. Binada təmir işlərini tamamlayıb yaşayan sakinlər olmuşdur. Binada 492 mənzil vardır və kommunal borclar ödənildikdən sonra mənzil və qaraj təhvil veriləcəkdir. Kommunal xidmətləri üçün tərəfdən 20 manat ödəniş istənilib, lakin tərəf ödəniş etməmişdir. Müqavilə bağlanıldığı gündən iddiaçının öhdəliyi yaranıb, lakin iddiaçı gəlməyib. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - 13 oktyabr 2009-cu il tarixli 10 saylı müqavilədən görünür ki, "xxxx" MTK (İcraçı) ilə İddiaçı (Payçı) arasında yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə müqavilə imzalayaraq, İcraçı Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski küçəsi, 21 mərtəbəli yaşayış evinin 2 blok (İİ-Korpus) 6 mərtəbə, ümumi sahəsi 184,3 kv.m, mənzil 91, izolə olunmuş 4 otaqlı evi istismara verilənə qədər bu müddətdə göstərilən əmlaka mülkiyyət hüququnu və əmlakın təsadüfi məhv olması riskini saxlayır, payçı müqavilədə göstərilən məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürür. 2.1 Payçı ona düşən mənzilin sahəsinin hər kvadrat metri üçün 649 manat olmaqla 119600 manatı AR Milli Bankının kursu ekvivalent olaraq manatla ödəyir. 2.2. Payçı ümumi məbləğin ilkin pay kimi 101600 manatını ödəyir. 4.1. Müqaviləyə əsasən hər iki tərəfdən biri öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdirsə və bu fors major nəticəsində baş vermişdirsə bu həmin müqavilənin pozulması halı hesab edilmir. 4.2. Əgər fors-major nəticəsində hər iki tərəddən biri öz vəzifəsini yerinə yetirmək iqtidarında deyildirsə, onda həmin tərəf digər tərəfə vəziyyətlə bağlı məlumat verməli, öz vəzifəsinin yerinə yetirilməsinin dayandırılması və vaxtın uzadılmasını bildirməlidir. - 07 dekabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski 21 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 blok –ikinci korpus, 184,3 kv.m olan 91 saylı 4 otaqlı yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun "xxxx" MTK-ya borcu yoxdur. - 07 dekabr 2009-cu il tarixli digər maliyyə arayışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X.Şuşinski 21 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 blok –ikinci korpusun zirzəmisində yerləşən 1 maşınlıq qaraj sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun "xxxx" MTK-ya borcu yoxdur. - 09 noyabr 2009-cu il tarixli 06 nömrəli müqavilədən görünür ki, payçı İddiaçı bir maşınlıq qaraj əldə edir və 1000 manat AR Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəyir. Payçı ümumi məbləğin ilkin pay kimi 18000 manat ödəyir. Qaraj Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 21, 20 mərtəbəli yaşayış evinin zirzəmisində yerləşir. - 3157/SQ nömrəli Aktdan görünür ki, ünvan 5 ünvanındakı, Cavabdeh tərəfindən inşa edilmiş, 21 mərtəbəli “Yeni tikili” layihəli binanın 7-ci mərtəbəsində, 184.3 ümumi sahədən ibarət, 4 otaqlı, 91 saylı mənzilin 29 may 2024-cü il tarixinə olan potensial icarə dəyəri 1000 manat təşkil edir. - Cavabdeh 07 iyun 2024-cü il tarixli, 41 nömrəli məktubundan görünür ki, Cavabdeh ünvan 6 ünvanda inşa etdiyi 2-ci korpus, 3 girişli, 23 mərtəbəli 229 mənzilli yaşayış binası Dövlət komissiyası tərəfindən 29 noyabr 2019-cu il tarixində qəbul edilmiş və istismara verilmişdir. Həmin binada 20 qeyri-yaşayış və 37 qaraj sahəsi vardır. - AR Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş 29 noyabr tarixli, 228 nömrəli icazədən görünür ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixinə tarixindən icazə verilmişdir. - AR Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş 25 oktyabr tarixli, 197 nömrəli icazədən görünür ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixinə tarixindən icazə verilmişdir. - “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin 25 iyun 2024-cü il tarixli məktubudan görünür ki, Cavabdehnə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında İddiaçı adında X1 Bazası Sistemi bazasında istehlakçı qeydə alınmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. - 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə, Mülki Məcəllənin 5.3-cü maddəsində qeyd olunduğu kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İşə baxan məhkəmənin mövqeyi: Hazırki iş üzrə cavabdehin müqavilə üzrə iddiaçıya xx.xx.2009-cu maliyyə arayışı təqdim edilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinin tələbləri baxımından hazırki mübahisəyə Mülki Məcəllənin mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan həmin Məcəllənin 178.8-ci maddəsi də tətbiq olunmalıdır. Belə ki, həmin normaya müvafiq olaraq mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İşin materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 saylı yerləşən 20 mərtəbəli evin İİ blok, İİ korpusunun 6-cı mərtəbəsində ümumi 3 kvm-dən ibarət, dörd otaqlı 91 saylı mənzil və xx.xx.2009-cu il tarixli digər müqaviləyə əsasən həmin ünvanın, yəni ünvan 2ayış evinin İİ blok, İİ korpusunun zirzəmisində yerləşən bir maşınlıq qaraj sahəsi ilə bağlı pay haqqını tam ödədiyi üçün həmin əmlaklarla bağlı mülkiyyət hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya sözügedən əmlakları təhvil vermək öhdəliyi mövcud olsa da müqavilə bağlanandan 2 ildən sonra, yəni 2011-ci ildə başa çatmasına baxmayaraq, başqa sözlə, müqavilənin bağlanmasından xeyli müddət keçsə də podrat müqavilə münasibətləri əsasında üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Halbuki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə daha sonra hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh mənzili və qarajı iddiaçıya vaxtında təhvil vermədiyindən sonuncu həmin vəzifənin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq cavabdeh aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin mənzil və qarajı iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Belə ki, cavabdehin iddiaya olan etirazının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, rəsmi sənədlərə əsasən iddiaçıya verilməli olan mənzil və qaraj sahəsinin yerləşdiyi binanın istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində müvafiq icazələr verilmişdir. Belə olan halda cavabdeh tərəfindən 2011-ci ildə binada sakinlərə yaşayış və təmir üçün icazələr verməsinə baxmayaraq bina rəsmi olaraq 2019-cu ildə istismara verildiyindən həmin vaxtdan yaşayış üçün istismara verilmiş kimi qiymətləndirilməli və cavabdeh tərəfin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi, yəni mənzil və qarajı faktiki təhvil vermədiyi halda iddiaçıya kommunal xidmət haqqının ödəməməsi səbəbi ilə bu sahələrin verilməsindən imtinası qanuni sayılmamalıdır. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının mənzil, qaraj sahəsinin, eləcə də, maliyyə arayışının, protokoldan çıxarışın və digər lazımi sənədlərin təqdim edilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır və mübahisələndirilən mənzillə qaraj iddiaçıya təhvil verilmədiyindən, yuxarıda sadalanan normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası vəzifəsi, eləcə də, Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının verilməsi də öhdəlik olaraq üzərinə qoyulmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə həmçinin tələbin mənəvi ziyan vurulması hissəsinin də qismən əsaslı olması qənaətinə də gəlir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdeh tərəfin izahatlarından da göründüyü kimi, bina faktiki olaraq 2011-ci ildən hazır olsa da, rəsmi olaraq istismara qəbul edilməsi üçün təhvil verilməmiş, keçən müddət ərzində isə iddiaçı müqavilə üzrə ödədiyi pay haqqlarına münasibətdə əldə etməyə ümid etdiyi əmlakları təyinatı üzrə istifadə edə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi faktının özüözlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Belə ki, 2009-cu ildən pay haqqını ödəməsinə və 2011-ci ildə artıq binanın inşa edilməsindən sonra hazırki vaxta kimi müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən səbəbsiz olaraq yerinə yetirməməsi və yerinə yetirmək üçün əsassız tələbləri ilə bağlı olan qanunsuz hərəkətlər nəticəsində iddiaçının keçirdiyi hisslər heç şübhəsiz ki, onun mənəvi sarsıntı keçirməsinə, cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərin onun şüurunda mənfi psixi reaksiyalara səbəb olmuş, bütün bu hadisələrin fonunda stress və həyəcan keçirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərə bilməmişdir Məhkəmə hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Belə olan halda məhkəmə cavabdehdən iddiaçının xeyrinə 1000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Məhkəmə iddianın mənzil və qarajdan istifadə etməyinə cavabdeh tərəfindən yaradılmış suni maneələrin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, iddia hazırki vəziyyətdə təmin edilə bilməz. Belə ki, yuxarıda göstərildiyi kimi, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək sözügedən əmlakları hələ ki, cavabdehə təhvil vermədiyindən o həmin əmlaklara sahiblənə bilməmişdir. Hazırda həmin əmlakların cavabdehə hazırki qətnamənin qanuni qüvvəsini alaraq onun icrası qaydasında cavabdeh tərəfindən təhvil verilməsi gözlənilir. Belə olan halda nə qədər ki, iddiaçı mənzil və qarajdan istifadə etməyə başlamamışdır, həmin əmlaklara münasibətdə cavabdeh tərəfindən yaradılmış suni maneələrin aradan qaldırılması kimi tələbi də əsaslı sayıla bilməz. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus mənzil və qaraj ona təhvil verildikdən sonra onlardan istifadə etməyinə cavabdeh tərəfindən suni maneələr yaradılmasını təsdiq edən mötəbər sübutlar əsasında onların aradan qaldırılması ilə bağlı müvafiq qaydada iddia qaldırmaq hüququndan yararlana bilər. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə həmçinin qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə, zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddiaçının izahatına görə o keçən müddət ərzində özünün digər mülkiyyətində olmuş mənzilində yaşamışdır. Buna baxmayaraq hesab edir ki, mübahisəli mənzil və ya qaraj vaxtında ona təhvil verilsə də o həmin əmlaklardan faydalana bilərdi. Yuxarıda qeyd edildiyi kimi, bina 2011-ci ildə inşa edilsə də, rəsmi olaraq 2019-cu ildə yaşayış üçün istismara verilmişdir. İddiaçıya məxsus əmlakların vaxtında cavabdeh tərəfindən ona təhvil verilməməsi faktı mövcud olsa da, iddiaçının həmin əmlakların ona vaxtında təhvil verildiyi halında belə onun bu əmlaklardan hansı qaydada və hansı məbləğlər civarında qazanc əldə edə biləcəyi və ya digər formada faydalana biləcəyinə dair konkret sübutlar təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Hazırki tələb üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni, maddi zərər vurulması ilə bağlı işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsi olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı maddi zərər vurulması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Mənzilin hazırda icarə haqqının 1000 manat təşkil etməsinə dair məhkəməyə təqdim etdiyi sənədi isə məhkəmə mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, bu icarə məbləği hazır vəziyyətdə, təyinat üzrə istifadə edilə bilən sahəyə aiddir ki, iddiaçıya məxsus sözügedən sahə hələ istifadə üçün yararlı vəziyyətdə deyidir. Məhkəmə hesab edir ki, iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi iddiaçının mülahizələri əsasında qurulmuş və bu hissədə tələbin hüquqi əsasları yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi, ünvan 7 ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun 6-cı mərtəbəsində yerləşən 91 saylı mənzilin və ünvan 7 ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun zirzəmisində yerləşən müqavilədə nəzərdə tutulan qarajın İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə öhdəlik olaraq qoyulmalı, iddiaçı həmin mənzilə köçürülməli, iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi ziyan Cavabdeh MTK-dan alınaraq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 7 ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun 6-cı mərtəbəsində yerləşən 91 saylı mənzilin və ünvan 7 ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun zirzəmisində yerləşən müqavilədə nəzərdə tutulan qarajın İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Məmmədova X3 rayonu, X.Şuşinski küçəsi, 21 saylı ünvanda yerləşən 20 mərtəbəli evin ikinci blok, ikinci korpusunun 6-cı mərtəbəsində yerləşən 91 saylı mənzilinə köçürülsün. Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı iddiaçının MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi Cavabdeh MTK-nın üzərinə öhdəlik olaraq qoyulsun. İddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi ziyan Cavabdeh MTK-dan alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə 270 manat məbləğindən 4 manat Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar