Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1069/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Qaraxan oğlunun və üçüncü şəxslər X7 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı üçüncü şəxslər X18, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X33 cəlb edilməklə vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, AR ƏN Qusar rayon dövlət notariat kontoruna qarşı üçüncü şəxs X18, AR İN ƏMDK Xidmətinin 5 saylı X33 cəlb edilməklə vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1967-ci ildə Quba şəhərində anadan olmuşdur. Ailədə dörd uşaq olmuşlar. Bacısı Qurbanova (Qaçabəyova) Sevda Qonağ qızı ailəlidir və hazırda Qusar şəhərində ailəsi ilə birlikdə yaşayır. Kiçik X2 həyat yoldaşından ayrılıb və hazırda Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, 136 ünvanında qardaşı X22 ilə birlikdə yaşayır. X4 hərbçi olmuş və 1959-cu ildə hazırda ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evi almış və xx xxxxxx 1958-ci il tarixdə ailə həyatı qurduğu X3 ilə birlikdə bir müddət həmin evdə yaşadıqdan sonra Quba şəhərinə köçmüşlər. Həmin evdə qohumları yaşamağa başlamışlar. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra iddiaçı Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuşdur. Bundan sonra həmin evə köçərək yaşamağa başlamışdır. Ali məktəbi bitirdikdən sonra xx xxxx 1992-ci il tarixdə X24 ilə ailə həyatı qurmuş və həyat yoldaşı Müslüm İsayevlə həmin ünvanda yaşamağa başlamışlar. Hazırda da həmin ünvanda həyat yoldaşı Müslüm İsayev, oğlanları Murad və Fuad ilə birlikdə yaşayırlar. Adıçəkilən ünvanda onlardan başqa X3 və böyük bacısı Qurbanova (Qaçabəyova) Sevda Qonağ qızı qeydiyyatda olmuşlar. Bacısı Qurbanova (Qaçabəyova) Sevda Qonağ qızı ailə həyatı qurduqdan sonra həmin ünvandan qeydiyyatdan çıxmışdır. Adıçəkilən evdə onlardan, yəni o və həyat yoldaşı Müslüm İsayev, oğlanları Murad və Fuaddan başqa heç kim yaşamamış, yalnız 2-3 il bundan əvvəl kiçik bacısı Nigar Qurbanova qardaşı ilə mübahisə etdiyi üçün anasının təkidi əsasında yaşadıqları həyətdə olan bir otaqdan və mətbəxdən ibarət olan ayrıca evdə bir müddət yaşamışdır. X4 xx xxxxxx 2003-cti il tarixdə, X3 isə xx xxxx 2019-cu il tarixdə vəfat etmişlər. Onlara məxsus mirasın bir hissəsini, yəni hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən evi faktiki olaraq qəbul etmiş, digər əmlakları, o cümlədən Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, 36 ünvanında yerləşən evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün həm Qusar rayon dövlət notariat kontoruna, həm də Baki şəhəri, Yasamal rayonu, 12 №-li dövlət notariat kontoruna müraciət etmişlər. Ərizə əsasında hazırda 12 №-li dövlət notariat kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Lakin sonradan onlara məlum olmuşdur ki, kiçik X2 yaşadıqları ünvan 4 ünvanında yerləşən evə öz adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışdır. Bu barədə məlumat bacısı Nigarın onları yaşadığı evdən çıxarmaq istəməsi ilə məlum olmuşdur. Bundan sonra iddiaçı həmin məsələni araşdrmaq istəyərkən Qusar rayon dövlət notariat kontorundan daxil olmuş sənədlərin surətlərindən məlum olmuşdur ki, X3 xx xxxx 2012-ci il tarixdə Qusar rayon dövlət notariat kontoruna müraciət edərək xx xxxxxx 2003-cü ildə vəfat etmiş mərhum əri X5 miras qalmış əmlakları, ona çatan payı, məcburi payı nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etmədiyini, hal-hazırda da qəbul etmədiyini, 6 aylıq müddəti buraxdığını, həmin müddətin bərpası və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Bundan sonra kiçik X2 elə həmin tarixdə, yəni xx xxxx 2012-ci il tarixdə Qusar rayon dövlət notariat kontoruna ərizə ilə müraciət edərək xx xxxxxx 2003-cü ildə vəfat etmiş X4nun yeganə vərəsəsinin olduğunu bildirərək, eləcə də Qusar RİHB-nın Qusar şəhər inzibati ərazisi üzrə nümayəndəliyindən Qusar şəhəri, Muxtadır küçəsi, 136 ünvanında atası vəfat edənədək birgə yaşamaları barədə arayış təqdim edərək atasından miras qalmış əmanət kassasında saxlanılan pul məbləği üçün vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Qusar rayon dövlət notariat kontoru xx xxxx 2012-ci il tarixdə X12 X4 tərəfindən əmanət kassasına qoyulmuş 51570 nömtəli hesabdakı pula reyestrdə 2V-329 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi vermişdir. Halbuki həmin vaxt X4nun anasından və bacısı Nigardan başqa daha üç vərəsəsi olmuşdur: o, bacısı Sevda və qardaşı Rauf. Həmçinin o, miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etmişdir. X2 xx xxxx 2016-cı il tarixdə yenidən Qusar rayon dövlət notariat kontoruna ərizə ilə müraciət edərək xx xxxxxx 2003-cü ildə vəfat etmiş X4nun yeganə vərəsəsinin olduğunu bildirərək, ünvan 7 ünvanında yerləşən evin mərhuma məxsus hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Qusar rayon dövlət notariat kontoru xx xxxx 2016-cı il tarixdə X12 ünvan 7 ünvanında yerləşən evin mərhum X13 məxsus hissəsinə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8-ün 1/2 hissəsi (yəni iddiaçının yaşadığı ev) xx xxxx 2016-cı il tarixdən X7 mülkiyyətinə verilmişdir. Halbuki həmin vaxt da X4nun anasından və bacısı Nigardan başqa daha üç vərəsəsi olmuşdur: o, bacısı Sevda və qardaşı Rauf. Bundan əlavə o, faktiki olaraq həmin miras əmlakı atası vəfat edəndən qəbul etmişdir və həmin vaxtdan bu günə kimi də ailəsi ilə birlikdə orada yaşayır. X3 isə xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Eləcə də Qusar rayon dövlət notariat kontorundan daxil olmuş materiallardan görünür ki, X4 xx xxxxxx 2003-cü ildə vəfat etməsinə baxmayaraq xx xxxxxxxx 2019-cu il tarixdə DGDRX-nin 5 saylı X23 Qusar şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, 136 ünvanında yerləşən evə mərhum X9 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. Həmçinin Qusar rayon dövlət notariat kontorundan daxil olmuş materiallardan görünür ki, X2 xx xxxxxxx 2019-cu il tarixdə yenidən Qusar rayon dövlət notariat kontoruna ərizə ilə müraciət edərək xx xxxxxx 2003-cü ildə vəfat etmiş X4nun yeganə vərəsəsinin olduğunu bildirərək, Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, 136 ünvanında yerləşən evə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Həm də nədənsə o, notariat kontoruna xx xxxx 2012-ci il tarixdə həmin notariat kontorunda “299’' daxil olma nömrəsi ilə əvvəllər qeydiyyatdan keçmiş ərizəsinin surətini təqdim etmişdir. Qusar rayon dövlət notariat kontoru xx xxxxxxx 2019cu il tarixdə X12 Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, 136 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv/m olan fərdi yaşayış evindən mərhum X13 məxsus hissəsinə (1/1 hissəsinə?) reyestrdə 2V- 720 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi vermişdir. Halbuki həmin vaxt da X4nun iddiaçının bacısı Nigardan başqa daha üç vərəsəsi olmuşdur: iddiaçı, bacısı Sevda və qardaşı Rauf. Həmçinin o, miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etmişdir. Bundan əlavə onun ərizəsi əsasında hazırda 12 №-li dövlət notariat kontoru tərəfindən X4nun və X3nın miras əmlakına münasibətdə vərəsəlik işi açılmışdır. Bundan başqa X3 isə xx xxxx 2019-cu il tarixdə vəfat etdiyi üçün xx xxxxxx 2019-cu il tarixədək (yəni altı ay keçənədək) vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Bundan əlavə o, xx xxxxxx 2003-cü il tarixdən, yəni X4 vəfat etdiyi gündən miras əmlakı qəbul etmişdir. Yəni həmin vaxtdan mirasın bir hissəsinə sahiblik etməyə taktik başladığı üçün mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, bütün mirası tamamilə qəbul etmiş sayılır. Beləliklə, Qusar rayon dövlət notariat kontoru tərəfindən xx xxxx 2012-ci il tarixdə reyestrdə 2V-329 nömrə ilə qeyd olunmaqla X12 verilmiş X4 tərəfindən əmanət kassasına qoyulmuş 51570 nömrəli hesabdakı pula vərəsəlik, həmin notariat kontoru tərəfindən xx xxxx 2016-cı il tarixdə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmaqla X12 verilmiş ünvan 7 ünvanında yerləşən evin mərhum X13 məxsus hissəsinə vərəsəlik və həmin notariat kontoru tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə reyestrdə 2V-720 nömrə ilə qeyd olunmaqla X12 verilmiş Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, 136 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv/m olan fərdi yaşayış evindən mərhum X13 məxsus hissəsinə (1/1 hissəsinə?) vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələbləri pozulmaqla, yəni digər vərəsələrin olmaması barədə saxta sənədlər əsasında verildiyi və nəticədə digər vərəsələrin, o cümlədən miras əmlakı qəbul etmiş vərəsə, həmçinin vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciət etmiş vərəsə kimi hüquqları pozulduğu üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Eyni zamanda Qusar rayon dövlət notariat kontoru tərəfindən xx xxxx 2016-cı il tarixdə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmaqla X12 verilmiş ünvan 7 ünvanında yerləşən evin mərhum X13 məxsus hissəsinə (yəni hazırda iddiaçı yaşadığı evə) vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ünvan 8ün A hissəsi xx xxxx 2016-cı il tarixdən X7 mülkiyyətinə verilməsi barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış da qanunsuz verilmiş vərəsəlik şəhadətnaməsi əsasında verildiyi üçün etibarsız hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Qusar rayon dövlət notariat kontoru tərəfindən xx xxxx 2012-ci il tarixdə reyestrdə 2V-329 nömrə ilə qeyd olunmaqla X12 verilmiş X4 tərəfindən əmanət kassasına qoyulmuş 51570 nömrəli hesabdakı pula vərəsəlik, həmin notariat kontoru tərəfindən xx xxxx 2016-cı il tarixdə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmaqla X12 verilmiş ünvan 7 ünvanında yerləşən evin mərhum X13 məxsus hissəsinə vərəsəlik və həmin notariat kontoru tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə reyestrdə 2V-720 nömrə ilə qeyd olunmaqla X12 verilmiş Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, 136 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv/m olan fərdi yaşayış evindən mərhum X13 məxsus hissəsinə vərəsəlik şəhadətnamələrinin, eyni zamanda Qusar rayon dövlət notariat kontoru tərəfindən xx xxxx 2016-cı il tarixdə reyestrdə 2V- 327 nömrə ilə qeyd olunmaqla X12 verilmiş ünvan 7 ünvanında yerləşən evin mərhum X13 məxsus hissəsinə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ünvan 8-ün 1/2 hissəsinin xx xxxx 2016-cı il tarixdən X7 mülkiyyətinə verilməsi barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışınetibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili X20 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoru və üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X33 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə ½ hissədə X7 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X9 vərəsəsi: qızı X14r. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X13 verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, ev 136 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv/m olan fərdi yaşayış evindən məhrum X13 məxsus olan hissəsi. İş materiallarında olan X7 Qusar rayon Notariat Ofisinə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2003-cü il tarixdə Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, ev 136 ünvanında yaşamış X19 vəfat etmişdir. Miras əmlakı Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, ev 136 ünvanında yerləşən torpaq sahəsi, fərdi yaşayış evidir. Göstərilən əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İİ №012643 ölüm haqqında şəhadətnaməsindən görünür ki, X15 xx.xx.2019-cu il tarixdə Qusar rayonunda vəfat etmişdir. İş materiallarında olan Qusar rayon qeydiyyat şöbəsinin xx.xx.2004-cü il tarixli, AZ №0146031 ölüm haqqında şəhadətnaməsindən görünür ki, X19 xx.xx.2003-cü il tarixdə Qusar rayonunda vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Qusar rayon Notariat Ofisində xx xxxxxxx 2019-cu il tarixdə reyestrdə 2V-720 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Qusar rayonu Dövlət Notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən Dəyanət Adgözəl oğlu Tağıyev Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx xxxxxx 2003-cü ildə vəfat etmiş X9 vərəsəsi - ünvan 10 ünvanında qeydiyyatda olan, qızı: X14r. Şəhadətnamənin verildiyi miras əmlakı: Əmanət Kassasına qoyulmuş 51570 nömrəli hesabdakı puldan ibarətdir. İş materiallarına əlavə edilmiş AR Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 2532№-li arayışından görünür ki, X12 arayış erilmişdir ondan ötrü ki, həqiqətən mərhum X4 vəfat etdiyi günə kimi Qusar şəhəri Muxtadır küçəsi 136 saylı evdə birlikdə yaşamışlar. İş materiallarına əlavə edilmiş Kubinski rayon ZAKQ Bürosu tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli AZ ******* seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1967-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. X4, X3dır. İş materiallarına əlavə edilmiş Qusar rayon Notariat X1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X5 miras qalmış əmlakları, ona çatan payı, məcburi payı nə faktiki, nədəki, ərizə ilə müraciət edərək qəbul etməmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X16 X4ndan miras qalmış Bakı şəhəri, Şaxtaxtinski küçəsi, ev 13 mənzilindən və əmanətdən ona düşən paydan imtina etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X21 X4ndan miras qalmış Bakı şəhəri, Şaxtaxtinski küçəsi, ev 13 mənzilindən və əmanətdən ona düşən paydan imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X9 vərəsəsi: qızı X14r. Şəhadətnamə verilən miras əmlak xx.xx.1959-cu il tarixdə X13 verilmiş Bakı şəhəri, Yasamal rayonu, 6-cı Xrebtovı küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 213h/e nörmrəli reyestr kitabının 12549 nömrəli vərəqində qeydiyyata alınmış A -ümumi sahəsi 95.5 kv.m. yaşayış sahəsi 47.3 kv.m yardımçı sahəsi 48.2 kv.m yaşayış otaqlarının sayı 3, B-ümumi sahəsi 30 kv.m, yaşayış sahəsi 27 2 kv.m, yardımçı sahəsi 2,K kv.m. yaşayış otaqlarının sayı 3, V-ümumi sahəsi 21.1 kv.m, yaşayış sahəsi 11 kv.m, yardımçı sahəsi 10.1 kv.m, yaşayış otaqlarıma sayı 1 olan fərdi yaşayış evindən X17 məxsus 1/2 hissəsidir. Göründüyü kimi, iddiaçı İsayeva (Qurbanova) Sevinc Qonağ qızı X4ndan qalmış miras əmlaklara dair X2nın adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bildirmişdir ki, qeyd edilən miras əmlakın X2nın adına rəsmiləşdirlməsi qeyri-qanunidir. Belə ki, miras əmlaka onun da qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X16 yazılı ərizə ilə notariat kontoruna müraciət edərək X4ndan qalan əmlak və əmanətdən imtina etmiş və bunu öz imzası ilə təsdiqləmişdir. Həmçinin iddiaçının digər ailə üzvləri də yazılı ərizə ilə onlara düşən paydan imtina etmiş və X9 yeganə vərəsəsi kimi X18 qalmışdır. Bu səbəbdən də qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamədə vərəsə kimi X18 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə görə, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəyə görə, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1264-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasənvərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasənvərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iddiaçı, onun bacısı və anası atasının ölümündən sonra mirasdan imtina etdiyinə görə Qonağ Qurbanovun yeganə qanun üzrə vərəsəsi Nigar Qurbanova olmuşdur. İddiaçının anasının ölümündən sonra mirasdan imtina etməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir, çünki iddiaçının anası atadan qalan mirasdan imtina etdiyinə görə, mübahisəli miras əmlak onun mirası yox, Qonaq Qurbanovun mirası olmuşdur. İddiaçının anası ərindən sonra miras əldə etmədiyinə görə miras qoyan da hesab edilə bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Niqar Qurbanovanın adına vərəsəlik şəhadətnaməsi, daha sonra onun əsasında Çıxarış verildiyi zaman hüquq normalarının pozulması aşkar edilmədiyindən İddiaçı cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı üçüncü şəxslər X18, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X33 cəlb edilməklə dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı şəxsin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı üçüncü şəxslər X18, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X33 cəlb edilməklə vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1069/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1069/2020
28.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver