Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1098/2025 10.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə (üçüncü şəxslər X23, X65, X40 və X30 cəlb olmaqla) qarşı mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X70 (sədrlik edən və məruzəçi), X71 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2, Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2, üçüncü şəxs X7, üçüncü şəxs X41 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsindən İddiaçı, üçüncü şəxslər X65 və X40 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İV-ЖГ seriyalı, 370827 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nümayəndə3 Bəndi oğlu 28 fevral 1991-ci ildə vəfat etmişdir.
2. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 may 1992-ci il tarixli, reyestrdə 1M-102 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, 28 fevral 1991-ci il tarixdə vəfat etmiş mərhum Nümayəndə3 Bəndi oğlundan miras qalmış fərdi yaşayış evinin ½ hissəsinə onun həyat yoldaşı Cavabdeh3 Sədi qızını, 1/6 hissəsinə oğlu X31, 1/6 hissəsinə X50 qanun üzrə vərəsə kimi tanınmışdır.
3. AZ-İ seriyalı 581774 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh3 Sədi qızı 08 fevral 1995-ci ildə vəfat etmişdir.
4. AZ-İİ seriyalı 427890 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X51 21 yanvar 2024-cü ildə vəfat etmişdir.
5. 01 mart 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0368 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin hüquqi sahibləri X51 - fərdi yaşayış evindən 1/6 hissə, Cavabdeh2 - fərdi yaşayış evindən 1/6 hissə, Cavabdeh3 Sədi qızı - fərdi yaşayış evindən 1/6 hissə və Nümayəndə3 Bəndi oğludur - torpaq sahəsi tam hissədə.
6. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-də nümayəndəsinin 04 mart 2016-cı il tarixli, 50 №-li arayışından müəyyən edilir ki, mərhum Nümayəndə3 Bəndi oğlu həqiqətən ünvan 1 ünvanda yaşamış və 28 fevral 1991-ci il tarixdə vəfat etmişdir. İƏD üzrə nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə tərkibi qalmışdır: X51, Cavabdeh2 və Cavabdeh5.
7. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-də nümayəndəsinin 04 mart 2016-cı il tarixli, 51 №-li arayışından müəyyən edilir ki, mərhumə Cavabdeh3 Sədi qızı həqiqətən ünvan 1 ünvanda yaşamış və 08 fevral 1995-ci il tarixdə vəfat etmişdir. İƏD üzrə nümayəndəlikdə olan məlumata görə aşağıdakı ailə tərkibi qalmışdır: X51, Cavabdeh2 və Cavabdeh5.
8. Cavabdeh5 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4361 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh5 atası Nümayəndə3 Bəndi oğlunun 28 fevral 1991-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
9. Cavabdeh5 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4362 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh5 anası Cavabdeh3 Sədi qızının 08 fevral 1995-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
10. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4363 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 anası Cavabdeh3 Sədi qızının 08 fevral 1995-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
11. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli, 7E-4364 nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 atası Nümayəndə3 Bəndi oğlunun 28 fevral 1991-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
12. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-181 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 168/2016 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Sədi qızının vərəsəsi ünvan 2 ünvanında yaşayan X32r. Şəhadətnamə verilən miras əmlak Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 Sədi qızına verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümümi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin 4/6 hissəsindən ibarətdir (yəni Cavabdeh3 Sədi qızına aid olan hissəsi).
13. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş, vərəsə nömrəsi 169/2016 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş Nümayəndə3 Bəndi oğlunun vərəsəsi ünvan 2 ünvanında yaşayan X32r. Şəhadətnamə verilən miras əmlak Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Nümayəndə3 Bəndi oğluna verilmiş **********54-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsindən ibarətdir.
14. sentyabr 2021-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0368 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin hüquqi sahibləri Cavabdeh2 - fərdi yaşayış evindən 1/6 hissə və X32r - fərdi yaşayış evindən 5/6 hissə və torpaq sahəsi tam hissədə.
15. Cavabdeh3 və Cavabdeh4 Xaçmaz Notariat kontoruna verdiyi 22 iyul 2024-cü il tarixli ərizədən müəyyən edilir ki, Cavabdeh3 və Cavabdeh4 22 yanvar 2024-cü il tarixdə vəfat etmiş ataları X14 irs qalmış mirası - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və 0.04 hektar torpaq sahəsini qəbul edirlər və bu barədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirlər.
16. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2024-cü il tarixli, reyestrdə 2V-679 nömrə ilə qeyd edilmiş, vərəsəlik işinin nömrəsi V-404/2024 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X24 vərəsələri: -uşaqları - ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: 13 sentyabr 2021-ci il tarixdə X52 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evi X33 çatan 5/6 hissədən və 13 sentyabr 2021-ci il tarixdə X52 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.04 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən ibarətdir.
17. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 11 oktyabr 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Nümayəndə3 Bəndi oğlu ilə Cavabdeh3 Sədi qızının birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların 7 (yeddi) övladları olması barədə məlumat aşkar olunmuşdur.1. X42, 2. X43, 3. X56, 4. X66, 5. X50, 6. Cavabdeh5,
7. X51.
Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyət hüququna dair çıxarışın və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mirasdan payların müəyyən edilərək bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 16 mart 2016-cı il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V-181 saylı və 2V- 182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum atası Nümayəndə3 Bəndi oğlu və anası Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 11, qeydiyyatda olmaqla, orada yaşayır. Atası Nümayəndə3 Bəndi oğlu, anası isə Cavabdeh3 Sədi qızıdır. Valideynlərinin birgə nikahından 7 övladı olmuşdur. Belə ki, Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixdə müraciətinə cavabında bildirilir ki, valideynləri Nümayəndə3 Bəndi oğlu ilə X44 birgə nikahlarından doğulmuş övladları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların yeddi övladının olması barədə məlumat aşkar olunmuşdur. Onlar aşağıdakılardır. 1. X42 -xx.xx.1959-cu il, Quba rayonu, 2. X43 xx.xx.1962-ci il, Xaçmaz rayonu, 3. X56 - xx.xx.1964-ci il, Xaçmaz rayonu, 4. X66, xx.xx.1964-cü il, Xaçmaz rayonu (xx.xx.2007-ci ildə vəfat edib) 5. X50, xx.xx.1966-cı il, Xaçmaz rayonu, 6. Cavabdeh5, xx.xx.1967- ci il, Xaçmaz rayonu, 7.X45 - xx.xx.1970-ci il, Xaçmaz rayonu (21.01,2024-cü ildə vəfat edib). Atası Nümayəndə3 Bəndi oğlu xx.xx.1991-ci ildə, anası Cavabdeh3 Sədi qızı isə xx.xx.1995-ci ildə rəhmətə getmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından da tam aydın olur ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 105.3 kv.metr olan fərdi yaşayış evinin 1/6 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin digər 1/6 hissəsi X24, fərdi yaşayış evinin digər 4/6 hissəsi Cavabdeh3 Sədi qızının və 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Nümayəndə3 Bəndi oğlunun adına qeydə alınmışdır. İş üzrə miras əmlak xx.xx.2016-ci il tarixdə Nümayəndə3 Bəndi oğlunun adına verilmiş **********54 saylı, 10301 reyestr nömrəli, **********7 qeydiyyat nömrəli dövlət reyrstrindən çıxarışa əsasən Xaçmaz şəhəri, N.Məhəmmədov küçəsi,ev 18 ünvanında yerləşən 0.0369 ha torpaq sahəsi və xx.xx.2016cı il tarixdə Cavabdeh3 Sədi qızına verilmiş ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümümi sahəsi 105.3 kv.m olan fərdi yaşayış evinin 4/6 hissəsidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından da tam aydın olur ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 105.3 kv.metr olan fərdi yaşayış evinin 1/6 hissəsi Cavabdeh2, fərdi yaşayış evinin digər 5/6 hissəsi və 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X24 adına qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V-181 saylı və 2V182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlak qardaşı X33, bacısı Cavabdeh2 keçmişdir. Hesab edir ki, miras fərdi yaşayış evinin və torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi tamamilə qanunsuz olmuşdur. ünvan 1 ünvanda yerləşən, atası Nümayəndə3 və anası Cavabdeh3 miras qalmış ev və torpaq sahəsi qardaşı X33 və bacısı Cavabdeh2 keçən zaman qanun üzrə vərəsələr düzgün və tam göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Ona görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlakdan onun və digər vərəsələrin payı müəyyən edilməlidir. Xaçmaz rayon Notariat Ofisinin 10 oktyabr 2024-cü il tarixli məktubu və ona əlavə olunmuş vərəsəlik notariat işi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, vərəsəlik işi üzrə sənədləşmə saxta, həqiqətə uyğun olmayan sənədlərlə aparılmış, faktlar ört basdır edilmişdir. Vərəsəlik işi zamanı yalan məzmunlu sənədlər əsasında vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Vərəsələrin dairəsi barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən arayış alınaraq vərəsəlik işi aparılmalı olduğu halda notariat işinin materiallarında bu arayışa rast gəlinməməkdədir. Atası 28 fevral 1991-ci ildə rəhmətə getmiş Nümayəndə3 Bəndi oğlundan və anası Cavabdeh3 Sədiz qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etsə də,onlar tərəfindən ona verilən 14 oktyabr 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və ləğv edilməsi mümkün deyildir. Əgər hər hansı bir mübahisə varsa, mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi məqsədə uyğundur. X76 21.01,2024-cü ildə rəhmətə getmişdir. Onun vərəsələri yəni, övladları 18 yaşı tamam olmuş Cavabdeh3, 14 yaşlı tslamov Bəxtiyar Müslüm oğludur. Cavabdeh4 Xaçmaz rayonu, Gödəkli kənd sakini anası Qanuni nümayəndə himayəsindədir. Qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2016-cı il tarixdə X24 adına verilmiş ********** qedyiyyat nömrəli, **********54- 10301 reyestr nömrəli çıxarış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir və mirasa əmlaka dair paylar yenidən bölüşdürülməlidir.
20. Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh3 18 noyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi verərək, İddiaçı “xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2V- 181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum Nümayəndə3 Bəndi oğlu və Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək bölüşdürülməsi” barədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. X40 24 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, İddiaçı iddiası üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi onun işə qoşulmasını xahiş etmişdir. Məhkəmə X15 ərizəsini əsaslı hesab edərək, onu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hazırki mülki işə cəlb etmişdir.
22. X65 25 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, İddiaçı iddiası üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi onun işə qoşulmasını xahiş etmişdir. Məhkəmə X41 ərizəsini əsaslı hesab edərək, onu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi hazırki mülki işə cəlb etmişdir.
23. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 06 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, Xaçmaz rayon dövlət notariat kontorunda 25 may 1992-ci tarixdə aparılmış 102 və 103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Xaçmaz rayon Texniki İnverntatiaşdırma Bürosu tərəfindən verilmiş 1889/Vİ-92 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qedyiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, xx.xx.2016-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2 V-181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik lüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən xx.xx.2021ci il qeydiyyat tarixli, ********** qedyiyyat nömrəli, **********54-10301 reyestr vomrəli çıxarışın ləğv edilməsi, 22.07 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın reyestr nömrəli aktın Dövlət Reyestrindən xx.xx.2024 qeydiyyat nömrəli, **********54-10301 çıxarışın ləğv edilməsi, mərhum atası Nümayəndə3 Bəndi oğlu və Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək, bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh2 25 aprel 2025-ci il tarixdə məhkəməyə “iddianın etiraf edilməsi haqqında” ərizə verərək, iddia tələbini qəbul etdiyini bildirmiş və miras əmlakın ədalətli qaydada bölüşdürülməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 çıxışında göstərmişdir ki, Cavabdeh2 onun eltisidir. 10 il olar ki, onun qardaşı Müslüm xəstə idi. Bu müddət ərzində Cahan ona qulluq edirdi. Cahanın atasının evi gəlin köçdüyü həmin küçədə idi. Lakin o, qardaşına qulluq etmək üçün atasının evində yaşayırdı. Müslüm vəfat edən günə qədər ona Cahan qulluq etmişdir.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 çıxışında göstərmişdir ki, bu ailə ilə çoxdan qonşudurlar. Ata-anasına qızları baxmışlar. Qızları həmin evdə gəlib qalırdı. Qardaşları Müslüm xəstə idi. Ona kiçik bacısı Cahan baxırdı, qulluq edirdi. Gəlini təzə gəlin gələn vaxtlar bir–iki dəfə görmüşdür. İltifatı tanıyır. O, Rusiyaya gedib-gəlirdi. Əkiz qardaşları da vardı və onlar vəfat etmişdir.
27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 çıxışında göstərmişdir ki, o, qonşudur. Müslümlə neçə illərdir ki, qonşu olmuşlar. Hazırda o, vəfat etmişdir. Onun 67 yaşı var. Onun atası 1990-cı ildə vəfat etmişdir, Müslümün atası isə 1991-ci ildə vəfat etmişdir. Müslümün yoldaşını görmüşdür. Bacısı Cahan son illər ona qulluq edirdi.
28. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməməsi qət edilmişdir (hakim Nərmin Abıyeva).
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.5, 77.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-325/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsi qanunsuz və əsassızdır, ləğv edilməlidir. Məhkəmədə tam şəkildə sübut etmişdir ki, mirasın ev və torpağın cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Məhkəmə tərəfindən alınan notariat işindən tam aydın olur ki, qanun üzrə vərəsələr düzgün və tam göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Vərəsəliklə bağlı notariat işi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, vərəsəlik işi üzrə sənədləşmə saxta, həqiqətə uyğun olmayan sənədlərlə aparılmış, faktlar ört-basdır edilmişdir. Vərəsəlik işi zamanı yalan məzmunlu sənədlər əsasında vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Qanun üzrə vərəsələrin imtina ərizəsi yoxdur. Vərəsələrin dairəsi barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən arayış alınaraq vərəsəlik işi aparılmalı olduğu halda notariat işinin materiallarında bu arayışa rast gəlinməməkdədir.
32. Onun tərəfindən həm atası öləndən sonra, həm də anası öləndən sonra miras qəbul edilmişdir. Rəhmətə getmiş qardaşı Müslüm Bayramov və digər hüquq sahibi əldə etmiş vərəsələr notariusa yalan məlumat verərək, saxta sənədlərlə digər vərəsələri onunla birgə vərəsəlikdən məhrum etmiş və bundan onun xəbəri olmamışdır. İşin mübahisəsiz halıdır ki, atası öləndən sonra, o həmin evdə digər vərəsələrlə birgə yaşamış, iddiaçı olaraq o miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktik qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. Mübahisə predmeti olan ev bu gündə onun və digər vərəsələrin faktiki sahibliyindədir, istifadəsindədir. Məhkəmə guya şahid ifadələrini ziddiyətli saymışdır və mötəbər sübut kimi qəbul etməmişdir. Dəvət etdiyi şahidlər hamısı onun xeyrinə ifadə vermiş və miras əmlakı qəbul etməyini təsdiq etmişlər. Məhkəmənin qətnaməsi tənqididir. İşin faktiki hallarına düzgün qiymət vermək əvəzinə, işə aid olmayan hüquq normalarını qətnaməyə köçürməklə kifayətlənmişdir. Şahid ifadələri yenidən yuxarı məhkəmə tərəfindən video və səsyazıya baxılmaqla qiymət verilməlidir, onda bütün zəruri hallar məhkəməyə aydın olacaqdır. Bu hallar yuxarı məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. Dediyi faktlar yenidən araşdırma zamanı üzə çıxacaqdır. Bundan başqa məhkəmə mülki prosesual məcəllənin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə istintaqı bitdikdən sonra məhkəmə dərhal müşavirəyə getmişdir. Hakim məhkəmə çıxışlarına, replika hüquqlarına keçmədən birbaşa qərar qəbul etməyə getməklə kobud prosessual pozuntuya yolvermiş, müdafiə hüquqlarını pozmuşdur. Həmçinin məhkəmə valideynlərindən miras qalmış evə dair iddia müddəti tətbiq etməklə guya onun mirası qəbul etmədiyini qeyd etmişdir. Əgər vərəsə mirası faktiki olaraq qəbul etmişsə miras əmlaka iddia müddəti tətbiq edilmir. Məhkəmə Müslüm İslamovun adına olan, atasından qalmış torpaq sahəsinə vərəsələrin mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur” Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” Bundan başqa məhkəmə iş üzrə Cavabdeh2 ifadəsinə və məhkəməyə verdiyi ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh2 obyektiv, doğru ifadə verərək real həqiqəti etiraf etmişdir. Məhkəmə isə onun etirafına tənqidi yanaşmaqla iddianın etirafını digər cavabdehlərin maraqlarını pozmasını qeyd etməklə səhv nəticəyə gəlmiş, işin düzgün araşdırmaqdan yayınmışdır. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq,ədalətli qərar qəbul edəcək vəşikayətimdə göstərilən hallarla bağlı ədalətli araşdırma aparacaqdır.
33. Onun hüquqlarını məhkəmə qaydasında pozulmuş, əsassız qaydada məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə qətnaməsi vərəsəlik hüququnun ümumi müddəlarına zidd çıxarılmışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bu qətnamə ilə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş, mirasın onun tərəfindən tam qəbul edilməsi faktını əsassız olaraq nəzərə almamışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin bütün faktiki hallarından da tam aydın olur ki, miras o və digər vərəsələr tərəfindən qəbul edilmişdir. Məhkəmə bu halı düzgün qaydada təhlil edərək doğru nəticəyə gəlməmişdir.
34. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Məhkəmə onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hakim məhkəmə çıxışlarına, replika hüquqlarına keçmədən birbaşa qərar qəbul etməyə getməklə kobud prosessual pozuntuya yol vermiş, müdafiə hüquqlarını pozmuşdur
35. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Bu halları tək iddiaçı olaraq o deyil, qətnamədən də tam aydın olur ki, məhkəmə özü də qəbul etmişdir. Lakin sübutlara düzgün qiymət verilməmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. Miras qəbulu üzrə üzrə faktlar düzgün təhlil edilməyərək, qeyri-obyektiv qərar çıxarılmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Faktlara düzgün qiymət verilməməklə qətnamənin qəbul edildiyi tam aydındır. Göründüyü kimi məhkəmə qətnaməsini qanuni deyildir.
36. Üçüncü şəxs X40 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilərək, miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsini xahiş etmişdir.
37. Üçüncü şəxs M.Nağıyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır və ləğv edilməlidir. Məhkəmədə tam şəkildə sübut etmişdir ki, miras ev və torpağın cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Bu yaxınlarda miras üzrə vərəsəlik alınması halı üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Məhkəmə tərəfindən alınan notariat işindən tam aydın olur ki, qanun üzrə vərəsələr düzgün və tam göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Vərəsəliklə bağlı notariat işi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, vərəsəlik işi üzrə sənədləşmə saxta, həqiqətə uyğun olmayan sənədlərlə aparılmış, faktlar ört-basdır edilmişdir. Vərəsəlik işi zamanı yalan məzmunlu sənədlər əsasında vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Qanun üzrə vərəsələrin imtina ərizəsi yoxdur. Vərəsələrin dairəsi barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən arayış alınaraq vərəsəlik işi aparılmalı olduğu halda notariat işinin materiallarında bu arayışa rast gəlinməməkdədir. Onun tərəfindən həm atası öləndən sonra, həm də anası öləndən sonra miras qəbul edilmişdir. Rəhmətə getmiş qardaşım Müslüm Bayramov və digər hüquq sahibi əldə etmiş vərəsələr notariusa yalan məlumat verərək, saxta sənədlərlə digər vərəsələri onunla birgə vərəsəlikdən məhrum etmiş və bundan onun xəbəri olmamışdır. İşin mübahisəsiz halıdır ki, atası öləndən sonra, o həmin evdə digər vərəsələrlə birgə yaşamış, iddiaçı olaraq o miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktik qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. Mübahisə predmeti olan ev bu gündə onun və digər vərəsələrin faktiki sahibliyindədir, istifadəmdədir. Məhkəmə guya şahid ifadələrini ziddiyətli saymışdır və mötəbər sübut kimi qəbul etməmişdir. Dəvət etdikləri şahidlər hamısı onun xeyrinə ifadə vermiş və miras əmlakı qəbul etməsi təsdiq etmişlər. Məhkəmənin öz qətnaməsi tənqididir. İşin faktiki hallarına düzgün qiymət vermək əvəzinə, işə aid olmayan hüquq normalarını qətnaməyə köçürməklə kifayətlənmişdir. Şahid ifadələri yenidən yuxarı məhkəmə tərəfindən video və səsyazıya baxılmaqla qiymət verilməlidir, onda bütün zəruri hallar məhkəməyə aydın olacaqdır. Bu hallar yuxarı məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. Dediyi faktlar yenidən araşdırma zamanı üzə çıxacaqdır. Bundan başqa məhkəmə mülki prosesual məcəllənin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə istintaqı bitdikdən sonra məhkəmə dərhal müşavirəyə getmişdir. Hakim məhkəmə çıxışlarına, replika hüquqlarına keçmədən birbaşa qərar qəbul etməyə getməklə kobud prosessual pozuntuya yol vermiş, müdafiə hüquqlarını pozmuşdur. Həmçinin məhkəmə valideynlərindən miras qalmış evə dair iddia müddəti tətbiq etməklə guya onun mirası qəbul etmədiyini qeyd etmişdir. Əgər vərəsə mirası faktiki olaraq qəbul etmişsə miras əmlaka iddia müddəti tətbiq edilmir. Məhkəmə Müslüm İslamovun adına olan, atasından qalmış torpaq sahəsinə vərəsələrin mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur” Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” Bundan başqa məhkəmə iş üzrə Cavabdeh2 ifadəsinə və məhkəməyə verdiyi ərizəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh2 obyektiv, doğru ifadə ifadə verərək real həqiqəti etiraf etmişdir. Məhkəmə isə onun etirafına tənqidi yanaşmaqla iddianın etirafını digər cavabdehlərin maraqlarını pozmasını qeyd etməklə səhv nəticəyə gəlmiş, işin düzgün araşdırmaqdan yayınmışdır. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcək və şikayətində göstərilən hallarla bağlı ədalətli araşdırma aparacaqdır.
38. Onun hüquqlarının məhkəmə qaydasında pozulmuş, əsassız qaydada barəsində məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə qətnaməsi vərəsəlik hüququnun ümumi müddəlarına zidd çıxarılmışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bu qətnamə ilə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş, mirasın onun tərəfindən tam qəbul edilməsi faktını əsasız olaraq nəzərə almamışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.İşin bütün faktiki hallarından da tam aydın olur ki, miras o və digər vərəsələr tərəfindən qəbul edilmişdir. Məhkəmə bu halı düzgün qaydada təhlil edərək doğru nəticəyə gəlməmişdir.
39. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə sübutları araşdırmamışdır.
40. Hakim məhkəmə çıxışlarına replika hüquqlarına keçmədən birbaşa qərar qəbul etməyə getməklə kobud prosessual pozuntuya yol vermis müdafiə hüquqlarını pozmuşdur Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Bu halları tək iddiaçı olaraq deyil, qətnamədən də tam aydın olur ki, məhkəmə özü də qəbul etmişdir. Lakin sübutlara düzgün qiymət verilməmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki, sübut etmişdir. Miras qəbulu üzrə faktlar düzgün təhlil edilməyərək, qeyri-obyektiv qərar çıxarılmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Faktlara düzgün qiymət verilməməklə qətnamənin qəbul edildiyi tam aydındır. Göründüyü kimi məhkəmə qətnaməsini qanuni deyildir.
41. Üçüncü şəxs X65 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbi tam təmin edilərək, miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsini xahiş etmişdir.
42. Üçüncü şəxs E.İslamov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon dövlət notariat kontorunda 25 may 1992-ci tarixdə aparılmış 102 və 103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Xaçmaz rayon Texniki İnverntatiaşdırma Bürosu tərəfindən verilmiş 1889/Vİ-92 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qedyiyyat haqqında DaşınmazƏmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, xx.xx.2016-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 2 V-181 saylı və 2V-182 saylı qanun üzrə vərəsəlik lüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54-10301 reyestrvomrəliçıxarışın ləğv edilməsi, 22.07 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın reyestr nömrəli aktın Dövlət Reyestrindənxx.xx.2024 qeydiyyat nömrəli, **********54-10301 çıxarışın ləğv edilməsi, mərhum atası Nümayəndə3 Bəndi oğlu və Cavabdeh3 Sədi qızından qalmış miras əmlakdan payların müəyyən edilərək, bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə o məhkəmə tərəfindən müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Qımıl qışlaq kəndində qeydiyyatda olmaqla, orada yaşayır. X3, anası isə X35r. X48 anası Zöhrə Fətəliyeva 06 aprel 1954-cü ildə Xaçmaz rayon Qımıl-qışlaq nümayəndəliyində nikaha girmişlər. Faktiki və birgə nikahdan onların 10 övladı anadan olmuşdur. Onlar xx.xx.1953-cü il təvəllüdlü X17, xx.xx.1955-ci il təvəlüldlü X21, xx.xx.1957-ci il təvəllüdlü, X5, xx.xx.1959-cu il təvəllüdlü, X25, xx.xx.1961-ci il təvəllüdlü, X8, xx.xx.1966-cı il təvəllüdlü. X9, xx.xx.1971-ci il təvəllüdlü, X26, X27, X28, X6r. X63 İsmayıl 11 aprel 1988-ci ildə, anası isə 2001-ci ildə rəhmətə getmişdir. Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində oğlunun adına 45 reyestr nörməli qeydiyyat vəsiqəsi verilmiş və texniki pasport işlənmiş fərdi yaşayışevi qeydə alınmışdır. X18 adına 0.30 ha torpaq sahəsinə verilmiş şəhadətnamə və 0.30 ha torpaq sahəsinəverilmiş JN-197 nömrəli dövlət aktı qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş qanun üzrə vərəsəlik haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən X3ndan miaras qalmış 3 otaqlı, torpaq sahəsi 31.31 kv metr ibarət ev qardaşı X1. O hesab etmişdir ki, evin cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən X3ndan miaras qalmış 3 otaqlı, torpaq sahəsi 31.31 kv metr ibarət ev qardaşı X2 zaman vərəsələr düzgün göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun razılığı olmamışdır. Miras əmlakdan payımın müəyyən etmək üçün notariusa müraciət etdiyi zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Ona görə də qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, miras əmlakdan payı müəyyən edilməlidir. X69 rəhmətə getmişdir. Onun vərəsələri həyat yoldaşı olmuş X19, X46, X13r. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır və ləğv edilməlidir. Məhkəmədə tam şəkildə sübut etmişdir ki, mirasın ev və torpağın cavabdehin adına rəsmilləşdirilməsi tamamilə qanunsuz olmuşdur. Bu yaxınlarda miras əmlakdan payının müəyyən etmək üçün notariusa müraciət etdiyim zaman bu hal orada üzə çıxmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin olmasından xəbəri olmuşdur. Məhkəmə tərəfindən alınan notariat işindən tam aydın olur ki, qanun üzrə vərəsələr düzgün və tam göstərilməmiş, onların heç birinin razılığı alınmamışdır. Qanun üzrə vərəsələrin dairəsi gizlədilmişdir. Onun belə razılığı yoxdur. Vərəsəliklə bağlı notariat işi ilə tanışlıqdan sonra ona tam məlum olmuşdur ki, vərəsəlik işi üzrə sənədləşmə saxta, həqiqətə uyğun olmayan sənədlərlə aparılmış, faktlar ört-basdır edilmişdir. Vərəsəlik işi zamanı yalan məzmunlu sənədlər əsasında vərəsələrin vərəsəlik hüququ pozulmuşdur. Qanun üzrə vərəsələrin imtina ərizəsi yoxdur. Vərəsələrin dairəsi barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən arayış alınaraq vərəsəlik işi aparılmalı olduğu halda notariat işinin materiallarında bu arayışa rast gəlinmir. Məhkəmə yazır ki, hazırkı mülki iş üzrə iddiaçı 1988-ci ildə vəfat etmiş atasından və 2001-ci ildə vəfat etmiş anasından qalan mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, bu mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Onun tərəfindən həm atası öləndən sonra, həm də anası öləndən sonra miras qəbul edilmişdir. Rəhmətə getmiş X69 notariusa yalan məlumat verərək, saxta sənədlərlə digər vərəsələri onunla birgə vərəsəlikdən məhrum etmiş və bundan onun xəbəri olmamışdır. İşin mübahisəsiz halıdır ki, atası öləndən sonra, yəni 1988-ci ildən, hələ subayikən o həmin evdə digər vərəsələrlə birgə yaşamış, iddiaçı olaraq o miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktik qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. 2001-ci ildə də anası rəhmətə getmişdir. Qardaşı Vüqarı 2003-cü ilin sonlarında evləndirdikdən sonra o mübahisə predmeti olan evdən müvəqqəti çıxmış, qonşuluqda tikdiyi evə köçmüşdür. Mübahisə predmeti olan ev bu gündə faktiki onun sahibliyindədir, istifadəsindədir. Xaçmaz rayon Qımıl-qışlaq İƏD-i tərəfindən təsdiq edilmişkənd sakinlərinin iştirakı il tərtib edilmiş aktdanda məlum olur ki, o və digər vərəsələr atası və anası öləndən sonra miras əmlakı qəbul etmişlər, dəfn xərclərini, ev və təsərrüfatı saxlamaq bütün zəruri xərcləri çəkmişlər. Məhkəmə guya şahid ifadələrini ziddiyətli saymışdır və mötəbər sübut kimi qəbul etməmişdir. Dəvət etdiyi şahidlər hamısı onun xeyrinə ifadə vermiş və miras əmlakı qəbul etməyini təsdiq etmişlər. İşin faktiki hallarına düzgün qiymət vermək əvəzinə, işə aid olmayan hüquq normalarını qətnaməyə köçürməklə kifayətlənmişdir. Şahid ifadələri yenidən yuxarı məhkəmə tərəfindən video və səsyazıya baxılmaqla qiymət verilməlidir, onda bütün zəruri hallar məhkəməyə aydın olacaqdır. X11 1988-ciildə rəhmətə getdiyindən ona münasibətdə miras açıldığ vaxt, yəni 1964-cü ildən 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan mülki məcəllə, rəhmətə getmiş Zöhrə Fətəliyevaya aid hissədə isə o, 2001ci ildə rəhmətə getdiyindən miras açıldığı vaxt qüvvədə olan 01 sentyabr 2000-ci ildən sonra qüvvəyə minmiş Mülki Məcəllənin maddi hüquq normaları tətbiq edilməlidir. Bu hallar yuxarı məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. Faktlar yenidən araşdırma zamanı üzə çıxacaqdır. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcək və şikayətində göstərilən hallarla bağlı ədalətli araşdırma aparacaqdır.
43. Hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə qətnaməsi vərəsəlik hüququnun ümumi müddəlarına zidd çıxarılmışdır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Məhkəmə bu qətnaməilə mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş,mirasın tam qəbul edilməsi faktını əsasız olaraq nəzərə almamışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbuletdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.İşin bütün faktiki hallarından da tam aydın olurki,miras iddiaçı və digər vərəsələr tərəfindən qəbul edilmişdir. Məhkəmə bu halı düzgün qaydada təhlil edərək doğru nəticəyə gəlməmişdir.
44. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə,sübutları araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
45. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
46. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etmişdir.
47. Məhkəmə iclasında Cavabdeh2 məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
48. Məhkəmə iclasında Cavabdeh4 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
49. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
50. Məhkəmə iclasında üçüncü şəxs X23 məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
51. Məhkəmə iclasında üçüncü şəxs X41 nümayəndəsi və vəkili Vəkil3 məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.
52. Cavabdehlər Cavabdeh5 və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər X40 və X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.
53. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
54. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin:
55. 527-ci maddəsinə əsasən isə vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
56. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
57. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərərəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
58. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
59. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
60. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
61. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
62. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
63. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
64. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
65. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
66. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
67. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
68. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
69. Maddə 1246. Mirasın qəbul edildiyi müddəti vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
70. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
71. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
72. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
73. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
74. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarı
75. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
77. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
83. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
85. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
86. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının atası Nümayəndə3 Bəndi oğlu 28 fevral 1991-ci ildə vəfat etmişdir. Mərhum Nümayəndə3 Bəndi oğlundan miras qalmış fərdi yaşayış evinin ½ hissəsinə həyat yoldaşı Cavabdeh3 Sədi qızının, oğlu X24, X29 hər birinin 1/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilmişdir. Sonradan iddiaçının anası Cavabdeh3 Sədi qızı 08 fevral 1995-ci ildə vəfat etmişdir. Mərhum Nümayəndə3 Bəndi oğlu ilə Cavabdeh3 Sədi qızının birgə nikahlarından X42, X43, X56, X66, X50, Cavabdeh5, X51 övladları olmuşdur. İddiaçının qardaşı X51 21 yanvar 2024-cü ildə vəfat etmişdir. 01 mart 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 0.0368 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evinin 1/6 hissə X24, 1/6 hissə Cavabdeh2, 1/6 hissə Cavabdeh3 Sədi qızının, torpaq sahəsi tam hissədə Nümayəndə3 Bəndi oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh5 və Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 09 mart 2016-cı il tarixli ərizələrdən müəyyən edilir ki, ərizəçilər ataları Nümayəndə3 Bəndi oğlunun, anaları Cavabdeh3 Sədi qızının vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışlar. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 2016-cı il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Sədi qızının vərəsəsi X32r. Qanun üzrə vərəsəlik hüququ haqqında 22 iyul 2024-cü il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X24 vərəsələri: uşaqları - Cavabdeh3 və Cavabdeh4dur və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: 13 sentyabr 2021-ci il tarixdə X52 verilmiş ********* qeydiyyat nömrəli, **********54-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 105.3 kvm. olan fərdi yaşayış evi X33 çatan 5/6 hissədən və X33 məxsus ümumi sahəsi 0.04 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən ibarətdir.
89. Kollegiya əvvəla qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında mübahisəyə dair Nümayəndə3 Bəndi oğlu və Cavabdeh3 Sədi qızının vəfat etdiyi və vərəsəlik hüquq münasibətlərinin baş verdiyi zaman qüvvədə olmuş 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin, vəfat etmiş X33 münasibətdə isə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik haqqında müddəalar tədbiq olunmalıdır.
90. Məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
91. Kollegiya həmçinin qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
92. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
93. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı miras əmlakın onun tərəfindən qəbul edilməsi (faktiki və ya notariat orqanına müraciət etməklə) barədə məhkəməyə əsaslı şübhədənkənar mötəbər sübutlar təqdim etməmişdir. O, apellyasiya şikayətinin dəlillərində iddiasını sübut etdiyi halda iddiasının təmin edilməsini, birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmadığını, onun hüquqlarının pozulduğunu bildirsə də bu dəlillər öz təsdiqini tapmamışdır.
94. Odur ki, məhkəmə kollegiyası iddiaçının mirasın faktiki qəbul edilməsi ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır.
95. Kollegiya vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
96. Məhkəmə həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
97. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
98. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakteri daşıyır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsini tərəfindən hər hansı pozuntuya yol verdiyi aşkar olunmamışdır.
99. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
100. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)- 327/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-327/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.