Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2175/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi, vərəsələrin miras paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı 3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-209/2025 nömrəli iş üzrə 21 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91.2 kv.m olan fərdi yaşayış evi Qusar Şəhər Sovetinin xx.xx.1953-cü il tarixli qərarına əs asən X5 şəxsi mülkiyyətinə verilmişdir.
2. X12 xx.xx.1975-ci il tarixdə, arvadı X21 xx.xx.1995-ci il tarixdə ölmüşlər. Onların üç övladı - İnqilab Mehrəliyev, Bəxtiyar Mehrəliyev və Cavabdeh3 olmuşdur.
3. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 isə xx.xx.1999-cu il tarixdə ölmüş birinci növbə qanuni vərəsə Bəxtiyar Mehrəliyevin arvadı və övladlarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçıların nümayəndəsi X38 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X4 miras qalmış əmlak olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, İddiaçı1 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bundan sonra iddiaçıların nümayəndəsi X38 bir neçə dəfə iddia ərizəsinə dəqiqləşmə verərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsas ında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X4 miras qalmış miras əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/9 hissədə, İddiaçı2 1/9 hissədə, İddiaçı1 1/9 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi mərhum X6 məxsus olmuşdur. Ağarəhim Mehrəliyev xx.xx.1975-ci ildə dünyasını dəyişmişdir. Mi ras qalmış fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsindən ibarət olan miras əmlak barədə X5 qızı, xx.xx.1946-cı il təvəllüdlü Cavabdeh3 müraciəti əsasında Qusar rayon Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras əmlak barədə notarius tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, həmin şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, iddiaçıların hər birinin miras əmlaka dair 1/9 payı müəyyən edilməlidir. Belə ki, X12 xx.xx.1975-ci ildə dünyasını dəyişmişdir. Onun ölümündən sonra miras əmlakda oğlu X13 və ailə üzvləri, yəni hazırkı iddiaçılar həyat yoldaşı İddiaçı3, övladları İddiaçı2 və X14 yaşamışlar. X13 xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və onun ölümündən sonra miras əmlakda onun vərəsələri - həyat yoldaşı İddiaçı3, övladları İddiaçı2 və X14 yaşamışlar. Belə ki, həyat yoldaşının ölümündən sonra (xx.xx.1999-cu il) İddiaçı3 fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq və.s.) əkmiş və becərmiş, yaşayış evində təmir bərpa, yaxşılaşdırma işləri görmüş, yay istirahəti üçün evdə əlverişli şərait yaratmış, uzun illər bütün kommunal xərclər, dövlət rüsum və ödənişləri İddiaçı3 tərəfindən həyata keçirilmişdir (sayı və həcmi çox olduğun dan məhkəmə iclasında müxtəlif ödənişlərlə bağlı qəbzlər əlavə olunacaq). Hal-hazırda belə İddiaçı3 cehiz, ev, məişət, mebel əşyaları həmin evdə qalmaqdadır. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi, yüksələn xətt üzrə, irsi transmissiya qaydasında X4 miras qalmış miras əmlak barəsində vərəsəlik hüquqları onun övladı X9, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara keçmişdir. Cavabdeh3 isə 1977-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmaqla Sumqayıt şəhərinə köçmüşdür. İddiaçılar hər yay istirahət üçün həmin fərdi yaşayış evində yaşamışlar. Lakin sonuncu dəfə 2023-cü ilin avqust ayında gedəndə Cavabdeh3 iddiaçıların gəlmə yinə etiraz edərək artıq evi öz adına sənədləşdirdiyini bildirmişdir. Həmin ilin sentyabr ayında maraqlandıqda məlum olmuşdur ki, cavabdeh hüquqdan sui-istifadə edərək, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında öz adına çıxarış əldə etmişdir.
7. X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Bəxtiyar Mehrəliyevlə bir yerdə işləmişdir. Bəxtiyar 1999-cu ilin dekabr ayının 12-də rəhmətə getmişdir. Bəxtiyar ölməmişdən bir il əvvəl onunla Sumqayıt şəhərinə bacısı Fəridənin yanına gəlmiş və onlar vərəsəliklə bağlı notariusa getmişlər, lakin həmin vaxt notarius işləməmişdir. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə yay vaxtı Bəxtiyarla ged ib-gəlmiş orada nə iddiaçıları nə də cavabdehin yaşadığını görmüşdür. Bəxtiyar öləndən sonra o, Zemfirayla 2008-ci ilə kimi həmin evə gedib-gəlmişlər. Həmin vaxt da orada yaşayış olmamışdır. Bir dəfə Zemfira ona Fəridənin ondan sözügedən evin açarlarını istədiyini bildirmişdir. Səbəbini soruşduqda deyilmişdir ki, Fəridə həmin ev qardaş payı kimi orada məskunlaşıb yaşamasının əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyini vəd etdiyi üçün Zemfira evin açarlarını Fəridəyə vermişdir. O, açarı verdiyi üçün Zemfiraya bu barədə irad bildirmişdir.
8. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızı ərizə ilə məhkəməyə müraciət edərək Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X4 miras qalmış miras əmlak olan fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinə dair X20 1/6 hissədə, X17 1/6 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)- 4415/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X25 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbi barədə ərizələrin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunl a əsaslandırmışdır ki, miras qoyanların hamısı hal-hazırda qüvvədə olan Mülki Məcəllədən əvvəlki dövrdə vəfat etmişdir. Yəni hüquqi münasibətin yarandığı vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə olmuşdur. Məhz bunu iddia ərizəsində iddiaçılar da haqlı olaraq qeyd etmişdir ki, “mübahisəli hüquq münasibətlərinin 1975-ci ildə yaranması hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir”. Məhz 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bütün bunlardan göründüyü kimi, iddiaçılar iddia müddəti üzrə nəzərdə tutulan 3 illik iddia müddətinin, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşdür.
11. Ona görə də, məhkəmə qeyd etməyi zəruri bilmişdir ki, məhz həmin miras qalmış əmlakın hazırkı iş üzrə cavabdehin adına rəsmiləşdirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmə iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin öz iddiasında gətirdiyi dəlilləri əsassız saymış və iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1246, 1248 və 1243.2-ci maddələri, Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3, 77.1, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)-4415/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, “mübahisəli hüquq münasibətlərinin 1975-ci ildə yaranması hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir”. Məhz 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bütün bunlardan göründüyü kimi, iddiaçılar iddia müddəti üzrə nəzərdə tutulan 3 illik iddia müddətini, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşlər.” Hesab edir ki, iddia tələbi tamamilə əsaslıdır və bu səbəbdən də təmin olunmalıdır. xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. İddia ərizəsində xüsusi olaraq vurğulamışlar ki, “sonuncu dəfə 2023-cü ilin avqust ayında miras qalmış evə gedəndə Cavabdeh3 iddiaçıların gəlməyinə etiraz edərək artıq evi öz adına sənədləşdirdiyini bildirmişdir. Həmin ilin sentyabr ayında maraqlandıqda məlum olmuşdur ki, cavabdeh hüquqdan sui-istifadə edərək, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında öz adına çıxarış əldə etmişdir.” Bu faktı fərdi qaydada fəaliyyət göstərən vəkil X26 da sorğuya verdiyi cavab məktubunda təsdiq edərək göstərmişdir ki, “İddiaçı3 2023-cü ilin sentyabr ayının əvvəlində Quba rayonundakı vəkil ofisinə gələrək X4 miras qalmış əmlak bar ədə hüquqi yardım göstərilməsi üçün müraciət etmişdir. Ofisdə Mobil Notariat vasitəsi ilə müəyyən edilmişdir ki, artıq X12 barəsində 2019-cu il tarixli vərəsəlik işi açılmışdır.” Göründüyü kimi iddiaçılar mübahisələndirilən vərəsəlik şəhadətnaməsindən 2023-cü ilin sentyabr ayından məlumatlı olmuşlar. Yəni öz hüquqlarının pozulduğunu bildikləri an məhz 2023-cü ilin sentyabr ayı olmuşdur. Həmin müddətdən hesablandıqda isə iddia müddəti keçməmişdir. Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş mi ras vərəsəlik açıldığı gündən vərəsəyə məxsus hesab olunur. Yəni, burada işin mahiyyəti vərəsənin mirası qəbul edib-etməməsinin müəyyən edilməsidir ki, İddiaçı3 hər il yayda qızları ilə gəlib miras evdə istirahət etmiş, fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq, alma və.s.) əkmiş və becərmiş, bugünkü gündə də onlara məxsus əşyalar həmin evdə qalmışdır. Cavabdeh tərəfin şahid kimi qeyd etdikləri şəxslərdən X27, X43 və X23, X10 2008-ci il tarixdən 2022-ci ilin avqust ayınadək həmin evdə kirayədə qaldığını və aylıq 50 manat kirayə haqqını İddiaçı3 göndərdiyini bildirmişlər. Həmçinin 2019 – 2024-cü illər arasında olan ödənişlər rəsmi bank vasitəsi ilə ödənilmişdir ki, həmin bankdan çıxarışı əlavə edir. Elə bu faktın özü göstərir ki, həmin şəxslər də, X10 özü də evin sahibi kimi məhz İddiaçı3 tanımışlar. Əksi təqdirdə, aylıq kirayə haqqını İddiaçı3 deyil, Cavabdeh3 göndərmiş olardı. İşgüzar adətlərə görə evin kirayə haqqı həmin evin sahibinə ödənilir. Yəni cavabdehin xeyrinə ifadələr yazmış şahidlər, X10 özü də ödədiyi rəsmi ödənişlərlə evin sahibinin İddiaçı3 olduğunu dolayısı ilə bir daha sübut etmişlər. Əgər evin sahibi cavabdeh idisə, miras əmlakı faktiki olaraq o qəbul etmişdirsə niyə kirayə haqqı cavabdehə deyil iddiaçıya ödənilmişdir!? Xüsusi olaraq qeyd edirlər ki, miras iddiaçı tərəfindən hələ xx.xx.1999-cu ildən faktiki olaraq qəbul edilmişdir. Məhkəməyə təqdim edilən çoxsaylı qəbzlərdən də göründüyü kimi bütün dövlət, vergi, kommunal borclar iddiaçı tərəfindən ödənilmişdir. Hal-hazırda belə İddiaçı3 cehiz, e v, məişət, mebel əşyaları həmin evdə qalmaqdadır. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi yüksələn xətt üzrə, irsi transmissiya qaydasında X4 miras qalmış miras əmlak barəsində vərəsəlik hüquqları onun övladı X9, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara keçmişdir. Cavabdeh3 isə 1977-ci ildə ailə həyatı quraraq, rəsmi nikaha daxil olaraq Sumqayıt şəhərinə daimi yaşamağa köçmüşdür. Bu barədə nikah sənədini və köçərkən apardığı cehiz əşyalarının siyahısı da əlavə edilmişdir. Həmçinin, cavabdeh Fəridə X2 öz evinə çağıraraq İddiaçı3 Muzəffər qızının əleyhinə, həqiqətə uyğun olmayan böhtanlarla olan ərizəyə qol çəkməyə israr etmiş dir. Bunu özü və qızı İlhamə İsayevanın məhkəməyə ünvanlanmış ərizəsindən aşkar görmək olar. Həmçinin, həmin şəxslər ərizəsində göstərmişdir ki, İddiaçı3 həmin evdə təmir işi görmüş, ağaclar əkmişdir. İlhamə İsayeva isə təmənnasız olaraq həmin evdə uzun müddət yaşamışdır. Göründüyü kimi cavabdeh hüquqdan sui-istifadə edərək, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək digər vərəsələrə bildirmədən əmlakdan özü üçün üstünlük və fayda əldə etmə niyyəti ilə, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında öz adına çıxarış əldə etmişdir. Məhkəmə qeyd etmişdir ki, “mübahisəli hüquq münasibətlərinin 1992-ci ildə yaranması hazırkı mübahisəyə xx.xx.2000-ci il ta rixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir." Lakin buna baxmayaraq öz qərarının əsaslandırıcı hissəsində qüvvədə olan mülki məcəllənin vərəsəliyə dair normalarına istinad edərək prosessual normanın sözügedən tələbini kobud şəkildə pozmuşdur. Göründüyü kimi məhkəmə mülki qanunvericiliyin zamana görə qüvvəsinə dair normanın tələbini pozmuşdur. Həmin normaya əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Digər məqamda isə, yəni iddia müddətinə aid hissədə qüvvədən düşmüş xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Göründüyü kimi məhkəmə öz qərarını “mötəbər" hala gətirmək, öz q ərarını əsaslandırmaqdan ötrü ictimai münasibətlərə ikili standart tətbiq edərək MPM-nin 217.2-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Həmin normaya görə Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəticə etibarı ilə müxtəlif zamanlarda qüvvədə olan maddi hüquq normalarını iddiaçıların ziyanına, onların vəziyyətini pisləşdirən şəkildə tətbiq etmişdir. Halbuki, şəxsin vəziyyətini yaxşılaşdıran maddi hüquq normalarının geriyə qüvvəsi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquq i aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla belə Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsəyə məxsus hesab olunur. Burada məxsus ifadəsi isə mahiyyət etibarı ilə şəxsin mülkiyyəti deməkdir. Yəni məxsusluq özlüyündə şəxsi mülkiyyəti ehtiva edir. Belə ki, həmin dövrdə xüsusi mülkiyyət olmadığından əmlakın məxsusluğu şəxsi mülkiyyət kimi ifadə olunurdu. Bilindiyi kimi mülkiyyətlə bağlı tələblərə (vindikasiya iddiası) hər hansı iddia müddəti tətbiq edilmir (mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir-MM-nin 384.0.4-cü maddəsi). Məhkəmədə X8 bildirmişdir ki, “Bəxtiy ar öləndən sonra o, Zemfirayla 2008-ci ilə kimi həmin evə gedib-gəlmişlər. Həmin vaxt orada yaşayış olmamışdır. Bir dəfə Zemfira ona Fəridənin ondan sözügedən evin açarlarını istədiyini bildirmişdir. Səbəbini soruşduqda, Fəridə həmin evdə qardaş payı kimi məskunlaşıb yaşayacağını, əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyini vəd etdiyi üçün Zemfira evin açarlarını Fəridəyə vermişdir. O, açarı verdiyi üçün Zemfiraya bu barədə irad bildirmişdir”. Şahidin də verdiyi ifadədən göründüyü kimi miras evin açarı Zemfirada olmuşdur. Bu hal onu göstərir ki, miras əmlak məhz iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Əgər miras əmlak cavabdeh tərəfindən qəbul edilmişdirsə, nə üçün evin açarları iddiaçıda olmuşdur!? Nə üçün evin açarlarını iddiaçıdan istəm işdir!? Lakin, işə baxan məhkəmə şahid tərəfindən bildirilən sözügedən önəmli faktiki hala heç bir hüquqi qiymət verməmişdir. Həmçinin, Cavabdeh3 evin açarlarını İddiaçı3 "əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyi” vədi ilə aldadaraq ondan almışdır. Bu da onu göstərir ki, İddiaçı3 aldadılmanın təsiri altında hərəkət edərək açarları cavabdehə vermişdir. Mülki Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Mülki icraat qaydasında baxılan işlərdə məhkəmələr tərəflərin tələbləri çərçivəsində, ancaq qanuna müfaviq olaraq qərar qəbul edə bilərlər. Başqa sözlə, mülki icraat qayd asında işlərdə məhkəmələr tərəflərin tələbləri ilə bağlıdır, ancaq bu tələblərin hüquqi tövsifi və hüquqi əsaslandırması ilə qətiyyən bağlı deyildir. Məhkəmə notariusun qanunsuz əməllərinə heç bir hüquqi qiymət verməmişdir. Belə ki, notarius cavabdehlə əlbir olaraq digər vərəsələri müəyyən etmədən, onların vərəsəliyə çağırmadan saxta arayış əsasında digər vərəsələrdən gizli şəkildə vərəsəlik şəhadətnaməsini vermişdir. Halbuki, vərəsələrin dairəsini müəyyən etmək, onların vərəsəliyə çağırılmasını təmin etmək notariusun vəzifə borcudur. Məhkəmə notariusun barəsində xüsusi qərardad çıxarmaq əvəzinə onun sözügedən qanunsuz əməllərinə hüquqi don geyindirmişdir.
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə qarşı yazılı etiraz edərək qeyd etmişdir ki, həm iddiaçı Zemfira xanımın, həm də cavabdeh Fəridə xanımın məhkəməyə verdiyi ifadələrdən aşağıdakı faktları müəyyən etmiş və bunların məhkəmə tərəfindən nəzərə alınması xahiş olunur: X12 1975-ci ildə vəfat etmişdir. O, vəfat etdiyi zaman iddiaçı Zemfira xanımın həyat yoldaşı mərhum X13 Bakı şəhərində işləyirdi və orada ailəsi ilə yaşayırdı. Yəni atası Mehrəliyev Ağarəhimin qoyduğu miras əmlakını qəbul etməyib. X12 1975-ci ildə vəfat etdiyi zaman onun qoyduğu miras əmlak - hal-hazırda mübahisəli olan evi, həmin evdə onunla birlikdə yaşayan həyat yoldaşı və qızı-Cavabdeh3 qəbul edib. Belə ki, X12 vəfat edəndən sonra Fəridə xanım və anası həmin evdə 1978-ci ilə qədər yaşayıb, oraya sahiblik edib və istifadə edib, bir sözlə X5 qoyduğu miras əmlakı Fəridə xanım və anası qəbul edib. X3, ata sı vəfat edəndən sonra həmin evdə yaşamayıb, oraya sahiblik etməyib, bir sözlə X5 qoyduğu miras əmlakı qəbul etməyib və 3 illik müddəti də ötürüb. Eyni zamanda X18 da atası vəfat etməzdən əvvəl evlənərək həmin evdən çıxıb və ailəsi ilə birlikdə başqa evdə yaşayıb. Başqa bir ifadə ilə atası – Ağarəhim vəfat edəndən sonra X18 da atasının mirasını qəbul etməyib və 3 illik müddəti də ötürüb. Göründüyü kimi, 1975-ci ildən Cavabdeh3, atasından ona miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində 1/2 hissədə mülkiyyət hüququ əmələ gəlib. Digər 1/2 hissədə isə Cavabdeh3 anasının mülkiyyət hüququ əmələ gəlib. 1995-ci ildə isə Cavabdeh3 Anası vəfat edib. Onun vərəsələri isə qızı Cavabdeh3 və oğlu X13 olub. Yəni Cavabdeh3 Anasının ünva n 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində 1/2 hissədə mülkiyyət hüququna qızı Cavabdeh3 və oğlu X13 vərəsədirlər. Belə ki, hər iksi həmin payları qəbul etdiyini bildirir. Bu durumda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində atasından miras qalmış 1/2 pay Cavabdeh3 qalmaqla, Ananın həmin əmlak üzərində olan 1/2 payı Cavabdeh3 ilə X13 arasında yarı yarıya bölünməlidir. Belə olan halda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində Cavabdeh3 payı 3/4 hissədə, X11 payı isə 1/4 hissədə olmalıdır. Bununla birlikdə işdə şahid kimi dindirilmiş X1 X22 ifadəsindən, o cümlədən Cavabdeh3 izahatından məlum olur ki, X13 özünə məxsus ol an 1/4 pay da bacısı Fəridəyə bağışlayıb. Bütün bunlardan məlum olduğu kimi, iddiaçıların həmin ev üzərində heç bir haqqı qalmayıb. Bu səbəblə də apelyasiya şikayətinin və iddia tələbinin rədd olunmasını xahiş edir.
16. İddiaçılar İddiaçı3, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, onlar iddia tələbində hər biri iddiaçıya miras əmlakda 1/9 hissədə pay müəyyən olunmasını xahiş etsələr də, əslində iradə ifadələri qanunauyğun şəkildə paylarının müəyyən edilməsi ilə bağlıdır. Ola bilər ki, pay hissəsinin müəyyən edilməsini düzgün müəyyən etməmişlər, bu halın məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını, miras kütləsində qanunla müəyyən edilmiş qaydada payları nın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. İddiaçı3 əlavə olaraq izahatında bildirmişdir ki, 1969-cu ildə həmin evə gəlin gəlmiş, bir müddət sonra isə Bakıya köçmüşlər. 1975-ci ildə qayınatası vəfat etdikdən sonra həmin evdə qaynanası və Fəridə yaşamış, Bəxtiyar və o, oraya gedib-gəlmişlər, qayınanasının ölümündən sonra evin açarları əri Bəxtiyarda olmuş, Bəxtiyarın ölümündən sonra hər il yay fəslində onlar evə gedib-gəlmişlər, ağac əkmişlər, evin kommunal xidmətlərini, vergi ödənişlərini ödəmişlər, eləcə də 16 ildir ki, həmin evi Teyfur adlı şəxsə kirayə vermiş, aylıq kirayə haqqı ona ödənilmişdir. Həmçinin cavabdehə də miras əmlakdan pay verilməsinə etiraz etmirlər.
18. Cavabdeh3 izahat verərək bildirmişdir ki, 1975-ci ildə atası vəfat etmiş, atasından qalmı ş miras əmlakda anası və o, yaşamışdır. 1978-ci ildə isə o, ailə quraraq həmin evdən köçüb getmişdir. 1995-ci ildə anası vəfat etmişdir. Anası vəfat etdikdən sonra sözügedən evin açarını qardaşı Bəxtiyar götürmüşdür. O, uşaqları məktəbə getdiyindən oraya xeyli müddət gedib-gələ bilməmişdir. Daha sonra iddiaçılar tərəfindən evə kirayənişin qoyulmuşdur. Kirayə haqqını iddiaçılar almışlar. Qardaşı İnqilab isə hələ atasının sağlığında ailə quraraq bu evdən köçüb getmiş, ayrıca evi olmuş, nə İnqilab, nə də onun ölümündən sonra sonunda övladları olan üçüncü şəxslər bu evə gəlib-getməmişlər. Qardaşı Bəxtiyar sağlığında miras əmlakda olan payını ona verdiyini demişdir, həmin pay ona keçmişdir. Belə ki, atasının yas mərasimində iştirak edən iddiaçı tərəflə onun arasında narazılıq yaranmış, qardaş ı Bəxtiyar bu evi Zemfiranın satmaq istədiyini bildiyi üçün öz payını ona vermişdir. Bu səbəbdən də o, vərəsəlik haqqında şəhadətnamə alarkən iddiaçı tərəfə bildirməmişdir. İddia tələbini əsassız hesab etmiş və rədd edilməsini xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-209/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Fuad Məmmədov) iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)-4415/2024 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş və Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu i l tarixli, 2V-482 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (ümumi sahəsi 91,2 kv.m) və 0,0652 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 91,2 kv.m) və 0,0652 kv.m torpaq sahəsi üzərində iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ½ hissədə bərabər paylarının, Cavabdeh3 ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi Qusar şəhər Sovetinin xx.xx.1953-cü il tarixli qərarına əsasən X5 şəxsi mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evi X12 tərəfindən əvəzsiz qaydada əldə edilməklə birgə nikah dövründə əldə edilmiş əmlak rejiminə aid deyildir, birgə nikah dövründə əldə edilmiş ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi ilə bağlı hallar müəyyən edilməmişdir.
21. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan əmlakla bağlı vərəsəlik hüquq münasibətləri müvafiq olaraq miras qoyanların ölüm anından başlamışdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, miras qoyanlar 2000-ci il tarixədək vəfat etdiklərindən, notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırkı vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) müddəaları əsasında həll olunmalıdır.
23. Göründüyü kimi araşdırılan tələb vərəsəlik hüquq münasibətlərindən irəli gələn qanun üzrə vərəsələr arasında yaranan mübahisədir. Bu baxımdan kollegiya tərəfindən qanuni vərəsələrin dairəsi araşdırılmış, miras qoyanlar X5 və X16 birgə nikahlarından üç övladları – İnqilab Mehrəliyev, Bəxtiyar Mehrəliyev və Cavabdeh3 olduğu müəyyən edilmişdir. 24. “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsini bəzi məsələləri haqqında” Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 28 sentyabr 1979-cu il tarixli 5 saylı qərarının 10 və 11-ci bəndlərində göstərilmişdir ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, kirayənişinlərdən mənzil pulunu yığmışsa və s. Bu kimi hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər.
25. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, X5 və X16 ölümündən sonra miras qalmış əmlakdan Bəxtiyar Mehrəliyev və Cavabdeh3 istifadə etmişlər.
26. Eləcə də müəyyən edilmişdir ki, iddiaçılar, xx.xx.1999-cu il tarixdə ölmüş, birinci növbə qanuni vərəsə Bəxtiyar Mehrəliyevin arvadı və övladlarıdır.
27. Məhkəmə hesab etmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş oğlu Bəxtiyar və qızları Fəridə Mehrəli yevlər qanun üzrə birinci növbə vərəsələr olmaqla, onlar tərəfindən mirasın faktik olaraq qəbul edilərək idarə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
28. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, “B.Mehrəliyev, İddiaçı3” tərəfindən müxtəlif illərdə mübahisə predmeti olan əmlaka görə torpaq vergisi, habelə kommunal xidmət haqları ödənilmişdir.
29. Eləcə də cavabdehin izahatında verdiyi məlumatlardan görünür ki, miras əmlak qardaşı Bəxtiyar, daha sonra sonuncunun varisləri olan iddiaçılar tərəfindən kirayə verilmiş, kirayə haqqı alınmışdır.
30. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab etmişdir ki, əri X7 ölümündən sonra (xx.xx.1999-cu il) İddiaçı3 fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif a ğaclar (tut, heyva, fındıq və.s.) əkmiş və becərmiş, yaşayış evində təmir bərpa, yaxşılaşdırma işləri görmüş, yay istirahəti üçün evdə əlverişli şərait yaratmış, uzun illər bütün kommunal xərclər, ödənişlər İddiaçı3 tərəfindən həyata keçirilmişdir. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi X4 miras qalmış əmlak barəsində vərəsəlik hüquqları (1/2 hissədə) onun övladı X9, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara irsi transmissiya qaydasında keçmişdir.
31. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərə sələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir.
32. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, miras əmlakda ½ hissədə X13, ½ hissədə Cavabdeh3 payları yaranmışdır.
33. Eləcə də məhkəmə kollegiyası hesab etmişdir ki, X13 xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən sonuncuya aid ½ hissədə miras payı irsi transmissiya qaydasında birinci növbə vərəsələr olan iddiaçılara keçmişdir. Odur ki, iddiaçıların həmin ½ hissədə bərabər payları müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası, həmçi nin qeyd etməyi zəruri hesab etmişdir ki, Notariat Kontoru tərəfindən Cavabdeh3 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius yalnız Cavabdeh3 ərizəsi ilə kifayətlənmiş, bununla da iddiaçılar açılmış vərəsəlik işindən xəbərsiz olmaqla vərəsə kimi hüquqları pozulmuşdur.
35. Mülki qanunvericiliyin müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan m araqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş mübahisə predmeti olan evə dair çıxarışın ləğvi ilə bağlı tələb miras əmlakın vərəsələr tərəfindən faktiki qəbul edilməsi tələbi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi əsaslı hesab edilərək təmin edildiyindən Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əs asında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızı ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakda paylarının müəyyən edilməsini xahiş etmişlər.
38. Birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə iddia ərizəsi kimi qiymət verilsə də, məhkəmə kollegiya tərəfindən iş öyrənilərkən həmin ərizənin MPM-nin 149-cü maddəsinin tələblərinə cav ab vermədiyi müəyyən edilmişdir.
39. Qeyd olunan xüsusat üzrə də birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
40. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq iddia tələbinin olub-olmamasından asılı olmayaraq, vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə vərəsələrin dairəsinin müəyyən edilməsi və qanuni qiymətləndirmə aparılması məhkəmənin vəzifəsidir.
41. Üçüncü şəxslər ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakda paylarının müəyyən edilməsini xahiş etsələr də, işin araşdırılan faktiki halları ilə müəyyən edilmişdir ki, ataları X19 tərəfindən miras əmlak qəbul edilməmiş, X5 digər oğlu olan İnqilab Mehrəliyev atasının sağlığında, ailə qurub həmin evdən köçüb getmişdir.
42. Məhkəmə iclasında tərəfl ərin verdiyi izahata əsasən onlar arasında isti münasibət olmamış, həmin evə gəlib-getməmiş, İnqilab Mehrəliyev 1978-ci il tarixdə isə vəfat etmiş, sonuncunun uşaqları olan X25 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının da bu evlə heç bir əlaqələri olmamış, miras əmlakın idarə edilməsində iştirak etməmişlər.
43. Məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsində izahat vermiş X25 bildirmişdir ki, mübahisə predmeti olan evdə yaşamamış, mirası qəbul etməmişdir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, üçüncü şəxslərin miras əmlaka hüquqları yaranmamışdır.
45. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri üzrə də qiymətləndirmə apararaq qeyd etmişdir ki, cavabdeh iddiaya etiraz edərək iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müdd əti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
46. Məhkəmə kollegiyası etirazın dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, araşdırılan mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Araşdırılan tələbə o halda iddia müddəti tətbiq edilə bilər ki, vərəsə Mülki Məcəllənin 552-ci maddəsində göstərilən üsulların heç biri ilə vərəsəlik açıldığı gündən 6 ay müddətində mirası qəbul etməmiş olsun.
47. İşin faktiki hallarından göründüyü kimi isə vərəsə Bəxtiyar Mehrəliyev, onun ölümündən sonra isə onun vərəsələri miras əmlakın idarə edilməsində iştirak etməklə mirası qəbul etmişlər.
48. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, Sovet mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətləri Mülki Məcəllənin ümumi iddia müddəti dairəsində olmaqla, vərəsələr vərəsəlik açıldığı gündən etibarən irs qalmış əmlakın onlara verilməsini tələb etməyə haqlıdırlar, bu şərtlə ki, həmin əmlak digər vərəsələr tərəfindən qəbul edilməmiş olsun.
49. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, araşdırılan mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur.
50. Etirazın digər dəlili olan Bəxtiyar Mehrəliyev tərəfindən miras əmlakda olan payın cavabdehə verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilikdə mirasdan imtinanın həyata keçirilməsi qaydası aydın göstərilmişdir. Mülki Məcəllənin 556cı maddəsinin tələbinə görə mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Lakin hazırkı halda vərəsə Bəxtiyar Mehrəliyev tərəfindən belə bir ərizənin ver ilməsi müəyyən edilmir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmla kın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar.
52. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilmişdir ki, iddia tələbində iddiaçılar miras əmlakda hər birinə 1/9 hissədə payın müəyyən edilməsini xahiş etsələr də, məhkəmə iclasında verdikləri izahatlarında iddia tələblərində irəli sürülmüş iradə ifadələrinin qanunla onlara düşən payın müəyyən edilməsinə yönəldiyini, payın hesablanmasında səhvə yol verdikləri halda bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişlər.
53. Məhkə mə kollegiyası iddiaçıların iddia tələbində yönəlmiş iradə ifadələrini, yəni qanunla müəyyən edilmiş qaydada payların müəyyən edilməsinə dair tələblərini nəzərə alaraq mübahisənin yuxarıda qeyd olunan şəkildə həllini qanuni və əsaslı hesab etmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin 73, 527, 528, 530, 532, 552, 554, 555 və 556-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh3 (vəkil X33) kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-209/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və Sumqayıt Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbu l edilməsini, iddiaçının iddia ərizəsinin rədd edilməsini, bu mümkün deyilsə, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti apellyasiya şikayətinə etirazla analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsi
58. Maddə
73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
59. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
60. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
61. Maddə
530. Vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habe lə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
62. Maddə
532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
63. Maddə
552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilm əsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
64. Maddə
554. Vərəsəlik hüququnun başqasına keçməsi Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağı rılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
65. Maddə
555. Mirası qəbul edənin hüquqları Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər.
66. Maddə
556. Mirasdan imtina Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooper ativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən i stifadə etmək hüququna malikdirlər.
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
79. Məhkəmə kollegiy ası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarl amağa lüzum qalmır.
80. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş q aydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmad an yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə laz ımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-209/2025 nömrəli iş üzrə 21 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.