Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-209/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi) X70 Süleymanovanın sədrliyi və məruzəsi, X25 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)-4415/2024 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçıların nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X5 miras qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, İddiaçı1 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bundan sonra iddiaçıların nümayəndəsi Vəkil1 bir neçə dəfə iddia ərizəsinə dəqiqləşmə verərək, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X5 miras qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı3 1/9 hissədə, İddiaçı2 1/9 hissədə, İddiaçı1 1/9 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi mərhum X7 məxsus olmuşdur. Ağarəhim Mehrəliyev xx.xx.1975-ci ildə dünyasını dəyişmişdir. Miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsindən ibarət olan miras əmlak barədə X6 qızı, xx.xx.1946-cı il təvəllüdlü Cavabdeh3 müraciəti əsasında Qusar rayon Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras əmlak barədə notarius tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməli, iddiaçıların hər birinin miras əmlaka dair 1/9 payı müəyyən edilməlidir. Belə ki, X16 xx.xx.1975-ci ildə dünyasını dəyişmişdir. Onun ölümündən sonra miras əmlakda oğlu X19 və ailə üzvləri yəni, hazırkı iddiaçılar həyat yoldaşı İddiaçı3, övladları X32 və X20 yaşamışlar. X19 xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və onun ölümündən sonra miras əmlakda onun vərəsələri həyat yoldaşı İddiaçı3, övladları X32 və X20 yaşamışlar. Belə ki, həyat yoldaşının ölümündən sonra (xx.xx.1999-cu il) İddiaçı3 fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq və.s.) əkmiş və becərmiş, yaşayış evində təmir bərpa, yaxşılaşdırma işləri görmüş, yay istirahəti üçün evdə əlverişli şərait yaratmış, uzun illər bütün kommunal xərclər, dövlət rüsum və ödənişləri İddiaçı3 tərəfindən həyata keçirilmişdir (sayı və həcmi çox olduğundan məhkəmə iclasında müxtəlif ödənişlərlə bağlı qəbzlərəlavə olunacaq). MPM-nin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Onu da qeyd edir ki, hal-hazırda belə İddiaçı3 cehiz, ev, məişət, mebel əşyaları həmin evdə qalmaqdadır. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi yüksələn xətt üzrə, irsi transmissiya qaydasında X5 miras qalmış miras əmlak barəsində vərəsəlik hüquqları onun övladı X12, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara keçmişdir. Cavabdeh3 isə 1977-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olaraq Sumqayıt şəhərinə köçmüşdür. Qeyd edir ki, iddiaçılar hər yay istirahət üçün ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Lakin sonuncu dəfə 2023-cü ilin avqust ayında gedəndə Cavabdeh3 iddiaçıların gəlməyinə etiraz edərək artıq evi özadına sənədləşdirdiyini bildirmişdir. Həmin ilin sentyabr ayında maraqlandıqda məlum olmuşdur ki, cavabdeh hüquqdan sui-istifadə edərək, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında özadına çıxarış əldə etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. X11 bildirdi ki, o, Bəxtiyar Mehrəliyevlə bir yerdə işləmişlər. Bəxtiyar 1999-cu ilin dekabr ayının 12-də rəhmətə getmişdir. Bəxtiyar ölməmişdən bir il əvvəl onunla Sumqayıt şəhərinə bacısı Fəridənin yanına gəlmiş və onlar vərəsəliklə bağlı notariusa getmişlər, lakin həmin vaxt notarius işləməmişdir. Hazırda ünvan 4 ünvanında yerləşən fərdi evə yay vaxtı Bəxtiyarla gedib-gəlmiş orada nə iddiaçıları nə də cavabdehin yaşadıqlarını görmüşdür. Bəxtiyar öləndən sonra o, Zemfirayla 2008-ci ilə kimi həmin evə gedib gəlmişlər. Həmin vaxtıda orada yaşayış olmamışdır. Bir dəfə Zemfira ona Fəridənin ondan sözügedən evin açarlarını istədiyini bildirmişdir. Səbəbini soruşduqda Fəridə həmin ev qardaş payı kimi orada məskunlaşıb yaşayacağını əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyini vəd etdiyi üçün Zemfira evin açarlarını Fəridəyə vermişdir. O, açarı verdiyi üçün Zemfiraya bu barədə irad bildirmişdir.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızı ərizə ilə məhkəməyə müraciət edərək Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X5 miras qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair X33 1/6 hissədə, X27 1/6 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İ-JQ №322663 saylı, xx.xx.1975-ci il tarixli “Ölüm haqqında şəhdətnamə”nin surətindən görünür ki, X16 xx.xx.1975-ci il tarixdə ölmüşdür.
8. AZ-İ № 941903 saylı, xx.xx.2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.1999-cu il tarixdə ölmüşdür.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 7 saylı fərdi yaşayış evi X8 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
10. “Doğum haqqında arayışın surətlərindən görünür ki, X28 xx.xx.1946-cı il və X21 17 aprel 1943-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X53 qeyd edilmişdir.
11. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə ölmüş X16 vərəsəsi Cavabdeh3 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə X7 verilmiş **********69-10301 reyestr nömrəli, **********7 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 91.2 kv/m olan fərdi yaşayış evindən mərhum X7 məxsus olan hissəsi.
12. Azərbaycan Respublikası Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışının surətindən görünür ki, xx.xx.1975ci ildə vəfat etmiş mərhum X16 vəfat etdiyi günədək Qusar şəhəri T.İsmayılov küçəsi 98 saylı evdə yaşamışdır və vəfatından sonra həyat yoldaşı-X45, X29, X19 və Cavabdeh3 vərəsə kimi qalmışdırlar.
13. Azərbaycan Respublikası Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.0.2019-cu il tarixli arayışının surətindən görünür ki, Cavabdeh3 Qusar şəhəri, T.İsmayılov küçəsi, 98 saylı evdə müvəqqəti qeydiyyatsız yaşayır.
14. “23.10.208-ci il tarixli, JQ №499088 saylı “Ölüm haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X39 xx.xx.1995-ci il tarixdə ölmüşdür.
15. AZ №059507 saylı, xx.xx.1967-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Zemfira Müzəffər qızı ilə xx.xx.1967-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahlarından X35 və X36 anadan olmuşdur.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
17. Qusar rayonu, Qusar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 6 nömrəli evdə yaşayan Cavabdeh3 əmlak və torpaq vergiləri üzrə 02 sentyabr 2024-cü il tarixə heç bir borcu qalmamışdır.
18. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X29 ilə X22 birgə nikahlarından X37 və X44 anadan olmuşdur.
19. İ-JQ № 402799 saylı, xx.xx.1978-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X29 xx.xx.1978-ci il tarixdə ölmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
20. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)- 4415/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddiaçılar X18, İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbinə dair» iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X44 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının cavabdehlər Cavabdeh3, Qusar Rayon Notariat ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi tələbi» barədə ərizələrin təmin edilməməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1246, 1248 və 1243.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 218.3, 77.1, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
22. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)-4415/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, “mübahisəli hüquq münasibətlərinin 1975-ci ildə yaranması hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir”. Məhz 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bütün bunlardan göründüyü kimi, iddiaçılar iddia müddəti üzrə nəzərdə tutulan 3 illik iddia müddətini, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşlər.” Hesab edir ki, iddia tələbi tammamilə əsaslıdır və bu səbəbdən də təmin olunmalıdır. xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan A zərbaycan SSR Mülki Məcəlləsinin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. İddia ərizəsində xüsusi olaraq vurğulamışlar ki, “sonuncu dəfə 2023-cü ilin avqust ayında miras qalmış evə gedəndə Cavabdeh3 iddiaçıların gəlməyinə etiraz edərək artıq evi öz adına sənədləşdirdiyini bildirmişdir. Həmin ilin sentyabr ayında maraqlandıqda məlum olmuşdur ki, cavabdeh hüquqdan sui-istifadə edərək, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında öz adına çıxarış əldə etmişdir.” Bu faktı fərdi qaydada fəaliyyət göstərən vəkil X46 da sorğuya verdiyi cavab məktubunda təsdiq edərək göstərmişdir ki, “İddiaçı3 2023-cü ilin sentyabr ayının əvvəlində Quba rayonundakı vəkil ofisinə gələrək X5 miras qalmış əmlak barədə hüquqi yardım göstərilməsi üçün üçün müraciət etmişdir. Ofisdə Mobil Notariat vasitəsi ilə müəyyən edilmişdir ki, artıq X16 barəsində 2019-cu il tarixli vərəsəlik işi açılmışdır.” Göründüyü kimi iddiaçılar mübahisələndirilən vərəsəlik şəhadətnaməsindən 2023-cü ilin sentyabr ayından məlumatlı olmuşlar. Yəni öz hüquqlarının pozulduğunu bildikləri an məhz 2023-cü ilin sentyabr ayı olmuşdur. Həmin müddətdən hesablandıqda isə iddia müddəti keçməmişdir. Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsəyə məxsus hesab olunur. Yəni, burada işin mahiyyəti vərəsənin mirası qəbul edib-etməməsinin müəyyən edilməsidir ki, İddiaçı3 hər il yayda qızları ilə gəlib miras evdə istirahət etmiş, fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq, alma və.s.) əkmiş və becərmiş, bugünki gündə də onlara məxsus əşyalar həmin evdə qalmışdır. Cavabdeh tərəfin şahid kimi qeyd etdikəri şəxslərdən X47, X79 və X40, X13 2008-ci il tarixdən 2022-ci ilin avqust ayınadək həmin evdə kirayədə qaldığını və aylıq 50 manat kirayə haqqını İddiaçı3 göndərdiyini bildirmişlər. Həmçinin 2019-2024-cü illər arasında olan ödənişlər rəsmi bank vasitəsi ilə ödənilmişdir ki, həmin bankdan çıxarışı əlavə edir. Elə bu faktın özü göstərir ki, həmin şəxslər də, X13 özü də evin sahibi kimi məhz İddiaçı3 tanımışlar. Əksi təqdirdə, aylıq kirayə haqqını İddiaçı3 deyil, Cavabdeh3 göndərmiş olardı. İşgüzar adətlərə görə evin kirayə haqqı həmin evin sahibinə ödənilir. Yəni cavabdehin xeyrinə ifadələr yazmış şahidlər, X13 özü də ödədiyi rəsmi ödənişlərlə evin sahibinin İddiaçı3 olduğunu dolayısı ilə bir daha sübut etmişlər. Əgər evin sahibi cavabdeh idisə, miras əmlakı faktiki olaraq o qəbul etmişdirsə niyə kirayə haqqı cavabdehə deyil iddiaçıya ödənilmişdir!? Xüsusi olaraq qeyd edirlər ki, miras iddiaçı tərəfindən hələ xx.xx.1999-cu ildən faktiki olaraq qəbul edilmişdir. Məhkəməyə təqdim edilən çoxsaylı qəbzlərdən də göründüyü kimi bütün dövlət, vergi, kommunal borclar iddiaçı tərəfindən ödənilmişdir. Hal-hazırda belə İddiaçı3 cehiz, ev, məişət, mebel əşyaları həmin evdə qalmaqdadır. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər. Göründüyü kimi yüksələn xətt üzrə, irsi transmissiya qaydasında X5 miras qalmış miras əmlak barəsində vərəsəlik hüquqları onun övladı X12, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara keçmişdir. Cavabdeh3 isə 1977-ci ildə ailə həyatı quraraq, rəsmi nikaha daxil olaraq Sumqayıt şəhərinə daimi yaşamağa köçmüşdür. Bu barədə nikah sənədini və köçərkən apardığı cehiz əşyalarının siyahısı da əlavə edilmişdir. Həmçinin, cavabdeh Fəridə X2 öz evinə çağıraraq İddiaçı3 Muzəffər qızının əleyhinə, həqiqətə uyğun olmayan böhtanlarla olan ərizəyə qolçəkməyə israr etmişdir. Bunu özü və qızı İlhamə İsayevanın məhkəməyə ünvanlanmış ərizəsindən aşkar görmək olar. Həmçinin, həmin şəxslər ərizəsində göstərmişdir ki, İddiaçı3 həmin evdə təmir işi görmüş, ağaclar əkmişdir. İlhamə İsayeva isə təmənnasız olaraq həmin evdə uzun müddət yaşamışdır. Göründüyü kimi cavabdeh hüquqdan sui-istifadə edərək, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək digər vərəsələrə bildirmədən əmlakdan özü üçün üstünlük və fayda əldə etmə niyyəti ilə, gizli şəkildə, iddiaçılara xəbər vermədən, guya orada yaşamasına dair saxta sənəd əldə etməklə 2019-cu ildə notariusda sözügedən şəhadətnaməni almış və həmin şəhadətnamə əsasında öz adına çıxarış əldə etmişdir. Məhkəmə qeyd etmişdir ki, “mübahisəli hüquq münasibətlərinin 1992-ci ildə yaranması hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir." Lakin buna baxmayaraq öz qərarının əsasladırıcı hissəsində qüvvədə olan mülki məcəllənin vərəsəliyə dair normalarına istinad edərək prosessual normanın sözügedən tələbini kobud şəkildə pozmuşdur. Göründüyü kimi məhkəmə mülki qanunvericiliyin zamana görə qüvvəsinə dair normanın tələbini pozmuşdur. Həmin normaya (7.3) əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Digər məqamda isə, yəni iddia müddətinə aid hissədə qüvvədən düşmüş xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Göründüyü kimi məhkəmə öz qərarını “mötəbər" hala gətirmək, öz qərarını əsaslandırmaqdan ötrü ictimai münasibətlərə ikili standart tətbiq edərək MPM-nin 217.2-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Həmin normaya görə Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəticə etibarı ilə müxtəlif zamanlarda qüvvədə olan maddi hüquq normalarını iddiaçıların ziyanına, onların vəziyyətini pisləşdirən şəkildə tətbiq etmişdir. Halbuki, şəxsin vəziyyətini yaxşılaşdıran maddi hüquq normalarının geriya qüvvəsi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla belə Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsəyə məxsus hesab olunur. Burada məxsus ifadəsi isə mahiyyət etibarı ilə şəxsin mülkiyyəti deməkdir. Yəni, məxsusluq özlüyündə şəxsi mülkiyyəti ehtiva edir. Belə ki, həmin dövrdə xüsusi mülkiyyət olmadığından əmlakın məxsusluğu şəxsi mülkiyyət kimi ifadə olunurdu. Bildiyimiz kimi mülkiyyətlə bağlı tələblərə (vindikasiya iddiası) hər hansı iddia müddəti tətbiq edilmir. (mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir-MM-nin 384.0.4-cü maddəsi). Məhkəmədə X11 bildirmişdir ki, “Bəxtiyar öləndən sonra o, Zemfirayla 2008-ci ilə kimi həmin evə gedib gəlmişlər. Həmin vaxtıda orada yaşayış olmamışdır. Bir dəfə Zemfira ona Fəridənin ondan sözügedən evin açarlarını istədiyini bildirmişdir. Səbəbini soruşduqda, Fəridə həmin evdə qardaş payı kimi məskunlaşıb yaşayacağını, əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyini vəd etdiyi üçün Zemfira evin açarlarını Fəridəyə vermişdir. O, açarı verdiyi üçün Zemfiraya bu barədə irad bildirmişdir”. Şahidin də verdiyi ifadədən göründüyü kimi miras evin açarı Zemfirada olmuşdur. Bu hal onu göstərir ki, miras əmlak məhz iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Əgər miras əmlak cavabdeh tərəfindən qəbul edilmişdirsə, nə üçün evin açarları iddiaçıda olmuşdur!? Nə üçün evin açarlarını iddiaçıdan istəmişdir!? Lakin, işə baxan məhkəmə şahid tərəfindən bildirilən sözügedən önəmli faktiki hala heç bir hüquqi qiymət verməmişdir. Həmçinin, Cavabdeh3 evin açarlarını İddiaçı3 "əvəzində qardaşı uşaqları olan İlhamə və Ülviyə üçün ayrıca mənzil alıb verəcəyi” vədi ilə aldadaraq ondan almışdır. Bu da onu göstərir ki, İddiaçı3 aldadılmanın təsiri altında hərəkət edərək açarları cavabdehə vermişdir. Mülki Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Mülki icraat qaydasında baxılan işlərdə məhkəmələr tərəflərin tələbləri çərçivəsində, ancaq qanuna müfaviq olaraq qərar qəbul edə bilərlər. Başqa sözlə, mülki icraat qaydasında işlərdə məhkəmələr tərəflərin tələbləri ilə bağlıdır, ancaq bu tələblərin hüquqi tövsifi və hüquqi əsaslandırması ilə qətiyyən bağlı deyildir. Çünki qanunvericlik normlarının düzgün tətbiq olunması və qanun pozuntularına yol verilməməsi məhkəmələrin ən ümdə vəzifəsidir. MPM-nin 2.1-ci maddəsinə görə, mülki işlər mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-nin 13-cü maddəsinə görə, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Həmçinin, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə görə, məhkəmələrin əsas vəzifəsi qanunvericiliyin tətbiq olunmasını təmin etməkdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə notariusun qanunsuz əməllərinə heç bir hüquqi qiymət verməmişdir. Belə ki, notarius cavabdehlə əlbir olaraq digər vərəsələri müəyyən etmədən, onların vərəsəliyə çağırmadan saxta arayış əsasında digər vərəsələrdən gizli şəkildə vərəsəlik şəhadətnaməsini vermişdir. Halbuki, vərəsələrin dairəsini müəyyən etmək, onların vərəsəliyə çağrılmasını təmin etmək notariusun vəzifə borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 103-cü maddəsinə görə notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin qanunun 55-ci maddəsinə görə Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Lakin notarius tərəfindən sözügedən qaydalar kobud şəkildə pozulmuşdur. Məhkəmə notariusun barəsində xüsusi qərardad çıxarmaq əvəzinə onun sözügedən qanunsuz əməllərinə hüquqi don geydirmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2025-ci il tarixində Elektron Kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
25. Etiraz onunla əsaslandırılmışdır ki, həm iddiaçı Zemfira xanımın, həm də cavabdeh Fəridə xanımın Məhkəməyə verdiyi ifadələrdən aşağıdakı faktları müəyyən etmiş və bunların məhkəmə tərəfindən nəzərə alınması xahiş olunur: X16 1975-ci ildə vəfat edib. O, vəfat etdiyi zaman iddiaçı Zemfira xanımın həyat yoldaşı mərhum X19 Bakı şəhərində işləyirdi və orada ailəsi ilə yaşayırdı. Yəni atası Mehrəliyev Ağarəhimin qoyduğu miras əmlakını qəbul etməyib. X16 1975-ci ildə vəfat etdiyi zaman onun qoyduğu miras əmlak - hal-hazırda mübahisəli olan evi, həmin evdə onunla birlikdə yaşayan həyat yoldaşı və qızı-Cavabdeh3 qəbul edib. Belə ki, X16 vəfat edəndən sonra Fəridə xanım və anası həmin evdə 1978-ci ilə qədər yaşayıb, oraya sahiblik edib və istifadə edib, bir sözlə X6 qoyduğu miras əmlakı Fəridə xanım və anası qəbul edib. X4, atası vəfat edəndən sonra həmin evdə yaşamayıb, oraya sahiblik etməyib, bir sözlə X6 qoyduğu miras əmlakı qəbul etməyib və 3 illik müddəti də ötürüb. Eyni zamanda X31 da atası vəfat etməzdən əvvəl evlənərək həmin evdən çıxıb və ailəsi ilə birlikdə başqa evdə yaşayıb. Başqa bir ifadə ilə atası- Ağarəhim vəfat edəndən sonra X31 da atasının mirasını qəbul etməyib və 3 illik müddəti də ötürüb. Göründüyü kimi, 1975-ci ildən Cavabdeh3, atasından ona miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində 1/2 hissədə mülkiyyət hüququ əmələ gəlib. Digər 1/2 hissədə isə Cavabdeh3 anasının mülkiyyət hüququ əmələ gəlib. 1995-ci ildə isə Cavabdeh3 Anası vəfat edib. Onun vərəsələri isə qızı Cavabdeh3 və oğlu X19 olub. Yəni Cavabdeh3 Anasının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində 1/2 hissədə mülkiyyət hüququna qızı Cavabdeh3 və oğlu X19 vərəsədirlər. Belə ki, hər iksi həmin payları qəbul etdiyini bildirir. Bu durumda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində atasından miras qalmış 1/2 pay Cavabdeh3 qalmaqla, Ananın həmin əmlak üzərində olan 1/2 payı Cavabdeh3 ilə X19 arasında yarı yarıya bölünməlidir. Belə olan halda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində Cavabdeh3 payı 3/4 hissədə, X14 payı isə 1/4 hissədə olmalıdır. Bununla birlikdə işdə şahid kimi dindirilmiş X1 X38 ifadəsindən, o cümlədən Cavabdeh3 izahatından məlum olur ki, X19 özünə məxsus olan 1/4 pay da bacısı Fəridəyə bağışlayıb. Bütün bunlardan məlum olduğu kimi, iddiaçıların həmin ev üzərində heç bir haqqı qalmayıb. Bu səbəblə də apelyasiya şikayətinin və iddia tələbinin rədd olunmasını xahiş edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. İddiaçılar İddiaçı3, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, onlar iddia tələbində hər biri iddiaçıya miras əmlakda 1/9 hissədə pay müəyyən olunmasını xahiş etsələr də əslində iradə ifadələri qanunauyğun şəkildə paylarının müəyyən edilməsi ilə bağlıdır. Ola bilər ki, pay hissəsinin müəyyən edilməsini düzgün müəyyən etməmişlər, bu halın məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını, miras kütləsində qanunla müəyyən edilmiş qaydada paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər.
27. İddiaçı3 əlavə olaraq izahatında bildirdi ki, 1969-cu ildə həmin evə gəlin gəlmiş, bir müddət sonra isə Bakıya köçmüşlər. 1975-ci ildə qaynatası vəfat etdikdən sonra həmin evdə qaynanası və Fəridə yaşamış, Bəxtiyar və o, oraya gedib gəlmişlər, qaynanasının ölümündən sonra evin açarları əri Bəxtiyarda olmuş, Bəxtiyarın ölümündən sonra hər il yay fəslində onlar evə gedib-gəlmişlər, ağac əkmişlər, evin kommünal xidmətlərini, vergi ödənişlərini ödəmişlər, eləcə də 16 ildir ki, həmin evi Teyfur adlı şəxsə kirayə vermiş, aylıq kirayə haqqı ona ödənilmişdir.
28. İddiaçının həmçinin bildirdi ki, o, cavabdehə də miras əmlakdan pay verilməsinə etiraz etmir.
29. Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
30. Cavabdeh3 həmçinin izahat verərərk bildirdi ki, 1975-ci ildə atası vəfat etmiş, atasından qalmış miras əmlakda anası və o, yaşamışdır. 1978-ci ildə isə o, ailə quraraq həmin evdən köçüb getmişdir. 1995-ci ildə anası vəfat etmişdir. Anası vəfat etdikdən sonra sözügedən evin açarını qardaşı Bəxtiyar götürmüşdür. O, uşaqları məktəbə getdiyindən oraya xeyli müddət gedib-gələ bilməmişdir. Daha sonra iddiaçılar tərəfindən evə kirayəşin qoyulmuşdur. Kirayə haqqını iddiaçılar almışlar. Qardaşı İnqilab isə hələ atasının sağlığında ailə quraraq bu evdən köçüb getmiş, ayrıca evi olmuş, nə İnqilab, nə də onun ölmündən sonra sonunda övladları olan üçüncü şəxslər bu evə gəlib-getməmişlər. Qardaşı Bəxtiyar sağlığında miras əmlakda olan payını ona verdiyini demişdir, həmin pay ona keçmişdir. Belə ki, atasının yas mərasimində iştirak edən iddaçı tərəflə onun arasınla narazılıq yaranmış, qardaşı Bəxtiyar bu evi Zefiranın satmaq istədiyini bildiyi üçün öz payını ona vermişdir. Bu səbəbdən də o, vərəsəlik haqqında şəhadətnamə alarkən iddiaçı tərəfə bildirməmişdir. İddia tələbini əsassız hesab edir, rədd edilməsini xahiş edir.
31. İş üzrə cavabdehlər Qusar Rayon Notariat ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri, üçüncü şəxslər X44 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçılar verdikləri apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
33. xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə Maddə 530. Vərəsə ola bilən vətəndaşlar Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
Maddə 532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
Maddə 552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
Maddə 554. Vərəsəlik hüququnun başqasına keçməsi Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
Maddə 555. Mirası qəbul edənin hüquqları Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər.
Maddə 556. Mirasdan imtina Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
Maddə 73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir .
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, araşdırılan mübahisə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir. Miras kütləsini ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91.2 kv/m olan fərdi yaşayış evi təşkil edir. Həmin əmlak Miras qoyan X7 məxsus olmuş, sonuncu xx.xx.1975-ci ildə vəfat etmişdir. Cavabdeh3 miras qoyan X6 qızıdır və qanun üzrə vərəsədir. Cavabdeh3 Qusar rayon notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91.2 kv/m olan fərdi yaşayış evə dair tam pay “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"verilmiş, həmin əmlak Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyata alınmışdır. xx.xx.1999-cu ildə vəfat etmiş X19 miras qoyan X6 oğludur, o cümlədən iddiaçılar X10 həyat yoldaşı, İddiaçı2 və İddiaçı1 atasıdır. Bundan başqa vəfat etmiş X29 miras qoyan X6 digər oğludur, o cümlədən üçüncü şəxs kimi məhkəməyə ərizə vermiş X44 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının atasıdır. X29 xx.xx.1978-ci il tarixdə ölmüşdür. İddiçılar mirasın onlar tərəfindən faktiki qəbul edilərək sahiblik və idarə edildiyini, cavabdeh tərəfindən aldadıldıqlarını iddia edərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişlər. Eləcə də X15 vərəsələri üçüncü şəxs qismində işə qoşularaq Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X5 miras qalmış miras əmlak ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair X33 1/6 hissədə, X27 1/6 hissədə payının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər.
37. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.
38. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyanların hamısı hal-hazırda qüvvədə olan Mülki Məcəllədən əvvəlki dövrdə vəfat edib. Yəni hüquqi münasibətin yarandığı vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə idi. Məhz bunu iddia ərizəsində iddiaçılar da haqlı olaraq qeyd edir ki, “mübahisəli hüquq münasibətlərinin 1975-ci ildə yaranması hazırki mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir”. Məhz 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bütün bunlardan göründüyü kimi, iddiaçılar iddia müddəti üzrə nəzərdə tutulan 3 illik iddia müddətinin, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Ona görə də məhkəmə qeyd etməyi zəruri bilmişdir ki, məhz həmin miras qalmış əmlakın hazırkı iş üzrə cavabdehin adına rəsmiləşdirilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmə iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin öz iddiasında gətirdiyi dəlilləri əsassız saymış və iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
39. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)-4415/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
40. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam, hərtərəfli araşdırılmamış, maddi hüquq normalarının tətbiqi və təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə qanuni və əsaslı qətnamə çıxarılmamışdır.
41. Məhkəmə kollegiyiası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Göründüyü kimi miras kütləsini ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,06522 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 91.2 kv/m olan fərdi yaşayış evi təşkil etməklə, miras qoyanlar X16 xx.xx.1975-ci il tarixdə, X39 xx.xx.1995-ci il tarixdə ölmüşlər.
44. Mülki iş materiallarında olan (i/v 12) Qeydiyyat vəsiqəsindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi Qusar şəhər Sovetinin xx.xx.1953-cü il tarixli qərarına əsasən X6 şəxsi mülkiyyətinə verilmişdir.
45. Kollegiya qeyd edir ki, göründüyü kimi həmin fərdi yaşayış evi X16 tərəfindən əvəzsiz qaydada əldə edilməklə birgə nikah dövründə əldə edilmiş əmlak rejiminə aid deyildir, birgə nikah döründə əldə edilmiş ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi ilə bağlı hallar müəyyən edilməmişdir.
46. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan əmlakla bağlı vərəsəlik hüquq münasibətləri müvafiq olaraq miras qoyanların ölüm anından başlamışdır.
47. Kollegiya hesab edir ki, miras qoyanlar 2000-ci il tarixədək vəfat etdiklərindən, notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırki vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada) müddəaları əsasında həll olunmalıdır.
48. Göründüyü kimi araşdırılan tələb vərəsəlik hüquq münasibətlərindən irəli gələn qanun üzrə vərəsələr arasında yaranan mübahisədir.
49. Bu baxımdan kollegiya tərəfindən qanuni vərəsələrin dairəsi araşdırılmış, miras qoyanlar X6 və X24 birgə nikahlarından üç övladları – İnqilab Mehrəliyev, Bəxtiyar Mehrəliyev və Cavabdeh3 olduğu müəyyən edilmişdir.
50. «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsini bəzi məsələləri haqqında» Azərbaycan SSR Ali Məhkəməsi Plenmunun 28 sentyabr 1979-cu il tarixli 5 saylı qərarının 10 və 11-ci bəndlərində göstərilmişdir ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhatənaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, kirayənişinlərdən mənzil pulunu yığmışsa və s. buk imi hallar vərəsinin mirası faktiki surətdə idarə etməyə başlamasını və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər.
51. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və təqdim edilmiş sübutlarla müəyyən edildi ki, X6 və X24 ölmündən sonra miras qalmış əmlakdan Bəxtiyar Mehrəliyev və Cavabdeh3 istifadə etmişlər.
52. Eləcə də müəyyən edildi ki, iddiaçılar, xx.xx.1999-cu il tarixdə ölmüş, birinci növbə qanuni vərəsə Bəxtiyar Mehrəliyevin arvadı və övladlarıdır.
53. Məhkəmə hesab edir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş oğlu Bəxtiyar və qızları Fəridə Mehrəliyevlər qanun üzrə birinci növbə vərəsələr olmaqla, onlar tərəfindən mirasın faktik olaraq qəbul edilərək idarə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
54. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, «B.Mehrəliyev, Zemfira Mehrəlieva» tərəfindən müxtəlif illərdə mübahisə predmeti olan əmlaka görə torpaq vergisi, habelə kommunal xidmət haqları ödənilmişdir.
55. Eləcə də cavabdehin izahatında verdiyi məlumatlardan görünür ki, miras əmlak qardaşı Bəxtiyar, daha sonra sonuncunun varisləri olan iddiaçılar tərəfindən kirayə verilmiş, kirayə haqqı alınmışdır.
56. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, əri X9 ölümündən sonra (xx.xx.1999-cu il) İddiaçı3 fərdi yaşayış evini abadlaşdırmış, təsərrüfat aparmış, o cümlədən müxtəlif ağaclar (tut, heyva, fındıq və.s.) əkmiş və becərmiş, yaşayış evində təmir bərpa, yaxşılaşdırma işləri görmüş, yay istirahəti üçün evdə əlverişli şərait yaratmış, uzun illər bütün kommunal xərclər, ödənişlər İddiaçı3 tərəfindən həyata keçirilmişdir. Nəticə etibarı ilə iddiaçılar miras əmlakı faktiki olaraq şəksiz və maneəsiz idarə etməklə, orada təsərrüfat aparmaqla qəbul etmişlər.
57. Göründüyü kimi X5 miras qalmış əmlak barəsində vərəsəlik hüquqları (1/2 hissədə) onun övladı X12, sonuncunun ölümündən sonra isə (xx.xx.1999-cu il) ailə üzvləri olan vərəsələrinə, yəni iddiaçılara irsi transmissiya qaydasında keçmişdir.
58. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir.
59. Yüxarıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, miras əmlakda ½ hissədə X19, ½ hissədə Cavabdeh3 payları yaranmışdır.
60. Eləcə də kollegiya hesab edir ki, X19 xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən sonuncuya aid ½ hissədə miras payı irsi transmisiya qaydasında birinci növbə vərəsələr olan iddiaçılara keçmişdir. Odur ki, iddiaçıların həmin ½ hissədə bərabər payları müəyyən edilməlidir.
61. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Notariat Kontoru tərəfindən Cavabdeh3 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius yalnız Fəridə Merəliyevanın ərizəsi ilə kifayətlənmiş, bununla da iddiaçılar açılmış vərəsəlik işindən xəbərsiz olmaqla vərəsə kimi hüquqları pozulmuşdur.
62. Mülki qanunvericiliyin müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
63. Məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş mübahisə predmeti olan evə dair çıxarışın ləğvi ilə bağlı tələb miras əmlakın vərəsələr tərəfindən faktiki qəbul edilməsi tələbi ilə bağlı olduğundan və həmin hissədə iddia tələbi əsaslı hesab edilərək təmin edildiyindən Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissədə də iddia əsaslı olduğundan təmin edilməlidir.
64. İş materiallarından göründüyü kimi müstəqil tələb irəli sürən üçüncü şəxslər X44 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızı ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakda paylarının müəyyən edilməsini xahiş etmişlər.
65. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə iddia ərizəsi kimi qiymət verilsə də, kollegiya tərəfindən iş öyrənilərkən həmin ərizənin MPM-nin 149-cü maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilmişdir.
66. Qeyd olunan xüsusat üzrə də birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
67. Bununla yanaşı kollegiya qeyd edir ki, müvafiq iddia tələbinin olubolmamasından asılı olmayaraq vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə vərəsələrin dairəsinin müəyyən edilməsi və qanuni qiymətləndirmə aparılması məhkəmənin vəzifəsidir.
68. Üçüncü şəxslər ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakda paylarının müəyyən edilməsini xahiş etsələr də, işin araşdırılan faktiki halları ilə müəyyən edilir ki, ataları X29 tərəfindən miras əmlak qəbul edilməmiş, X6 digər oğlu olan İnqilab Mehrəliyev atasının sağlığında, ailə qurub həmin evdən köçüb getmişdir.
69. Məhkəmə iclasında tərəflərin verdiyi izahata əsasən onlar arasında isti münasibət olmamış, həmin evə gəlib-getməmiş, İnqilab Mehrəliyev 1978-ci il tarixdə isə vəfat etmiş, sonuncunun uşaqları olan X44 və Hacıyeva (Mehrəliyeva) Təranə İnqilab qızının da bu evlə heç bir əlaqələri olmamış, miras əmlakın idarə edilməsində iştirak etməmişlər.
70. Məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsində izahat vermiş X44 bildirmişdir ki, mübahisə predmeti olan evdə yaşamamış, mirası qəbul etməmişdir /i/v 140/.
71. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin miras əmlaka hüquqları yaranmamışdır.
72. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri üzrə də qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
73. Cavabdeh iddiaya etiraz edərək iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
74. Kollegiya etirazın dəlili ilə razılaşmır.
75. Belə ki, qeyd olunduğu kimi araşdırılan mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlı mübahisədir.
76. Kollegiya hesab edir ki, araşdırılan tələbə o halda iddia müddəti tətbiq edilə bilər ki, vərəsə Mülki Məcəlləin 552-ci maddəsində göstərilən üsulların heç biri ilə vərəsəlik açıldığı gündən 6 ay müddətində mirası qəbul etməmiş olsun.
77. Araşdırılan işin faktiki hallarından göründüyü kimi isə vərəsə Bəxtiyar Mehrəliyev, sonuncunun ölümündən sonra onun vərəsələri miras əmlakın idarə edilməsində iştirak etməklə mirası qəbul etmişlər.
78. Kollegiya həmçinin vurğulayır ki, Sovet mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətləri Mülki Məcəllənin ümumi iddia müddəti dairəsində olmaqla, vərəsələr vərəsəlik açıldığı gündən etibarən irs qalmış əmlakın onlara verilməsini tələb etməyə haqlıdırlar, bu şərtlə ki, həmin əmlak digər vərəsələr tərəfindən qəbul edilməmiş olsun.
79. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur.
80. Etirazın digər dəlili Bəxtiyar Mehrəliyev tərəfindən miras əmlakda olan payın cavabdehə verilməsidir.
81. Kollegiya bu dəlili də əsassız hesab edir.
82. Belə ki, mülki qanunvericilikdə mirasdan imtinanın həyata keçirilməsi qaydası aydın göstərilmişdir.
83. Mülki Məcəllənin 556-cı maddəsinin tələbinə görə mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
84. Lakin hazırki halda vərəsə Bəxtiyar Mehrəliyev tərəfindən belə bir ərizənin verilməsi müəyyən edilmir.
85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar.
86. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
87. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir.
88. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, iddia tələbində iddiaçılar miras əmlakda hər birnə 1/9 hissədə payın müəyyən edilməsini xahiş etsələr də, məhkəmə iclasında verdikləri izahatlarında iddia tələblərində irləi sürülmüş iradə ifadələrinin qanunla onlara düşən payın müəyyən edilməsinə yönəldiyini, payın hesablanmasında səhvə yol verdikləri halda bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdilər.
89. Kollegiya iddiaçıların iddia tələbində yönəlmiş iradə ifadələrini, yəni qanunla müəyyən edilmiş qaydada payların müəyyən edilməsinə dair tələblərini nəzərə alaraq mübahisənin yuxarıda qeyd olunan şəkildə həllini qanuni və əsaslı hesab etmişdir.
90. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməli, miras əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 600 kv.m torpaq sahəsi üzərində ½ hissədə iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 bərabər payları, ½ hissədə Cavabdeh3 payı müəyyən edilməlidir.
91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı cinayət əlamətləri aşkar edilməmişdir. Odur ki, iddiaçının nümayəndəsinin xahişi təmin edilməməlidir.
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, e-2(060)-4415/2024 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilsin. Qusar Rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-482 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 91,2 kv) və 0,0652 kv.m torpaq sahəsinə dair Cavabdeh3 tam mülkiyyət hüququ əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Dövlət reyestrindən çıxarış ləğv edilsin. Miras əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 91,2 kv) və 0,0652 kv.m torpaq sahəsi üzərində iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ½ hissədə bərabər payları, Cavabdeh3 ½ hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.