Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-783/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-271/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilərək miras əmlakların əvvəlki hüquqi statusuna qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X4 iddiaçının anasıdır. Anası 16 fevral 2016-cı tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil və ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının 5/8 hissəsi miras olaraq qalmışdır. İdman müəllimi işləyir. Anasının vəfatından qısa müddət sonra yarış üçün Türkiyə Respublikasına getmişdir. Keçən müddət ərzində ara-sıra Azərbaycana gedib-gəlmişdir. Təxminən 2 aydır ki, Azərbaycana qayıtmışdır. Qeyd edir ki, 5/8 hissəsi anasının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasının məhz 1/8 hissəsi onun mülkiyyətində olmuşdur. Azərbaycana qayıtdıqdan sonra vərəsəlik işinin açılması ilə bağlı cavabdeh notariat orqanına müraciət etsə də müraciətinin icrasından imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, sözügedən miras əmlaklarına dair 26 avqust 2016-cı il tarixdə 2V-172 reyestr nömrəli və 26 yanvar 2022-ci il tarixdə 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik işinin açılmasından eləcə də qeyd olunan şəhadətnamələrin verilməsindən qəti olaraq xəbəri olmamışdır. Anası vəfat etdikdən sonra Türkiyə Respublikasında olmuş, məhz bu səbəbdən də nə vərəsəlik açılmasından xəbəri olmamış, nə də özü müraciət edə bilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən 26 avqust 2016-cı il tarixdə 2V-172 reyestr nömrəli və 26 yanvar 2022-ci il tarixdə 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilərək miras əmlakların əvvəlki hüquqi statusuna qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh2 və Cavabdeh3 əlavə cavabdehlər qismində işə cəlb edilməsi, həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 2V-172 saylı notarius işi üzrə verilmiş 26 avqust 2016-cı il tarixli, Sumqayıt şəhər 1 saylı notarius ofisinin xüsusi notariusu X2 tərəfindən 2V-22 saylı notarius işi üzrə verilmiş 26 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbulu, miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 2V- 172 saylı notarius işi üzrə verilmiş 26 avqust 2016-cı il tarixli, Sumqayıt şəhər 1 saylı notarius ofisinin xüsusi notariusu X2 tərəfindən 2V-22 saylı notarius işi üzrə verilmiş 26 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın qəbulu, miras əmlakda payların qeyri-yaşayış sahəsinə İddiaçı 16/24 hissə, Cavabdeh3 4/24 hissə, Cavabdeh2 4/24 hissə, mənzilə isə vərəsələrə 1/3 olmaqla, bərabər paylar müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-271/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən Cavabdeh2 adına verilmiş 26 avqust 2016-cı il tarixli (2V-172 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair 03 sentyabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə X3 1/3 hissədə, Cavabdeh3 1/3 hissədə və İddiaçı 1/3 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına (5/8 hissə) Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 26 yanvar 2022-ci il tarixli (2V-22 reyestr nömrəli) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış binasına dair 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyriyaşayış binasına X3 7/24 hissədə, Cavabdeh3 7/24 hissədə və İddiaçı 10/24 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-271/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında razılıq əldə olunduğunu və bununla bağlı barışıq sazişi imzaladıqlarını bildirərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır:
1. ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı 5/16 hissədə, Cavabdeh2 16/11 hissədə pay müəyyən edilsin.
2. ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair hissədə İddiaçı iddiadan imtina edir.
3. Barışıq sazişi əsasında iş üzrə icraata xitam verilir.
Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb, hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 271/2025 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb hesab edir ki, sazişin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin təsdiq olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-271/2025 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1, 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 03 iyul 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. ünvan 2umi sahəsi 28.12 kv.m olan qeyri-yaşayış sahəsi (reyestr nömrəsi **********17-06301) üzərində İddiaçı 5/16 (on altıda beş) hissədə, Cavabdeh2 isə 11/16 (on altıda on bir) hissədə payı müəyyən edilsin.
2. ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə dair hissədə İddiaçı iddiadan imtina edir.
Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-271/2025 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.