Məhkəmə qərarları › İş №2(005)-1083/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1083/2022

09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1083/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X10 maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X11 30.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X10 ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X14 onun yoldaşı olmuşdur. O, 1952-ci ildə Naxçıvan MR Şərur rayonu Qışlaqabbas kəndində anadan olmuşdur. O 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 30.12.2021-ci il tarixdə yoldaşını vəziyyəti ağırlaşmış, X21 gələnə qədər o, vəfat etmişdir. Onlar yoldaşı X20 oflunu həmin gün Binəqədi ray. 7-ci mkr qəbirstanlığında dəfn etmişlər. Bundan sonra o, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilmişdir ki, «ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət edilməlidir». O, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X10 məhkəmə iclasında izahat verərək, ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi 07 fevral 2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çox olması ilə əlaqədar nümayəndəsinin məhkəmədə iştirak edə bilməyəcəyindən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi X5 izahatını, habelə şahid ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.12.2022-ci il tarixdə X6 verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən şəhadətnamə təqdim edə bilməməyi nəzərə alınaraq, bacısının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhəri Təcili və X9 Stansiyasının 30.12.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 30.12.2021-ci il saat 00:58 radələrində X11 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədər ölüm (kişi cinsli meyit) diaqnozu qoyulmuşdur; Bakı şəhəri Binəqədi rayonu MKTB-nin 05.01.2022-ci il tarixli, 3 №-li arayışından görünür ki, X14 30.12.2021-ci il tarixdə Binəqədi ray. 7-ci mkr qəbirstanlığında dəfn olunmuşdur. ASAN 2 tərəfindən verilmiş AZE seriyalı 17828257 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20.08.1967-cı ildə Bakı şəh. anadan olmuş X14 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur; AZ-İ seriyalı 777229 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X10 arasında 14.08.2012-ci il tarixdə 388 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Məhkəmə iclasında ifadə verən şahid X7 bildirmişdir ki, ərizəçinin anasdır. X2 30.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. X3 qəsəbə, Quşçuluq y/s sahəsi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X12 bildirmişdir ki, mərhumun bacısıdır. X4 30.12.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. X3 qəsəbə, Quşçuluq y/s sahəsi qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X11 30.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X11 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.08.1967-ci il təvəllüldlü X11 30.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar