Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1107/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Nağıyeva X7, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onun vəkili X1 iştirakları ilə, İddiaçı Nağıyeva X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 5 nömrəli Bakı Asan xidmət mərkəzinin notariat ofisinə və 44 nömrəli notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nağıyeva X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanının, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinin və Bakı şəhəri 44 nömrəli dövlət notariat ofisinin mülki iş üzrə mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, onun adından Cavabdeh1 verilən etibarnaməyə əsasən Bakı şəhəri 44 nömrəli notariat ofisində Cavabdeh1 arvadı Cavabdeh2 adına verdiyi 18 noyabr 2020-ci il tarixli etibarnamənin ləğv edilməsi, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət mənzilə dair Cavabdeh2 ilə oğlu Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisində bağlanmış 30 noyabr 2020-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilərək həmin bağışlanma müqaviləsi əsasında aparılmış bütün sənədləşmələrin əsassız hesab edilərək ləğv edilməsinə dair və Cavabdeh1 onun mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı 3 ədəd hərəsi 30 qram olan 6.300 (altı min üç yüz) manat dəyərində bilərziklərinin və ya dəyərinin, bükülüdə olan ümumi çəkisi 20 (iyirmi) qramlıq olan 1.200 (bir min iki yüz) manat dəyərində sırğa və üzüklərinin və ya dəyərinin, 11.500 (on bir min beş yüz) manat məbləğində nəğd pulunun, evinin açarlarının, evinin sənədlərinin, pensiya kartının alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5 nömrəli Bakı Asan xidmət mərkəzinin notariat ofisi və 44 nömrəli notariat ofisi İddiaçı Abas qızı tərəfindən verilmiş vəsatət əsasında mülki iş üzrə mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı Nağıyeva X14 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət mənzil 12 iyul 1997-ci il tarixdən 30/123741 nömrəli və 090606 qeydiyyat nömrəsi ilə olan qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. O, həmin mənzildə tək qeydiyyatdadır və tənha yaşayır. Bu günə kimi həmişə ona qonşuları yaxından köməklik etmişlər. Cavabdehlərdən Cavabdeh1 onun bacısı oğludur. O, tənha qadındır. Bacısının oğlu Cavabdeh1 onun pensiya kartında olan pullarını çıxardaraq ona gətirib verməmişdir. O də bu barədə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə zəng vuraraq kartını bağlatmışdır. Oradan ona bildirilmişdir ki, kartında cəmisi 496 (dörd yüz doxsan altı) manat məbləğində pulu qalmışdır. Cavabdeh1 onun etibarından sui-istifadə edərək evindəki qızıllarını, 3.500 (üç min beş yüz) manat və 8.000 (səkkiz min) manat olmaqla, ümumilikdə 11.500 (on bir min beş yüz) manat məbləğində pulunu onun icazəsi olmadan gizlincə aparmışdır. Qeyd edilməlidir ki, o yaşlı qadındır, Cavabdeh1 onun bacısı oğlu olduğu üçün ona ölənə kimi baxacağı halda əmlakının sonuncuya qalması barədə vəsiyyətnamə vermişdir. Lakin Cavabdeh1 ona bildirmişdir ki, vəsiyyətnamə öləndən sonra qüvvəyə mindiyi üçün mənzilin kommunal xərclərini və sair işlərini görə bilməsi üçün onun adına etibarnamə verməyini tələb etdikdən sonra o da Cavabdeh1 ölənə kimi ona baxması və yeyib-içməyini alıb gətirməsi üçün məcburiyyətdən onunla razılaşmışdır. Notariat ofisinin əməkdaşı isə renta müqaviləsi bağladıqdan sonra bunu edə bilməyini söylədi. O da “renta müqaviləsi”nin məzmununu öyrəndikdən sonra Cavabdeh1 aralarında renta müqaviləsinin bağlanmasını istəmişdir. Cavabdeh1 isə ona bildirmişdir ki, o artıq onun adına etibarnamə verməmişdən əvvəl mirasını ona vəsiyyət etmişdir deyə renta müqaviləsi bağlaya bilmək üçün evin sənədi qeydiyyat vəsiqəsi olduğundan o dəyişdirlərək yeni çıxarış ilə əvəzlənməlidir ki, ondan sonra renta müqaviləsini bağlaya bilsin. O da bununla bağlı nə etmək lazım olduğunu Cavabdeh1 bildirib, gedib evin sənədinin yenilənməsini, yəni çıxarış almasını bildirmişdir. Lakin Cavabdeh1 notariat ofisinin əməkdaşını mənzilimə gətirərək ondan öz adına etibarnamə aldıqdan sonra onunla maraqlanmadı. Bunu qonşuları da görüblər və təsdiq edə bilərlər. O, evimin qapısını bağlayaraq onu neçə günlərlə evdə tək qoyub çıxıb getmiş, onunla maraqlannamışdır. Pəncərədən qışqıraraq qonşuları çağırandan sonra qonşular sahə müvəkkilinə məlumat verib və bundan sonra ona köməklik etmişlər. Onlardan xahiş elədikdən sonra qonşuları sağ olsunlar ona yemək verib evinin qapısını usta çağıraraq açdırmışdılar. Cavabdeh1 zəng vurub ondan evə gəlməsini, onun evinin çıxarışını, qızıllarını, 11.500 (on bir min beş yüz) manat məbləğində pulunu və pensiya kartını qaytarıb verməsini tələb etsə də, sonuncu evi oğlu vasitəsi ilə özünün, ya da arvadının adına keçirəcəyini deyərək, heç nəyi verməyəcəyini bildirdiyi üçün ondan Bakı şəhəri Nəsimi Rayon Polis Şöbəsinə şikayət etmiş və onda olan əmlaklarının alınaraq ona qaytarılmasını istəmişdir. Cavabdeh1 ona bildirmişdirdi ki, narahat olmağa heç bir əsas yoxdur, təzə seyf alıb ondan apardığı 3 ədəd hərəsi 30 qramlıq olan bilərziklərini və bükülüdə olan 20 qramlıq sırğa və üzüklərini, 11.500 (on bir min beş yüz) manat məbləğində pulunun hamısını, evin kupçasını və pensiya kartını həmin seyfə qoyub orada saxladığını bildirmişdir. Bu danışıqları qonşuları olan X3 və X2 yanında olmuşdur. Cavabdehlərdən Cavabdeh1 onun icazəsi olmadan qızıllarını və pullarını apardığı üçün onun artıq ona inamı qalmamışdır. Ona görə o Bakı şəhəri 18 nömrəli vəkil bürosuna gedərək orada vəkil X5 ilə müqavilə bağlayaraq, ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. O, vəkil X5 ilə 10 dekabr 2020-ci il tarixdə 2799 nömrəli müqavilə bağlayaraq Bakı şəhəri 14 nömrəli notariat kontorunda 17 noyabr 2020-ci il tarixdə Cavabdeh1 verdiyi 7E-9885 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə əsasında Cavabdeh1 həmin etibarnamə əsasında hər hansı notariat hərəkəti aparması və onun mülkiyyətində olan ünvan 1 ünvanının özgəninkiləşdirilməsi barədə elektron notariat informasiya sistemində hər hansı məlumat varsa bu barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. Məlumat üçün qeyd edilməlidir ki, o, 14 nömrəli notariat kontorunda Cavabdeh1 verdiyi 7E-9885 reyestr nömrəsi ilə qeydə alınmış 17 noyabr 2020-ci il tarixli etibarnaməni 08 dekabr 2020-ci il tarixdə ləğv etdirmişdir. Ona görə də onun mülkiyyətində olan ünvan 1 ünvanının Cavabdeh1 tərəfindən həmin etibarnamə əsasında özgəninkiləşdirimə aparması barədə hər hansı notariat hərəkəti aparması barədə elektron notariat informasiya sistemində məlumat varsa bu barədə rəsmi qaydada məlumat verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına vəkil sorğusu ilə müraciət etmiş, lakin hələ cavab verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada bütün hüquqmühafizə orqanlarının müdafiəsindən istifadə etmək hüququna malikdir. Cavabdeh1 onun evindən ona məxsus əşyalarını, qızıllarını və pullarını qanunsuz olaraq icazəsi olmadan apardığı üçün onun barəsəində cinayət işinin başlanması barədə aidiyyatı orqanlara şikayət etmişdir. Çünki Cavabdeh1 nə onun evindən apardığı qızıllarını, pullarını, evinin sənədini qaytarmamışdır. Əksinə olaraq bildirmişdir ki, evi mülki iş üzrə digər cavabdeh olan oğlu Cavabdeh3 adına bağışlamışdır. Cavabdeh3 isə narkotik aludəçisi olduğu üçün hal-hazırda məhkəmənin hökmü ilə məhkumdur və həbsxanadadır. Cavabdeh1 belə qanunsuz əməllərə yolverməsindən xəbərsiz olmuşdur. O, əmlakının Cavabdeh3 adına bağışlanmasına dair razılıq verməmişdir. Cavabdeh1 onu aldadaraq yaşlı qadın olduğu üçün etibarından sui-istifadə etmişdir və qəsdən onun evinin qapısının ağzını bağlayaraq onu günlərlə evdə ac-susuz qoymuşdur ki, acından tez öslün və sonuncu onun əmlakına sahib çıxsın. O da sahə müvəkkilinin və qonşularının köməkliyi sayəsində gedib notariat kontorundan onun adına verdiyi vəsiyyətnaməni və etibarnamənin hər ikisini də ləğv elətdirmişdir. 12 iyul 1997-ci il tarixdən 30/123741 nömrəli, 090606 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət mənzilinə aid qeydiyyat vəsiqəsini Cavabdeh1 onu aldadarq qeydiyyat vəsiqəsinin köhnə sənəd olmasını bəhanə gətirərək “Renta müqaviləsi” bağlaya bilmələri üçün həmin qeydiyyat vəsiqəsinin mütləq yeni çıxarış ilə əvəz edilməli olduğunu bildirərək ondan öz adına etibarnamə alaraq əmlakını oğlu Cavabdeh3 onun razılığı olmadan bağışlanma etmişdir. Həmin bağışlanma müqaviləsi hansı notariat kontorunda aparılmasına dair sorğular verilmişdir. Lakin hələ sorğulara cavab ala bilmədiyi üçün bağışlanma müqaviləsinin tarixini və reyestr nömrəsini dəqiqləşdirmək mümkün olmamışdır. Onunla bağlı iddia tələbinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq dəqiqləşdirmə verəcəkdir. Hal-hazırda “Covid 19” pandemiyası ilə əlaqədar olaraq 2021-ci ilin 18 yanvarınadək ölkə ərazisində karantin elan olunduğu üçün məhkəmələrdə mülki işlərə baxılması həmin tarixə qədər təxirə salınmışdır. Həmin tarixə kimi isə o gözləyə bilməz. Ona görə ki, cavabdehlər onun əmlakını adlarına keçirərək evini satmaq və pulunu da mənimsəmək niyyətlərindədilər. Evinin giriş qapısının açarlarını dəyişdirərək onu evində yaşamağa qoymurlar, qızıllarını, pullarını və evini əlindən alıblar. Ona görə də hesab edir ki, həmin iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul edilərək qanuni qüvvəsini alanadək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət mənzilinin üzərinə həbs qoyulmalı və özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına və qeyrilərinə qadağan edilməlidir. Cavabdeh1 onun mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı 3 ədəd hərəsi 30 qramlıq olan 6.300 (altı min üç yüz) manat dəyərində bilərzikləri, bükülüdə olan ümumi çəkisi 20 qramlıq olan 1.200 (bir min iki yüz) manat dəyərində sırğa və üzükləri, 11.500 (on bir min beş yüz) manat nağd pulu, evinin açarları, evinin sənədləri, pensiya kartı alınaraq özünə qaytarılmasına, Cavabdeh1 ilə Cavabdeh3 arasında olan bağışlanma müqaviləsinin etibarsız hesab edilərək həmin bağışlanma müqaviləsi əsasında aparılmış bütün sənədləşmələrin əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı Nağıyeva X14 iddia tələbinin dəyişdirilməsinə dair 28 aprel 2021-ci il tarixli ərizə ilə 29 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3: onun adından Cavabdeh1 verilən etibarnaməyə əsasən Bakı şəhəri 44 nömrəli notariat ofisində Cavabdeh1 arvadı Cavabdeh2 adına verdiyi 18 noyabr 2020-ci tarixli etibarnamənin ləğv edilməsi; mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bir otaqdan ibarət mənzilə dair Cavabdeh2 ilə oğulluğu Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 30 noyabr 2020-ci il tarixli bağışlanma müqaviləsinin etibarsiz hesab edilərək həmin bağışlanma müqaviləsi əsasında aparılmış bütün sənədləşmələrin əsassız hesab edilərək ləğv edilməsinə dair; Cavabdeh1 onun mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı, ondan qalan və qaytarmadığı 1 cüt brilliyant sırğa, 1.500 (min beş yüz) manat dəyərində və 1 qızıl üzük, 500 (beş yüz) manat dəyərində - bütövlükdə ümumi dəyəri 2.000 (iki min) manatlıq qızıllarının, onun icazəsi olmadan apardığı 11.500 (on bir min beş yüz) manat məbləğində nağd pulunun, 2020-ci il noyabr və dekabr aylarının təqaüd pulunu, ümumi dəyəri 1.000 (bir min) manat olan (təqaüd kartı da onun icazəsi olmadan oğurlayaraq apardığı üçün onda idi) evinin seyf açarlarının ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Nağıyeva X14 iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hər biri ayrılıqda iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o iki ildir ki, iddiaçı şəxsin qonşusudur, iddiaçı şəxs bacısı oğluna etibarnamə verəndə o da iştirak etmişdir. Etibarnaməni hər hansı təsir altında verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 5 nömrəli Bakı Asan xidmət mərkəzinin notariat ofisinə və 44 nömrəli notariat ofisinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı 090606 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cu mikrorayon, Cəbiyev küçəsi, 11 nömrəli evin 47 nömrəli mənzili Nağıyeva X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının 824 nömrəli səhifəsində 123741 qeydəalma nömrəsi ilə 12 iyul 1997-ci il tarixdə qeydiyyat aparılmışdır; 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzi tərəfindən tərtib və təsdiq edilmiş 13 dekabr 2016-cı il tarixli vəsiyyətnamənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsi ev 11, mənzil 47 mülkiyyətçisi olan İddiaçı ölən gününədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir; İddiaçı-hədiyyə verən ilə Cavabdeh3-hədiyyə alan arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən və məzmunundan görnür ki, hədiyyə verən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsi ev 11, mənzil 47 hədiyyə alanın mülkiyyətinə verir; Bakı şəhəri 14 nömrəli notariat ofisinin Nağıyeva X10 ünvanladığı 08 dekabr 2020-ci il tarixli 2917 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhər 14 nömrəli notariat ofisində 17 noyabr 2020-ci il tarixdə 7E-9885 reyestr nömrəsilə qeydiyyatı aparılaraq təsdiq edilmiş Cavabdeh1 adına verilmiş etibarnamə 08 dekabr 2020-ci il tarixli ərizəsi əsasında ləğv edilmiş və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinin tələblərinə əsasən etibarnaməni ləğv etməyi barədə etibar edilmiş şəxsə məlumat verməli olması ilə bağlı məlumatlandırılmışdıdr; Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 77 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 22 dekabr 2020-ci il tarixli 703 nömrəli arayışından görünür ki, Nağıyeva X14 Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 11 nömrəli evin, 47 nömrəli mənzilində tək özü qeydiyyatdadır, 12 iyul 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən müvafiq mənzil ona məxsusdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 11 nömrəli evin 47 nömrəli mənzili Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 22 dekabr 2020-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Notariat İdarəsinin Nağıyeva X7 vəkili Qabil Ağayevə ünvanladığı 24 dekabr 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, “Elektron notariat” informasiya sistemindəki məlumata əsasən mülkiyyətçi İddiaçı Cavabdeh1 verdiyi sözügedən etibarnamə əsasında sonuncu 18 noyabr 2020-ci ildə Bakı şəhəri 44 nömrəli notariat ofisində etibaretmə qaydasında Cavabdeh2 etibarnamə vermiş, o isə həmin etibarnamə əsasında 30 noyabr 2020-cı ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində sorğu olunan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsindəki 11 nömrəli evin 47 nömrəli mənzili Cavabdeh3 bağışlamışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 dekabr 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi (keçmiş Cəbiyev küçəsi), ev 11, 47 nömrəli mənzil Nağıyeva X14 ilə (əvəzinə Bakı şəhəri 44 nömrəli notariat ofisində 18 noyabr 2020-ci il tarixində verilmiş, 6817 reyestr nömrəli etibarnamə əsasında nümayədəsi Cavabdeh2) Cavabdeh3 arasında imzalanmış 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2020-ci il tarixli, 4Ə-1569 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 22 dekabr 2020-ci il tarixində Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin İddiaçı ünvanladığı 11 yanvar 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, ona məxsus qızıl-zinət əşyaları onun özünə qaytarılmışdır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cu mikrorayon, Cəbiyev küçəsi, 11 nömrəli evin 47 nömrəli mənzili Nağıyeva X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan 12 iyul 1997-ci il tarixdə keçirilmişdir. 13 dekabr 2016-cı il tarixli vəsiyyətnamə ilə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsi ev 11, mənzil 47 onun mülkiyyətçisi olan İddiaçı tərəfindən ölən gününədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını bacısı oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Eyni zamanda, İddiaçı-hədiyyə verən ilə Cavabdeh3-hədiyyə alan arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsi ev 11, mənzil 47 hədiyyə alanın mülkiyyətinə vermişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər 14 nömrəli notariat ofisində 17 noyabr 2020-ci il tarixdə 7E-9885 reyestr nömrəsilə qeydiyyatı aparılaraq təsdiq edilmiş Cavabdeh1 adına verilmiş etibarnamə 08 dekabr 2020-ci il tarixli ərizəsi əsasında ləğv edilmiş və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. “Elektron notariat” informasiya sistemindəki məlumata əsasən mülkiyyətçi İddiaçı Cavabdeh1 verdiyi sözügedən etibarnamə əsasında sonuncu 18 noyabr 2020-ci ildə Bakı şəhəri 44 nömrəli notariat ofisində etibaretmə qaydasında Cavabdeh2 etibarnamə vermiş, o isə həmin etibarnamə əsasında 30 noyabr 2020-cı ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində sorğu olunan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə (Cəbiyev) küçəsindəki 11 nömrəli evin 47 nömrəli mənzili Cavabdeh3 bağışlamışdır. Həm də müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi (keçmiş Cəbiyev küçəsi), ev 11, 47 nömrəli mənzil Nağıyeva X14 ilə (əvəzinə Bakı şəhəri 44 nömrəli notariat ofisində 18 noyabr 2020-ci il tarixində verilmiş, 6817 reyestr nömrəli etibarnamə əsasında nümayədəsi Cavabdeh2) Cavabdeh3 arasında imzalanmış 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2020-ci il tarixli, 4Ə-1569 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 22 dekabr 2020-ci il tarixində Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı Nağıyeva X14 iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3: onun adından Cavabdeh1 verilən etibarnaməyə əsasən Bakı şəhəri 44 nömrəli notariat ofisində Cavabdeh1 arvadı Cavabdeh2 adına verdiyi 18 noyabr 2020-ci tarixli etibarnamənin ləğv edilməsi; mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bir otaqdan ibarət mənzilə dair Cavabdeh2 ilə oğulluğu Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 30 noyabr 2020-ci il tarixli bağışlanma müqaviləsinin etibarsiz hesab edilərək həmin bağışlanma müqaviləsi əsasında aparılmış bütün sənədləşmələrin əsassız hesab edilərək ləğv edilməsinə dair; Cavabdeh1 onun mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı, ondan qalan və qaytarmadığı 1 cüt brilliyant sırğa, 1.500 (min beş yüz) manat dəyərində və 1 qızıl üzük, 500 (beş yüz) manat dəyərində - bütövlükdə ümumi dəyəri 2.000 (iki min) manatlıq qızıllarının, onun icazəsi olmadan apardığı 11.500 (on bir min beş yüz) manat məbləğində nağd pulunun, 2020-ci il noyabr və dekabr aylarının təqaüd pulunu, ümumi dəyəri 1.000 (bir min) manat olan (təqaüd kartı da onun icazəsi olmadan oğurlayaraq apardığı üçün onda idi) evinin seyf açarlarının ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Nağıyeva X14 ilə Cavabdeh1 arasında bağışlama müqaviləsi bağlanarkən Nağıyeva X10 bağışlama müqaviləsinin məzmunu notarius tərəfindən izah edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-ci (Bağışlama ilə bağlı) maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmişdir. İddiaçı tərəf Nağıyeva X14 ilə Cavabdeh1 qeyd edilən tərəflər arasında danışılmış şərtlər daxilində hərəkət etməməsini iddia etsə də, bu halı, o cümlədən bağışlama müqaviləsi bağlanarkən belə şərtlərin müvafiq müqavilədə öz əksini tapması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxsin qeyd etdiyi müvafiq şərtlər bağışlama müqaviləsində öz əksini tapmamışdır, demək bağışlama öhdəliklə şərtləndirilməmişdir. Göründüyü kimi, Bakı şəhəri 5 nömrəli Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində 30 noyabr 2020-ci il tarixli, 4Ə-1569 revestrli mənzilin bağışlanması haqqında müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləgv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin “Cavabdeh1 onun mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı, ondan qalan və qaytarmadığı 1 cüt brilliyant sırğa, 1.500 (min beş yüz) manat dəyərində və 1 qızıl üzük, 500 (beş yüz) manat dəyərində bütövlükdə ümumi dəyəri 2.000 (iki min) manatlıq qızıllarının, onun icazəsi olmadan apardığı 11.500 (on bir min beş yüz) manat məbləğində nağd pulunun, 2020-ci il noyabr və dekabr aylarının təqaüd pulunu, ümumi dəyəri 1.000 (bir min) manat olan (təqaüd kartı da onun icazəsi olmadan oğurlayaraq apardığı üçün onda idi) evinin seyf açarlarının ona qaytarılmasına dair” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin İddiaçı ünvanladığı 11 yanvar 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ona məxsus qızılzinət əşyaları onun özünə qaytarılmış, həmçinin digər tələblər məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Nağıyeva X7 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Nağıyeva X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 5 nömrəli Bakı Asan xidmət mərkəzinin notariat ofisinə və 44 nömrəli notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi və pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıyq aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nağıyeva X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətləri Məkanı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 5 nömrəli Bakı Asan xidmət mərkəzinin notariat ofisinə və 44 nömrəli notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1107/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1107/2021
29.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver