Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1133/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi AR Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası 13 fevral 1938-ci il təvəllüdlü X1 rayon Maştağa qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası 13 fevral 1938-ci il təvəllüdlü X9 xx.xx.2024-cü il Bakı şəhərində vəfat etmiş və Maştağa qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri,Nərimanov rayonu 2 nömrəli Poliklinikaya müraciət edib.Həmin yerdən bildirilib ki,mərhumənin xəstəlik kitabçası itmişdir.Ölüm kağızını ala bilmədikləri üçün TƏBİB-ə müraciət ediblər.37 nömrəli Poliknikaya yönləndiriblər və onlar da məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş və məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. Mərhum xx.xx.2024-cü ildə insult keçirmişdir.Anası Ərizəçi ilə yaşayırdı. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçinin kürəkənidir.xx.xx.2024-cü ildə Maştağada dəfn olunmuşdur.İnsult keçirib və müalicə alırdı.Vəfat edəndə Təcili Tibbi yardım çağrılmışdı. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Nərimanov rayon ,MKİS tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli 049165 nömrəli arayışdan görünür ki, Ərizəçi 1966-ci ildə Bakı şəhəri,Nərimanov rayon,M.K Atatürk prospekti küçəsi 2A nömrəli mənzildə qeydiyyatdadır. 54 nömrəli akt qeydi tərtib olunmuşdur. - 14 saylı Təcili Tibbi yardım tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki,təcili tibbi yardım gələnə qədər ölüm qeydə alınmışdır. - 37 nömrəli poliknikanın məktubundan görünür ki,xx.xx.1938-ci il təvəllüdlü mərhum X9 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib.X13 Mərkəzinin 2 nömrəli poliknikasına müraciət edib və polikinikada mərhumun ambulator kartası itirilib.37 nömrəli şəhər polikinikasına müraciəti və təhkimi olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməyib. - AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki,X5 xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhər Maştağa bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli 459 nömrəli arayışdan görünür ki,1966 təvəllüdlü Ərizəçi anası X9 xx.xx.2024-cü il tarixində vəfat etmiş,Maştağa qəsəbəsi,”Keçənlər”qəbiristanlığında dəfn olunmuşdur. - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X9 xx.xx.1938-ci il tarixə anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X6r. - AR Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan xidmət”mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il 3-16-5/8-11-982-2024 saylı Ərizəçi ünvanlanan məktubdan görünür ki,X4 ölümünün qeydə alınması ilə bağlı 7 saylı Bakı “Asan xidmət”mərkəzi qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixində Ərizəçi ərizəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı,xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölümün qeydiyyatı faktını təsdiq edən tibb müəssisəinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından,qeydiyyat şöbəsində ölümün qeydiyyata alınmasının mümkün deyil. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 13 fevral 1938-ci il təvəllüdlü X1 rayon Maştağa qəsəbəsində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 11 noyabr 1972-ci il təvəllüdlü X12 1 mart 1985-ci ildə Fizuli rayonu Mehdili kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 fevral 1938-ci il təvəllüdlü X4 25 noyabr 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1133/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1133/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver