Məhkəmə qərarları › İş №2(005)-1134/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1134/2021

11.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1134/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktı tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək anası X3 xx.xx.2020-ci il tarixində Abşeron rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1939-cu il təvəllüdlü mərhu anası X3 Abşeron rayonu, Nübar qəsəbəsində qonaq getdiyi evdə xx.xx.2020-ci il tarixində səhhəti qəlildən pisləşmişdir. Dərhal “103” təcili tibbi yardım xidmətinə zəng etmişlər. Təcili tibbi yardım gələnə kimi anası artıq keçinmişdir. Onun səhhətində yaşı ilə əlaqədar problemləri, əsasən də ürək tutmaları olurdu. Qeyd etdiyi kimi təcili tibbi yardım əməkdaşları gəldikdə onlar mərhumun artıq öldüyünü təsbit edərək, ölüm haqqında xəbərdarlıq vərəqəsini tərtib etmişlər. Ondan hətta COVİD-19 üçün test də götürülmüş, testin nəticəsi neqativ çıxmışdır. Mərhum anası Ağdam rayonu Ofətli kəndində dəfn etmişlər. Anası ərizəçi ilə birlikdə məcburi köçkün kimi Nərimanov rayonu, M.Əlizadə 20 ünvanında məskunlaşmışdır. Daha sonra o anası X3 ölümü ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi N. Yusifbəyli (indiki C.Hacıbəyli) 73 ünvanında yerləşən 37 saylı şəhər poliklinikasına “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi ilə bağlı müraciət etmiş, mərhum anasının həmin poliklinikada qeydiyyatda olmadığı əsas gətirilərək, ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı ona bildirilmişdir. Poliklinikaya bu barədə məhkəməyə təqdim etmək üçün ona arayış verilməsini xahiş etsə də, oradan bildirilmişdir ki, məhkəmə sorğusu əsasında cavab verə biləcəklər. Dəfn üçün müavinətin alınması üçün mərhumun oğlu kimi vərəsəsi olaraq tanınmalıdır. Lakin notariat kontorunda ölüm haqqında şəhadətnamənin təqdim edilməsi ondan tələb edilmişdir. Daha sonra 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin mərkəzdə yerləşən Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli imtina məktubunda xx.xx.2020-ci ildə ölmüş anası X3 ölümünün qeydə alınması ilə bağlı müraciətinə əsasən bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8.5-ci maddəsinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Həmin imtina məktubunda həmçinin qeyd edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə AZS - 106 nömrəli forma olmadıqda ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, Dilbər xanım ərizəçinin anasıdır. xx.xx.2020-ci il tarixdə vəfat edib. Abşeron rayonunda vəfat etdiyini və dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X10 ifadəsində bildirmişdir ki, o, mərhum onun xalasıdır. Qabil isə oğludur. xx.xx.2020-ci il tarixdə axşam radələrində vəfat edib. Abşeron rayonu, Nübar qəsəbəsində vəfat edib. Dəfndə iştirak etdiyini və Ağdam rayonunda dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Ağdam RPİ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZE seriyalı № 06222289 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1939-cu il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş X1 şəhəri, Pərioğullar sahəsində qeydiyyatdadır. Ağdam RPİ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə Ağdam şəhərində anadan olmuş Ərizəçi Ağdam şəhəri, Pərioğullar sahəsində qeydiyyatdadır. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ağdam rayonunda anadan olub. X2 və anası X4r. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Nərimanov rayon sektoru tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Ağdam rayonunda məcburi köçkündür və Nərimanov rayonu M.Əlizadə 20 ünvanında müvəqqəti məskunlaşmışdır . Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30-da X3 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin OT/Q-2094115 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixli 259 nömrəli arayışdan görünür ki, mərhumə X5 xx.xx.2020-ci il tarixdə vəfat edib və xx.xx.2020-ci il tarixdə Ağdam RİHB-nın Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hacıməmmədli kəndində “Elçi” adlanan qəbirstanlıqda dəfn edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1939-cu il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş X5 xx.xx.2020-ci il tarixdə vəfat edib xx.xx.2020-ci il tarixdə Ağdam rayonu, Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hacıməmmədli kəndində “Elçi” adlanan qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 xx.xx.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixində Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş X3 xx.xx.2020-ci il tarixində Abşeron rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar