Məhkəmə qərarları › İş №2(005)-1135/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1135/2021

09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1135/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X7 xx xxxxxx 2020-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X12 xx.xx.1955-ci il ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhərində yaşamışdır. xx.xx.2020-ci ildə səhhəti pisləşdiyindən X15 Briqadası çağırılmış, səhər saatlarında xəstəyə baxış keçirən həkim tərəfindən müvafiq arayış tərtib edilməklə, həkimə müraciət olunması tövsiyə edilmiş, günün ikinci yarısında səhhətində kəskin pisləşmə olduğundan, yenidən təcili tibbi yarım xidmətinə müraciət olunmuş, lakin həkimlər gələnədək xəstə vəfat etmiş, nəticədə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum xx.xx.2020-ci ildə Yasamal rayonunda yerləşən “Qurd Qapısı” qəbirstanlığında dəfn edilmişdir. Bundan sonra ölüm faktının qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət olunmuş, xx.xx.2020-ci il tarixli, 193 nömrəli məktubla ölüm faktının qeydiyyata alınmasından imtina edilərək göstərilmişdir ki, ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi şəhadətnamə ərizəyə əlavə edilmədiyindən faktın qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Hazırki ərizəyə əlavə edilmiş tibbi sənədlər və arayışdan müəyyən edilir ki, X12 xx.xx.2020-ci ildə səhhətində kəskin pisləşmə müəyyən edildiyindən X15 göstərilməsinə baxmayaraq, elə həmin gün vəfat etmiş, xx.xx.2020-ci il tarixdə isə dəfn edilmişdir. Lakin onun qeydiyyatda olduğu ərazi üzrə Poliklinikada sonuncu illərdə qeydiyyatın aparılmaması, həmçinin ölümün ev şəraitində baş verməsi və ölüm səbəbinin müəyyən edilməsi üçün tələb olunan prosedurlardan keçmədən dəfn edilməsi, qanunla müəyyən edilmiş arayışın və yaxud digər sənədlərin qeydiyyat orqanına təqdim edilməsini mümkünsüz etmişdir. Bu vəziyyətdə ölüm faktının qeydə alınmasının yeganə yolu, məhkəmə qaydasında ölüm faktının müəyyən edilməsindən ibarətdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi ilə qohum olmasa da, aliləvi tanışlıqları var. X12 bir müddət xəstə olaraq müalicə olunmuş, lakin bir nəticə verməmişdir, həmin müddətdə xəstənin yanına gəlib getmişdir, mərhum vəfat etdiyi gün onun evində olmuşdur. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X5 anasıdır. Həkimlər anasına pnevmaniya olduğunu bildirdilər, anasının vəziyyəti pisləşəndə təcili yardım çağrılmışdır, onu xəstəxanaya da apardılar, lakin nəticəsi olmamışdır. X8 Covid-19 testi götürülmüş, nəticəsi müsbət çıxmışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2016-cı il tarixdə Bakı 5 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; xx.xx.2007-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı, 06109589 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş X12 ünvan 3 mənzil 3 ünvanında qeydiyyatda olub; Nərimanov rayon ZAQS tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 430373 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – X2, anası – X9; Bakı şəhəri Təcili və X11 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə saat 10:53 radələrində çağırış olub, 5 saylı xəstəxanaya aparılmış, lakin reanimasiyada yer olmadığı üçün evə qaytarılmışdır; Bakı şəhəri Təcili və X11 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə saat 18:24 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn bölmənin həkimi Quliyev 1955-ci il təvəllüdlü X7 vəfat etməsini qeyd etdi; Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 193 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmişdir və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; AR Bakı şəhər İHMKTD Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 103 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən X12 xx.xx.2020-ci il tarixdə “Qurd Qapısı” qəbirstanlığında dəfn olunmuşdur; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhərində anadan olmuş X12 Ərizəçi anasıdır. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X12 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində, ev şəraitində, yəni yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X7 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X7 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar