Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-116/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı “xxxxxxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2-ə qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2-ə qarşı kreditin ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, xxxxxxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 135348-1-12385 saylı, İpoteka krediti müqaviləsrinə əsasən Cavabdeh1 illik 12 faiz hesablanması şərti ilə 120 ay müddətinə 56.779 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 135348-1-12385 saylı ipoteka krediti müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı razılaşmaya əsasən müqavilənin 2.4-cü bəndi aşağıdakı redaksiyada verilmişdir: kredit istehlak məqsəci üçün veilir. Kreditin təyinatı: Cavabdeh2 tərəfindən inşa olunmuş daşınmaz əmlakdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzili xx.xx.2017-cü il tarixli 130291-NKDVİJ-3084 saylı "Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa, Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə "Cavabdeh2” xx.xx.2014cü il tarixli 7135348-1-12385 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2018- ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin Banka 41.401,28 ABŞ dolları məbləğində əsas borc, 5766.05 ABŞ dolları məbləğində faiz borcu, 955,00 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 48.122,33 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra elmək və onların pozulmasına yol verməmək "Kredit alanın vəzifəsidir. Eyni zamanda Bankın ilə «Cavabdeh2" arasında bağlanmış zaminlik müqaviləsinin tələbinə görə «Kredit alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə «Zamin» «Kredit alan» ilə birlikdə «Bank» qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi tərəllər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1 və “Cavabdeh2“ Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəllər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh1 və “Cavabdeh2”-yə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan əlavə, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 135348-NEDVİJ-4507 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Göründüyü kimi, iddiaçı Bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb elməkdə haqlıdır. Qanunvericiliyin yuxarıda şərh edilən xüsusatlarından belə məlum olur ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Qeyd edilənləri nəzərə alaraq, “xxxxxxxx (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 135348-1-12385 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 41.401.28 ABŞ dolları məbləğində əsas borc, 5766,05 ABŞ dolları məbləğində faiz borcu, 955.00 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 48.122,33 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və "Cavabdeh2 MM1" "xxxxxxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qivmətləndirici tərəfindən müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu., Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66,7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin xxxxxxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 Olisahib oğlu yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xxxxxxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 arasında bağlanmış İpoteka krediti müqaviləsindən görünür ki, razılaşma əsasında “Bank“ “Kredit alana illik 12 faiz olmaqla 120 ay müddətinə 56779 ABŞ dolları məbləğində kredit xətli açmışdır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 814,48 ABŞ dolları, son ay üçün isə 871,26 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 135348-1-12385 saylı ipoteka krediti müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 saylı razılaşmadan görünür ki, kredit istehlak məqsədi üçün veilir. Kreditin təyinatı: Cavabdeh2 tərəfindən inşa olunmuş daşınmaz əmlakdır. İş materiallarında olan 135348-NEDVİJ-4507 saylı xx.xx.2017-ci il tarixli "İpoteka müqaviləsindən görünür ki, kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli Z135348-1-12385 saylı zaminlik müqaviləsindən görünür ki, ipoteka krediti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş pretenziya məktublarından görünür ki, cavabdehlər iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC tərəfindən borcun ödənilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu., Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2513 nömrəli reyestr kitabının 233977 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu., Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzil mülkiyyət hüququ üzrə “xxxxxxxx” (Azərbaycan) ASC-nin adına ipoteka yüklü edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 41401,28 ABŞ dolları əsas, 5766,05 ABŞ dolları faiz, 955 ABŞ dolları cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş Legal Prime MMC-nin xx.xx.2019-cu il tarixli LP- 113/19 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzilinin real bazar qiyməti 88000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 20653 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 135348-1-1285 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixə “xxxxxxxx” (Azərbaycan) ASC-nə olan borcu 47167,33 ABŞ dolları məbləğində müəyyən edilmişdir - əsas borc üzrə 41401,28 ABŞ dolları, faiz borcu üzrə 5766,05 ABŞ dolları. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxxx 2014-cü il tarixli, 135348-1-12385 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün maliyyə arayışında borc hesablanılan tarixə Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İş materiallarına əlavə edilmiş “X3" MMC-nin xx.xx.2020-ci il tarixli 018/LBC saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzilinin real bazar qiyməti 140000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış 41401,28 ABŞ dolları məbləğində əsas, 5766,05 ABŞ dolları faiz borcu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 955 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bakı şəhəri, Yasamal rayonu., Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzilinin xx.xx.2020-ci il tarixli 018/LBC saylı ekspert rəyinə əsasən ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2dən müştərək qaydada 41401,28 ABŞ dolları məbləğində əsas borc, 5766,05 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları cərimə borcu xxxxxxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzilinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına “xxxxxxxx” (Azərbaycan) ASC-yə olan borc ödənilməli, mənzil satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün 60 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən “xxxxxxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən müştərək qaydada 41401,28 ABŞ dolları məbləğində əsas borc, 5766,05 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları cərimə, cəmi 47267,33 (qırx yeddi min iki yüz altmış yeddi ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat və ipotekanın qeydə alınması üçün 60 manat “xxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu., Həsənbəy Zərdabi prospekti 190, M12 ünvanında yerləşən 66.7 kv.m ümumi sahəsi olan 8 nömrəli mənzilinin ilkin satış qiyməti 140000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, əldə edilən vəsait “xxxxxxxx” ASC-nə ödənilsin. Mənzil satıldıqdan sonra ən gec bir ay ərzində boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən müştərək qaydada AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-116/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-116/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver